GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Cəmil Həsənli : Faktiki olaraq xalqın seçki hüququ mənimsənilib

Cəmil Həsənli : Faktiki olaraq xalqın seçki hüququ mənimsənilib

Tarix: 12-04-2018, 15:52 Bölmə :Müsahibə Baxış: 383
Cəmil Həsənli : Faktiki olaraq xalqın seçki hüququ mənimsənilib


Milli Şuranın sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı danışıb.

Amerikanın Səsi: Milli Şura növbədənkənar prezident seçkilərinin nəticələrini tanımadığını bəyan edib. Seçkiləri boykot elan etməyinizin seçki prosesinə hansı təsirləri oldu?

Azərbaycan xalqı bu seçkini boykot etdi.
​Cəmil Həsənli: İlk növbədə bu, alternativsiz seçki oldu. Yəni, tək Milli Şura deyil, digər müxalifət qüvvələri də bu seçki məzhəkəsində iştirak etməkdən imtina etdilər. Ölkənin aparıcı müxalifət qüvvələri, Milli Şura, Azərbaycan Xalq Cəbhəsi, Müsavat Partiyası, REAL Hərəkatı bu qəfil seçkiyə, bu alternativsiz seçkiyə qatılmaqdan imtina etdilər. Birinci dəfədir ki,əsas müxalifət qüvvələri yekdil şəkildə, hətta fəaliyyətlərini koordinasiya etmədən bu seçki rəzalətində iştirak etməkdən imtina etdilər. Ən mühüm nəticə ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkini boykot etdi. Yəni, Mərkəzi Seçki Komissiyasının verdiyi rəqəmlər tamamilə saxta rəqəmlərdir. Orada 70 faizə qədər seçici fəallığı haqqında rəqəmlər səsləndirilib. Hətta total karusel oyunu belə mənzərəni dəyişə

Biz kütləvi aksiyaları davam etdirəcəyik.
bilmədi. Bütövlükdə seçicilər, Azərbaycan xalqı bu seçkini boykot etdi.

Amerikanın Səsi: Bundan sonra müxalifət qüvvələri mübarizəsini hansı müstəvidə davam etdirəcək?

Cəmil Həsənli: Bu saxta seçkilərin nəticələrinə qarşı mübarizə, əlbəttə, qanun çərçivəsində, Azərbaycan Konstitusiyasının yol verdiyi bütün vasitələrlə bu seçkilərə qarşı mübarizə aparılacaq. İstər kütləvi aksiyalar vasitəsi ilə, istər mətbuat səhifələrində, sosial şəbəkələrdə, insanlarla birbaşa ünsiyyətdə bu saxta seçkilərin nəticələrinə qarşı mübarizə aparılacaq. Bizim məqsəd və məramımız ondan ibarətdir ki, Azərbaycan əhalisi iştirak etmədiyi bir seçkinin nəticələrini tanımadığını hansısa formada ifadə etməlidir. Bunun da ən mümkün yolllarından biri kütləvi aksiyalardır. Biz kütləvi aksiyaları davam etdirəcəyik.

Amerikanın Səsi:Müxalifətin seçki taktikasında dəyişikliklər etməsinə ehtiyac varmı?

Cəmil Həsənli: Seçki elə bir prosesdir ki, nə qədər yaxşı taktika tətbiq etsən, nə qədər təkmilləşmiş variantlardan istifadə etsən, bir o qədər məqbuldur. Amma ilk növbədə seçki qanunvericiliyi ilə bağlı məsələlər dəyişilməlidir. Venesiya Komissiyasının çoxlu təklifi olmuşdu. Faktiki olaraq dünənki seçkilər 2013-cü il seçkilərini 50 faiz saxtalaşdırmış komissiyaların iştirakı ilə keçirildi. Heç bir halda bu, seçkilərin nəticələrinə etimad ola bilməz, çünki 58 faiz saxtalaşdırmadan sonra seçki komissiyalarının dəyişdirilməsi, təkmilləşdirilməsi, gerçək müxalifət qüvvələrinin ora cəlb edilməsi istiqamətində faktiki olaraq heç bir addım atılmadı. 58 faiz seçki saxtakarlığına gətirib çıxarmış komissiyaların üzvlərinin cəzalandırılması istiqamətində heç bir addım atılmadı. Ona görə də bu komissiyanın, yəni, 5 il əvvəl seçkilərin yarıdan çoxunu saxtalaşdırmış bir komissiyanın nəticələri ilə razılaşmaq olmaz. Ona görə də Milli Şura əlində olan bütün vasitələrlə mübarizə aparacaq. Azərbaycan əhalisini, vətəndaşları, seçiciləri buna səfərbər edəcək. Çünki bu prosesdən ziyan çəkən həm də Azərbaycan xalqıdır. Konstitusiyanın 1-ci maddəsinə görə, Azərbaycan xalqı seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququndan məhrum edilib. Faktiki olaraq xalqın seçki hüququ mənimsənilib. Bu da Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə, xalqa qarşı törədilmiş ən böyük cinayətdir.

Amerikanın Səsi: Beynəlxalq birliyin Azərbaycandakı seçki prosesinə münasibətini necə qiymətləndirirsiniz?

Azərbaycan hakimiyyəti sosial-iqtisadi həyatda deyil, artıq seçki korrupsiyası ilə dünyada məşhur olan bir hakimiyyətdir.
​Cəmil Həsənli: Beynəlxalq birliyin münasibəti deyəndə, hazırda Azərbaycan hakimiyyətinin mahiyyəti haqqında beynəlxalq birlikdə elə şübhə yoxdur. Son bir neçə gün beynəlxalq mətbuatın materiallarına diqqət yetirsəniz burada Vaşinqton Post, Nyu-York Tayms, Le Mond, Liberrasion, Frans Press kimi dünyanın böyük media qurumlarımdan söhbət gedir ki, onlar ictimai rəyi formalaşdırır. Mənzərə ortadadır. Azərbaycan hakimiyyətinin keçirdiyi seçkilərə heç bir etimad yoxdur. Lağa qoyulur. Hətta Rusiya mətbuatında belə Azərbaycan hakimiyyətinin keçirdiyi saxta seçkilər, qəfil seçkilər, alternativsiz seçkilər lağa qoyulur. Azərbaycan hakimiyyəti sosial-iqtisadi həyatda deyil, artıq seçki korrupsiyası ilə dünyada məşhur olan bir hakimiyyətdir. Dəhşətli burasıdır ki, bizim ölkədə çox geniş seçki korrupsiyası da fəaliyyət göstərir. Bu korrupsiyanın başında da bütün korrupsiya istiqamətlərində olduğu kimi İlham Əliyev dayanır.

Qeyd: Azərbaycan hakimiyyəti və Mərkəzi Seçki Komissiyası seçkilərin azad, demokratik keçirildiyini bildirirlər. Rəsmi Bakı seçki, o cümlədən azadlıqlarla bağlı tənqidləri qəbul etmir və ölkədə bütün fundamental azadlıqların təmin olunduğunu bəyan edir. Hakimiyyət korrupsiyaya qarşı yüksək səviyyədə mübarizə aparıldığını və günahkar şəxslərin cəzalandırıldığını bildirir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli mühafizədən imtina etdi

    Cəmil Həsənli mühafizədən imtina etdi ...

    28-12-2013, 13:01

  • 
  • Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri sədr isə İbrahimbəyov oldu - Yenilənib

    Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri ...

    3-12-2013, 22:36

  • 
  • Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşündən danışdı

    Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşündən ...

    16-09-2013, 16:09

  • 
  • CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU

    CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU ...

    23-08-2013, 17:44

  • 
  • Cəmil Həsənli ABŞ-a getdi

    Cəmil Həsənli ABŞ-a getdi ...

    12-11-2013, 11:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu