GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Eldar Namazov “beyin mərkəzi”nin fəaliyyətini bərpa edir

Eldar Namazov “beyin mərkəzi”nin fəaliyyətini bərpa edir

Tarix: 28-01-2018, 21:00 Bölmə :Müsahibə Baxış: 296
Eldar Namazov “beyin mərkəzi”nin fəaliyyətini bərpa edir


Politoloq: “Bura həm Azərbaycanın, həm də beynəlxalq ekspertlərin şəbəkə şəklində cəlb olunması nəzərdə tutulur”

Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, politoloq Eldar Namazov 1990-cı ildə təsis etdiyi Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin fəaliyyətini bərpa edib. Bu barədə o, musavat.com-a açıqlamasında bildirib. E.Namazov əməkdaşımıza Mərkəzin fəaliyyətinin bərpasını zəruri edən səbəblər barədə danışarkən bunları söyləyib:

-Bu təşkilat 90-cı illərdə təkcə Azərbaycanda yox, Azərbaycanın xaricində də çox tanınmış bir təşkilat idi. Həmin dövrdə bu mərkəzin rəhbər işçiləri BMT, ATƏT, NATO, Avropa Birliyi və digər qurumların dəvəti ilə beynəlxalq tədbirlərdə iştirak və çıxış edirdilər. Bu qurum 3 ilə yaxın müddətdə öz fəaliyyətini davam etdirdi. Ondan sonrakı dövrdə mərkəzin əsas rəhbər işçilərinin müxtəlif dövlət qurumlarına işə cəlb olunması ilə bağlı Mərkəz öz fəaliyyətini dondurmalı oldu.

- Eldar bəy, o zaman təşkilatda sizdən başqa kimlər var idi?

- Mərkəzdə cəmiyyətdə tanınmış tanınmış ekspertlər - Tofiq Zülfüqarov, Leyla Əliyeva, Rəşid Hacılı və digərləri çalışırdılar. Məni Prezident Aparatına, Tofiq Zülfüqarovu XİN-ə dəvət etdilər. Həmçinin işçilərimiz Prezident Aparatının iqtisadiyyat şöbəsinə dəvət aldılar. Hamısının adlarını çəkmək istəmirəm, amma onlarla tanınmış ekspertlər fəaliyyət göstərirdilər. Yəni mərkəzin əsas rəhbər işçiləri dövlət qurumlarında işə dəvət olunduğuna görə, Mərkəz işini dondurdu.

- O zaman bu təşkilatın təsisçiləri kimlər idi?

-Birinci təsisçi mən idim. Ancaq bu, ictimai təşkilat deyildi. O vaxt mərkəz beynəlxalq konsaltinq qrupu kimi təsis olunmuşdu. Həmçinin Corctaun Universitetinin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin modeli üzərində yaradılmışdı. Həmin Araşdırmalar Mərkəzi Dövlət Departamentinin beyin mərkəzidir. O zaman mən ora qonaq kimi dəvət olunmuşdum və bir politoloq kimi onların işi ilə tanış olmuşdum. Azərbaycana qayıdandan sonra həmin model üzrə Azərbaycanda təşkilat yaranmışdı. 90-cı illərin əvvəlində nüfuzlu təşkilat kimi, BMT-nin konfliktlərin həlli üzrə xüsusi sessiyasında iştirak üçün Nyu-Yorka dəvət, həmçinin BMT-ə assosiativ üzv olmaq təklifi də almışdıq. Həmçinin biz diplomatik korpus, neft şirkətləri və dövlət qurumları ilə də əməkdaşlıq edirdik. Bərpadan sonra təbii ki, biz əlaqələri bərpa edib həmin qurumlarla da işləyəcəyik.

- Bəs, uzun fasilədən sonra Mərkəzin fəaliyyətinin bərpası hansı zərurətdən irəli gəldi?

- Bölgəmizdə gedən çox mürəkkəb, geopolitik proseslər, Azərbaycana xarici təhlükənin artması, regional konfliktlər və dünyada qlobal proseslərin konflikt şəklinə düşməsi və s. bütün bunlar Azərbaycanda belə bir mərkəzin olmasına zərurət yaradır. Eyni zamanda son dövrlərdə Azərbaycanın sərhədlərində çoxsaylı konfliktlərin qızışması və bu təhlükələrin ildən-ilə daha da güclənməsi, artması belə bir mərkəzin ölkəmizdə fəaliyyət göstərməsini zəruri edir.

- Mərkəzin fəaliyyətini bərpa qərarını təkbaşına vermisiniz, yoxsa məsələn, Tofiq Zülfüqarovla məsləhətləşmisiniz?

- Çox adamlarla məsləhətləşmişəm. Ancaq onu qeyd edim ki, bu mərkəz indi yeni bir variantda fəaliyyət göstərəcək. Buraya həm Azərbaycanın, həm də beynəlxalq ekspertlərin şəbəkə şəklində cəlb olunması nəzərdə tutulur. İndi təşkilati məsələlər üzərində də iş gedir. Bu, daimi fəaliyyət göstərən bir mərkəz olacaq. Ancaq ekspertlər şəbəkəsi formatında - Azərbaycan ekspertləri və xarici ekspertlərin birgə şəbəkə formatında olacaq. Mərkəzin ən aktual məsələlərlə bağlı mətbuat üçün hesabatları daimi hesabatları çap olunacaq və müxtəlif dövlət qurumları və mərkəzdə beynəlxalq təşkilatlara təkliflər paketləri hazırlanacaq.

- Ancaq konkret adlar çəkmədiniz...

-Gəlin adları çəkməyək. Mən bəzi adamlarla məsləhətləşdim və qərarımı verdim. İndi bunun təşkilati işləri başlayır. Nəzərə alsaq ki, biz vaxtilə dondurulmuş qurumu bərpa edirik, mən o vaxt da təşkilatın təsisçisi və rəhbəri idim, indi də həmin statusda müsahibələr verməyə hazıram. Qalan məsələləri gələcəyə saxlayaq.

- Belə demək olarmı ki, burada iqtidar-müxalifət, müstəqil fərqi olmayacaq?

- Təbii. Bu, sırf müstəqil bir qurumdur və burada heç bir fərq qoyulmayacaq. Dediyim kimi, mən dövlət qurumlarına, həm beynəlxalq təşkilatlara xüsusi paketlər hazırlanacaq və mətbuat üçün xüsusi hesabatlar hazırlanacaq. O hesabatlar arasında müəyyən fərqlər olacaq. Yəni bəzi hesabatlar qapalı xarakter daşıya bilər.

- Yəni siz Azərbaycanda “beyin mərkəzi” yaradırsınız?

- Bəli, bu, əslinə qalsa, “beyin mərkəzi”dir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Namazov ABŞ-a getdi

    Eldar Namazov ABŞ-a getdi ...

    15-07-2013, 10:25

  • 
  • Eldar Namazov Rəsul Quliyevlə görüşəcək

    Eldar Namazov Rəsul Quliyevlə görüşəcək ...

    15-07-2013, 12:29

  • 
  • Eldar Namazov Milli Şuradan getdi

    Eldar Namazov Milli Şuradan getdi ...

    25-01-2014, 19:44

  • 
  • Zəfər Quliyev: “Eldar Namazov vəkildən imtina edib”

    Zəfər Quliyev: “Eldar Namazov vəkildən imtina ...

    29-08-2013, 19:34

  • 
  • İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov görüşüblər

    İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov ...

    5-08-2013, 22:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu