GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Rauf Arifoğlu ilə İlqar Altay arasında "tüpürcəkli dava": Kim kimin üzünə niyə tüpürüb...

Rauf Arifoğlu ilə İlqar Altay arasında "tüpürcəkli dava": Kim kimin üzünə niyə tüpürüb...

Tarix: 27-03-2018, 10:49 Bölmə :Müsahibə Baxış: 343
Rauf Arifoğlu ilə İlqar Altay arasında "tüpürcəkli dava": Kim kimin üzünə niyə tüpürüb...


Azərbaycan siyasətində söyüş və təhqirlərin dəbdə olduğu bugünlərdə hüquqşünas İlqar Altayla “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında qarşılıqlı təhqirlərlə müşayiət olunan qarşıdurma başlayıb.

İlk dəfə 2003-cü ilin prezident seçkilər ərəfəsində o vaxtkı Prezident Heydər Əliyevin sağlıq durumu ilə bağlı araşdırmalarilə geniş ictimaiyyətin diqqətini çəkən İlqar Altayın, bu yaxınlarda Avropaya siyasi mühacirətə getdiyi bildirilir. Elə “Yeni Müsavat”ın iddiasına görə, İ.Altay bəzi mühacirlərin Azərbaycan hakimiyyətinə qarşı başlatdığı təhqir kampaniyasını təqdir edənlərdəndir. Onunla Rauf Arifoğlu arasında söyüşmə də məhz bu səbəbdən başlayıb.

“Musavat.com” saytının 24 mart tarixli buraxılışında yayımlanan “Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü” başlıqlı yazıda hüquqşünasın ünvanına sərt ifadələr işlənib. Qarşı tərəfin reaksiyası gecikməyib. İ.Altay bu gün “Facebook”da paylaşdığı cavab yazısında Rauf Arifoğlunu hədəfə götürüb, ona qarşı ittihamlar irəli sürüb və təhqirlər yağdırıb.

“Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü?”

Rauf Arifoğlu ilə İlqar Altay arasında "tüpürcəkli dava": Kim kimin üzünə niyə tüpürüb...“Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü?” sərlövhəli yazıdan sitat: “Məsələn, İlqar Altay adında biri var. 2003-cü ildə mərhum Heydər Əliyev xəstə olanda, Klivlend xəstəxanasında yatanda İlqar Altay xarici kəşfiyyatın əlaltısı kimi min hoqqadan çıxdı… Daha sonra 2003-də baş verən hadisələrdən sonra tutulan dostlarının üzünə durmuşdu istintaqda, onları şərləmişdi. Məhkəmədə Sərdar Cəlaloğlu hamının gözü önündə onun üzünə tüpürdü və bu üzəduran uzun illər ictimaiyyət arasına çıxmadı, “itkin” düşdü. Sonra hökumətdəki bəzi təxribatçı qüvvələrin peşkası kimi “ekspert” qiyafəsində peyda oldu. Artıq həmin təxribatçı qüvvələr vəzifədən alınıblar və İlqar Altay dönüb olub radikal, İŞİDvarı birisi. Söyüş maşinkalarını açıq-aşkar müdafiə edir. Təbii, məqsədi haradansa pul qoparmaqdır. Üzəduranlıq missiyasını davam etdirir. Belə bir yaratıq “Yeni Müsavat”ı, söyüş söyməməyə çağıran yazarlarımızı aşağılayır, söyüş söyənlərə haqq qazandırır.

Adam elə zənn edir ki, yağışlar yağıb, çatlaqlar örtülüb. Yox, İlqar, Sərdar Cəlaloğlu sənin üzünə elə yağış kimi tüpürdü ki, bu haqqın olan tüpürcək topası üzündən heç zaman silinməyəcək. Üzündə şram kimi qalır əbədi.
Bir qaydadır bu – adətən, üzüşramlılar belə hoppanıb düşür. Az hoppan ay bala, məhkəmənin stenoqramını yayaram, gedib özünü asarsan…”

“Arif Hacılı Rauf Arifoğlunun üzünə niyə tüpürmədi?”

