Rusiyadakı səfirimiz “Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir” dedi; Bakıdan çox sərt reaksiyalar...
“Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir. Buna imkan verməməliyik”. “Yeni Müsavat” xəbər verir ki, bu fikirlər Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu özünün sosial şəbəkələrdəki səhifəsində yazıb. Azərbaycanı Rusiyada təmsil edən diplomatın, üstəlik də əslən Şuşadan, illərdir Ermənistanın işğalı altında olan müqəddəs məkandan olan diplomatın belə mövqeyi birmənalı qarşılanmayıb. Xüsusilə də diplomatın işğalçı Ermənistanda anti-türk ruhunda böyüdülən nəsillərdən bəhs etmək əvəzinə, Azərbaycanda erməniyə düşmən ruhunda tərbiyə edilən nəslin olması mövqeyindən çıxış etməsi qəbulolunmaz sayılır.
“Polad bəy daha yaxşı nəğməkar idi. Elə əsl Bülbüloğlu idi. Öz sənəti ilə məşğul olsaydı, elə tarixdə onunla qalacaqdı. Diplomatiya onun sənətkarlığına xələl gətirdi. İndi o, Azərbaycan diplomatı kimi yox, müğənni kimi danışır. Müğənni üçün də auditoriyada, salonda, zalda milli kimlik önəmli deyil, musiqi, ona çalınan çəpik, gül-çiçək önəmlidir, vəssalam. Təəssüflər olsun ki, o, bir diplomat kimi Azərbaycanı təmsil edir, çox təəssüf. Həm də ”xalq diplomatiyası" ilə məşğul olur".
Bu fikirlərin müəllifi KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a dedi ki, milli kimlik başqa məsələlərdə heç bir rol oynamır: “Adamın atası, anası gürcü, ya erməni də ola bilər və s. Amma hər kəs təmsil etdiyi dövləti ləyaqətlə təmsil etməlidir”. M.Mirəlioğlu bildirdi ki, yeni nəsil əslində savaşçı olmalıdır: “Bir neçə gün bundan qabaq şəhidlərimizin ildönümünü və dəfninin 28-ci ildönümünü qeyd etdik. Normalda daha savaşçı, daha vətənpərvər, dostunu, düşmənini tanıyan nəsil yetişməlidir. Bu olmadıqca, Azərbaycana nicat yoxdur. Bu olmadıqca, Azərbaycan özünün müstəqilliyini qoruyub-saxlaya, ərazi bütövlüyünü təmin edə bilməz. Ərazilərimizin düşməndən təmizlənməsi nəğmələrlə olmur, silahla, vətənpərvərliklə olur, adam bunun fərqində olmalıdır”.
“Görünür, Polad Bülbüloğlu erməni ilə erməniçiliyi ayıra bilmir, ona görə belə düşünür. Biz ”Böyük Ermənistan" ideyasının daşıyıcısı olan erməniçiliyə qarşı düşmənik, nəinki ermənilərə qarşı".
Bu fikirləri isə ADP sədri Sərdar Cəlaloğlu söylədi. Partiya rəhbəri qeyd etdi ki, erməni və erməniçiliyin başqa şey olduğunu bilmək lazımdır: “Necə ki, rus başqa şeydir, rus şovinistliyi, ”velikorus" başqa. Bu mənada biz ermənilərə yox, onların ideyalarına düşmənik. Çünki o ideya bizə qarşı yönəlib. Bizim ərazilərimizə, milli kimliyimizə, mədəniyyətimizə, əxlaqımıza iddia edirlər. Bunlar parazit bir xalqdır, tarix boyu yalnız türk xalqlarının əldə etdiyi tarixi nailiyyətlərdən oğurlayıb özləri üçün xalq obrazı yaratmaq istəyiblər, çünki bunların özlərinin heç nəyi yoxdur. Bunların nə arxitekturaları var, nə məişət mədəniyyətləri, nə kilsələri var. Erməni kilsəsinin qədim dili türk dilidir. Adicə Azərbaycan dilində olan dolma haqqında deyir ki, bu, erməni yeməyidir, ya lavaş ermənilərə məxsusdur. Yaxud musiqimizi oğurlayır, deyir “Sarı gəlin” bizimdir. Səbəbi budur ki, özlərininki yoxdur, oğurlayırlar. Belə bir oğru düşüncəyə, oğru fəlsəfəyə düşmən olmamaq mümkün deyil ki. Məsələn, Polad Bülbüloğlu cibindən 5 manatı oğurlayana deyəcək ki, sən yaxşı oğlansan? İndi bu, sənət adamıdır. Mən onu dərin biliyə, siyasi təfəkkürə malik adam hesab eləmirəm. Amma bu adam bəzi şeyləri bir-biri ilə qarışdırır".
S.Cəlaloğlu səfirin mövqeyinə əks fikir bildirdi: “Bəli, erməniçiliyə qarşı Azərbaycanda düşmənçilik tərbiyə olunmalıdır, dövlət səviyyəsində bu siyasət aparılmalıdır. Çünki türk xalqlarının bu bölgədə mövcudluğunun ən böyük təhlükələrindən biri də erməniçilik, ”Böyük Ermənistan" ideyasıdır. Çünki ermənilər başqa dövlətlərin əlində alətə çevrilib. Necə ki, kürdlər ABŞ-ın, başqa dövlətlərin əlində oyuncağa çevrilib, məhv olub gedirlər, ağılları başlarına gəlmir, düşünmürlər ki, bu siyasət onların əleyhinədir, eləcə də ermənilər. Baxın, ermənilər müstəqil ola bilmirlər. Sən necə “Böyük Ermənistan” yaradırsan ki, Rusiyadan qopa bilmirsən? Sən hələ əvvəlcə kiçik Ermənistanı müstəqil et, sonra de ki, mən bunu böyüdürəm. Biz bunlarla əlbəttə ki, düşmən olmalıyıq. Özü də düşmənçilik pis şey deyil ki. Necə ki, ruslar, farslar turançılığa, ruslar faşizmə, almanlar “velikorus” şovinizminə qarşı düşmənçilik aparır. Xiyabaninin gözəl bir sözü var idi, deyirdi dövrünün qabaqcıl insanının düşməni adamlar yox, onların daşıdığı ideyalardır. Biz ermənilərə yox, ermənilərin daşıdığı ideyaya düşmənik, düşmən olmalıyıq, Polad Bülbüloğlu da düşmən olmalıdır, bunu başa düşməlidir. Azərbaycan dövlətini səfir kimi təmsil edir, amma hələ bilmir ki, erməni ilə erməninin daşıdığı ideyanın nə fərqi var?"
Əslən Xocalıdan olan deputat Elman Məmmədov “Yeni Müsavat”a bildirdi ki, hərənin öz fikri var: “Heç kimə demək olmaz ki, sən niyə belə düşünürsən, niyə belə deyirsən? Təbii ki, Polad müəllim ziyalı, tanınmış insandır. Eyni zamanda bizi Rusiyada təmsil edən diplomatımız, fövqəladə və səlahiyyətli səfirimizdir. Yəqin ki, o, özünə xas şəkildə, cəmiyyətdəki mövqeyinə, vəzifəsinə görə deyir. Mən bu barədə bir söz deyə bilmərəm. Ancaq mənim fikrimi soruşursunuzsa, mən çox sevinərəm ki, biz nəhayət, Azərbaycanda ermənilərə düşmən kimi baxan çox qətiyyətli, iradəli və mövqeyindən dönməyən bir nəsil yetişdirə bilək. Biz tarix boyu belə düşünmüşük: ”Mən səni sevəcəyəm, sən sevməsən də". Mənim qardaşım, ermənilər bütün tarix boyu türkə, müsəlmana düşmən kimi baxıblar. Türk adı gələndə bunlar ancaq düşməni nəzərdə tutub. Yəni mövqeyindən, yanaşmasından asılı olmayaraq, bütün türkləri düşmən biliblər".
E.Məmmədov ermənilərin türklərə qarşı münasibətinin dəyişməz olduğunu qeyd etdi: “Hətta bu yaxınlarda onlarla əməkdaşlıq edən, Dağlıq Qarabağa qanunsuz gələn bir qrup türkə də - onlar da elə erməni kimi olsa da - düşmən kimi yanaşdılar. Yəni türkdürsə, deməli, düşməndir. Bəs nə üçün bütün tarix boyu bizə qarşı bu qədər faciələri, soyqırımları törədən, başımıza bu oyunları açan, torpaqlarımızı işğal edən tör-töküntülərə, etnik qrupa, etnosa düşmən kimi baxmayaq? Nə üçün biz bunları dost kimi qəbul etməliyik? Bunlara düşmən kimi baxmaq nə vaxtdan qəbahət hesab olunub. Mən Elman müəllim kimi, biz azərbaycanlı millət vəkili kimi deyirəm ki, mən çox sevinərəm ki, Azərbaycanda yalandan, çöldən-çölə yox, həqiqətən, özünün bütün varlığı, iradəsi, bacarığı, dünyagörüşü ilə işğalçı erməniləri düşmən hesab edən bir nəsil yetişsin. Ermənilərə biz də düşmən kimi baxa bilək və onunla düşmən kimi davranıb düşmənin üzərində qələbə çalmaq əzmi ilə yaşayaq, bu hiss də bizi sonda qalib eləsin. Kim nə cür fikirləşir, özü bilər, mənim fikrim budur”.
QAT sədri Akif Nağı isə dedi ki, Polad Bülbüloğlu yanlış fikir səsləndirib: “Onun kimə xidmət etdiyi məlum deyil. Ermənilərə nifrət edən nəslin yetişməsinin günahkarı biz deyilik, torpaqlarımızı işğal edən, Xocalıda və didər ərazilərdə qətliamlar törədən erməni faşistlərinin günahıdır. Bu nifrətin olmaması üçün düşmən işğal etdiyi ərazilərimizdən çıxmalı, törətdiyi cinayətlərə görə xalqımızdan üzr istəməlidir”./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?