GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Belə bir əməliyyat olub və ruslar öldürülüb”

“Belə bir əməliyyat olub və ruslar öldürülüb”

Tarix: 28-03-2018, 15:46 Bölmə :Müsahibə Baxış: 379
“Belə bir əməliyyat olub və ruslar öldürülüb”


Sülhəddin Əkbər: “Bu qərarla Türkiyəyə də açıq olmasa da, qapalı bir mesaj var”

Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi Sülhəddin Əkbərlə müsahibəni təqdim edirik.

- Afrin şəhəri daxil olmaqla bu bölgənin terrorçulardan azad edilməsi nə dərəcədə tez və rahat ola bilər?

- Dünyada ən çətin döyüşlər yaşayış məntəqələrində şəhər döyüşləri hesab olunur. Odur ki, heç kim döyüşlərin asan keçəcəyini, bu yaşayış məntəqələrinin asanlıqla təmizlənəcəyini düşünmür. Məhz bu səbəbdən də bu sahədə xüsusi təcrübəsi olan qüvvələrdən istifadə olunacaq. Çünki bu qüvvələrin Türkiyənin cənub şərqində keçirilən əməliyyatlarda təcrübəsi olub. İndiki halda yaşayış məntəqələrində döyüş aparmaq çətindir. Bununla paralel terror təşkilatları qeyri-əxlaqi mübarizə aparır, hətta yaşlı insanların minalanmasından belə istifadə edirlər. Bir sözlə, terrorçular hər cür tələdən istifadə edir. Odur ki, çox çətin olacaq və uzun zaman vaxt aparacaq.

- BMT Təhlükəsizlik Şurası Suriya məsələsini müzakirə etdi və bir ay ərzində ölkədə müharibənin dayandırılması, mülki insanlara humanitar dəhlizin açılması haqda qərar qəbul etdi...

- Bəli, ən azı bir ay müddətinə Suriyada hərbi əməliyyatların dayandırılması və humanitar yardımların göstərilməsi nəzərdə tutulur. Bu əsasən Şərqi Quta bölgəsində müşahidə olunan humanitar böhranla bağlıdır. Bildiyiniz kimi Rusiya, Suriya və İran qüvvələri mühasirədə olan bu əraziyə aviasiya daxil olmaqla güclü zərbələr endirir. Nəticədə mülkü əhali arasında çoxlu sayda itkilər var. Yaranan böhranın həddi o səviyyəyə çatdı ki, hətta Rusiya belə BMT-də bu qərara səs verdi. İndi bu qərara nə dərəcədə əməl edilib-edilmədiyini görəcəyik. Beynəlxalq birlik verilən bu qərarın yerinə yetirilməyəcəyindən narahatdır. Bu səbəbdən də dünən Angela Merkel və Emmanuel Makron Putinlə danışdı və ona Bəşər Əsədin bu qərarı yerinə yetirməsi, atəşkəsin təmin edilməsi üçün təzyiq göstərməsini istədi. Ancaq bu qərarla Türkiyəyə də açıq olmasa da, qapalı bir mesaj var.

- BMT Təhlükəsizlik Şurasının Suriya qərarı Türkiyənin bu ölkədə apardığı hərbi əməliyyata nə dərəcədə təsir göstərir?

-Bəli, məlum qərarla Ankaraya mesaj verilir ki, Afrində həyata keçirdiyi əməliyyatları məhdudlaşdırsın. Ancaq Türkiyə əməliyyatları davam etdirməkdədir.

Türkiyə rəsmiləri elan etdi ki, BMT-nin qərarının onlara təsiri olmayacaq, Türkiyə əməliyyatlarını davam etdirəcək. Amma istənilən halda bu əməliyyatlara qarşı Qərbdə geniş piar aparılır. Üstəlik bunu yalnız terror təşkilatları deyil, həm də onların arxasında duran böyük güclər də aparır. Artıq Afrin bölgəsinin mühasirəyə alınması, strateji yüksəkliklərin və 100-dən çox yaşayış məntəqələrinin azad edilməsi başa çatır. Türkiyənin apardığı əməliyyata taktiki baxımdan “Hilal” əməliyyatı adlandırılır. Türk ordusunun uzun zamanlardan bəri geniş istifadə etdiyi taktikadır. Hilal əməliyyatının qapanması üçün Rako və Çin Dərəsi arasında 8 kilometrlik bölgə qalıb. Yəqin ki, 2-3 günə bu əməliyyat başa çatacaq, ikinci mərhələdə əsasən yaşayış məntəqələrində əməliyyatlar başlayacaq. Bu əməliyyatlar başlayanda istər-istəməz mülki tələfat ola bilər. Terror təşkilatının üzvləri isə hərbi paltarda deyil, mülki paltarda olurlar. Odur ki, Afrin şəhər mərkəzinə yaxın yaşayış məntəqələrində belə əməliyyat başlayanda yəqin ki, hay-küy daha da artacaq. Qarşı tərəf türk ordusunun Afrin şəhər mərkəzinə daxil olmasının qarşısını almaq, Afrin əməliyyatının dayandırmaq üçün daha ciddi təzyiqlər və siyasi-diplomatik cəhdlər edəcək. Özü də, bu, birtərəfli olmur. Yəni ancaq ABŞ, Avropa Birliyi, İsrail tərəfində olmur, eyni zamanda Rusiya, İran və Əsəd rejimi tərəfindən də bu istiqamətdə yarı açıq, yarı gizli həmlələr olur. Bundan sonra belə həmlələrin və səylərin artacağı gözləniləndir.