İlqar Altay isə bu yazıya “Arif Hacılı Rauf Arifoğlunun üzünə niyə tüpürmədi?” başlığı altında cavab verib. Yazıdan sitat: “Guya 2003-cü il məsələsində Cəlaloğlu mənim üzümə tüpürüb. Köhnə çürük mövzunu ortaya atmağın bu günkü məsələyə nə aidiyyəti? Və məni heç nədən, bir kəlmə acı söz işlətmədiyim halda üzümə tüpürtdürüb, təhqir edib. Elə isə, qoy bəri başdan deyim…

Rauf Arifoglu, əgər həqiqətən Sərdar Cəlaloğlu mənim üzümə tüpürübsə… (Zəruri redaktə-red.)

Qaldı ki, satqınlıq… Əvvəla, ay …., yadına gəlir, 17 oktyabr 2003-də, tuthatut vaxtı Mətbuat Klubunda qorxundan əsə-əsə yaxınlaşdın ki, məni tuturlar, necə və hara gizlənim? Mən də dedim gedək yaxında, Xaqani küçəsindəki ofisimin zirzəmisində gizlən, hava qaralanda xəlvətcə Norveç səfirliyinə ötürüm… Sən ən ağır işgəncələr dövrū siçovul kimi səfirlikdə gizləndin, biz isə həbs edildik. Həmin ağır repressiya maşını altında İqbalı İsa Qəmbərə, məni də Sərdar bəyə qarşı ifadə verməyi məcbur etdilər.

Sən “Yeni Mūsavat”ı da satdın. Niyə İsa Qəmbərin təsisçiliyini alandan sonra təsisçi yox, qurucusu kimi adlandın? Çūnki İsa bəydən aralanan kimi sən o qəzeti satdın… Və təsisçi də yazmağa icazə vermədilər sənə filankəslər…

Bəs sonra məhkəmədə, sənin və qalan 7 nəfərin qarşısında nə oldu, ay vicdansız? Mən, vicdanım götürməyib, neçə dəfə hakimlər qarşısında tam imtina etdim ifadədən. Hakimlər narazı, sizlərsə razı qaldınız, sağol dediniz. Sonra dərhal “Azadlıq” qəzeti də “İlqar Altay ifadəsindən imtina etdi” başlıqlı məqalə ilə çıxış etdi. Qəzet arxivdədir, qaldır bax, ay…”

İlqar Altay daha sonra yazır: “Mən müstəqil, öhdəliksiz insan, bir tək ifadəm ilə həmin odlu-alovlu anlarda 1-2 nəfərə müvəqqəti başağrısı gətirdimsə, sən sakit, rahat və məcburiyyətsiz dövr və şəraitdə Müsavat Partiyası və bütün müxalifəti satmağın, İlham Əliyevə təslim olub, Milli Şura, AXCP-yə qara yaxıb, ara vurub, bütün müxalifəti bir-birinə qatmağın, Əvəz Zeynallı, Xədicə İsmayıl və digərlərinin tutulmasındakı rolunla bütün Azərbaycan demokratik düşərgəsini alt-üst etdin…

Daha bir məsələ. Sən Rauf Arifoğlunun o vaxt satqınlığı üzə çıxanda, Arif Hacılı ilə xeyli bərk mübahisəniz oldu Müsavatın qərargahında. O zaman Arif bəy hirslə sən satqının üzünə loxma ilə tüpürmək istəyib, ancaq son anda bu addımı atmayıb. Sonradan izah edib ki, o sifət üçün tüpürcəyimə heyfim gəldi! Bu dəqiqdir… Hələlik bu qədər… İndi davam et, yaz Rauf və cavabını artıqlaması ilə al…”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rauf Arifoğlu Müsavatdakı istefalarla bağlı açıqlama verdi

    Rauf Arifoğlu Müsavatdakı istefalarla bağlı ...

    17-10-2014, 11:05

  • 
  • Xədicə İsmayılla Rauf Arifoğlu arasında “atışma”

    Xədicə İsmayılla Rauf Arifoğlu arasında “atışma” ...

    24-11-2013, 16:15

  • 
  • “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna ağır itki üz verib

    “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf ...

    6-08-2017, 21:14

  • 
  • AXCP Rauf Arifoğlunun DİN-ə müraciətini pislədi

    AXCP Rauf Arifoğlunun DİN-ə müraciətini pislədi ...

    5-12-2013, 16:50

  • 
  • Rauf Arifoğlu Əvəz Zeynallıya görə dindiriləcək

    Rauf Arifoğlu Əvəz Zeynallıya görə dindiriləcək ...

    26-02-2014, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu