Dağlıq Qarabağ konfliktinin tərəfləri münaqişənin həlli istiqamətində danışıqlarda irəliləyiş əldə etmək üçün bir-birinə qarşı etibarsızlıqdan imtina etməli və bunun üçün 2011-ci ildə keçirilən Kazan sammitinin razılaşdırılmalarından istifadə etməlidirlər.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavroy deyib.
Lavrov, Ermənistan telekanalına verdiyi müsahibədə, "Əsas olan, danışıqlar zamanı hələ də meydana çıxan etibarsızlıqdan uzaqlaşmaq və diqqəti real, praqmatik fikirlərə yönəltməkdir" deyib.
O, bildirib ki, bu ideyalar “kağız üzərində əks olunmalıdır”. Lavrov qeyd edib ki, 2011-ci ildə Kazan sammitinə hazırlıq intensiv gedirdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında da hazırlıq yüksək səviyyədə idi.
“Lakin sammitin gedişatında əlavə suallar və şərhlər ortaya çıxdı. Biz bunu faciəyə çevirmirik. İşlər davam etdiriləcək. Əminəm ki, kazan sənədində olan bir çox şeyə hələ də ehtiyac var", - deyə Lavrov sözlərinə əlavə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?