- PYD-nin keçmiş həmsədri Saleh Müslüm Praqda həbs edilib. Onun Türkiyəyə ekstradisiyası mümkündürmü?

- Türkiyə hakimiyyətinə yaxın şərhçilərin verdiyi analizdən belə anlaşılırdı ki, bu Tillersonun Ankara səfəri zamanı əldə edilən bir sıra gizli razılaşmaların elementi ola bilər. Əgər, bu həbs ABŞ və Türkiyə arasında əldə edilən gizli razılaşmanın bir elementidirsə, böyük ehtimalla onu Türkiyəyə ekstradisiya edə bilərdilər. Ancaq gördüyünüz kimi Praqa məhkəməsi onu azad etdi. Üstəlik Müslüm bütün Avropa ölkələrini gəzməkdə davam edir.

Mən Saleh Müslümün həbsi prosesini yaxından izləyirdim. Düşünürdüm ki, əgər ABŞ və Almaniya ilə Türkiyə arasında gizli razılaşmalar varsa, Saleh Müslüm Ankaraya təslim ediləcək. Əks təqdirdə hüquqi proseduralarla məsələ ya uzadılacaq, ya da Türkiyəyə verilməyəcək. Ancaq son zamanlar Almaniya və ABŞ-ın hərəkətlərində taktiki də olsa dəyişikliklər müşahidə edilir. Əgər bütün bunlar Türkiyə ilə gizli anlaşmaların təzahürüdürsə, o zaman Saleh Müslümü Türkiyəyə verməli idilər. Ancaq bu baş vermədi.

- Ankara hazırda əksər Avropa ölkələri ilə danışıqlar apararaq Salih Müslümün ekstradisiyasına çalışır. Əgər PYD-nin sabiq rəhbəri Türkiyəyə ekstradisiyasından Ankara nə qazanacaq?

- Bu Türkiyə üçün əsasən psixoloji, siyasi-diplomatik üstünlük gətirəcək. Yəni psixoloji-siyasi və diplomatik-siyasi təşəbbüsün Türkiyəyə keçdiyi görüntüsü yaranacaq. Amma nəzərə almaq lazımdır ki, biz gizli razılaşmaların nədən ibarət olduğunu bilmirik. Bunun Türkiyənin xeyrinə və ya ziyanına olduğunu gələcək göstərəcək. Bu məxfi razılaşmalarda Türkiyədən nə istənildiyi əsas məsələdir. Əgər Saleh Müslümün Türkiyəyə verilməsi məxfi razılaşmalarda bonus xarakteri daşıyırsa, bu başqa məsələ.

- Rus mediası xəbər yayıb ki, Suriyada yüzlərlə amerikalı öldürülüb. Bu nə dərəcədə realdır və belə olarsa, nələr baş verə bilər?

- Bildiyiniz kimi fevralın 7-də Deyir əz-Zor ətrafında Suriya rejimi, İran və Rusiyanın özəl hərbi şirkətindən olan qarışıq qüvvəyə ABŞ aviasiyası tərəfindən zərbələr endirilib. Qeyri rəsmi məlumatlara görə, zərbələr nəticəsində 100-600 nəfər arasında əsgər tələfatı qeydə alınıb. Bunların içərisində Rusiyanın özəl hərbi şirkəti olan “Vaqner” şirkətinin 100-dən çox hərbçisinin öldüyü, 200-300 hərbçisinin isə yaralandığı bildirilir. Təbii ki, burada həqiqət var, sadəcə rəqəmlərin nə qədər olduğunu söyləmək çətindir. Ancaq belə bir əməliyyat olub və ruslar öldürülüb. Bu da, faktiki olaraq Rusiya mediasında, ictimaiyyətində və sosial şəbəkələrdə müzakirə edilir. Ancaq indiki halda rus mediasında yayılan və amerikalı əsgərlərinin öldürülməsindən bəhs edən informasiya dezinformasiya da ola bilər. Çünki bu sayda ABŞ hərbçilərinin Suriyada öldürülməsi haqda qərb mediasında informasiya yoxdur. Qərb mətbuatı azad mətbuat olduğundan belə informasiyalar mütləq üzə çıxardı. Odur ki, rus mediasının bu informasiyası daha çox dezinformasiyaya oxşayır.

HÜSEYN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qapalı görüşün bir razılaşması - Sülhəddin Əkbərin partiyası qeydiyyata alınacaq (ÖZƏL)

    Qapalı görüşün bir razılaşması - Sülhəddin ...

    13-12-2014, 22:57

  • 
  • Sülhəddin Əkbərin partiyasının üzvləri Milli Şuradan çıxdılar

    Sülhəddin Əkbərin partiyasının üzvləri Milli ...

    8-07-2014, 16:20

  • 
  • ​Terrorçuların qənimi döyüşə girir - TÜRKİYƏDƏN TƏCİLİ QƏRAR

    ​Terrorçuların qənimi döyüşə girir - TÜRKİYƏDƏN ...

    3-02-2018, 13:05

  • 
  • “Azərbaycana qarşı terror təhdidi riski yüksəkdir” - Sabiq NAZİR MÜAVİNİ

    “Azərbaycana qarşı terror təhdidi riski ...

    4-12-2014, 23:37

  • 
  • Türk ordusu dünyaya dərs verdi - Afrin əməliyyatı

    Türk ordusu dünyaya dərs verdi - Afrin əməliyyatı ...

    19-03-2018, 10:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu