GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Anar Məmmədli: Seçki azad, demokratik və ədalətli hesab oluna bilməz

Anar Məmmədli: Seçki azad, demokratik və ədalətli hesab oluna bilməz

Tarix: 14-04-2018, 11:42 Bölmə :Müsahibə Baxış: 366
Anar Məmmədli: Seçki azad, demokratik və ədalətli hesab oluna bilməz


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 11 aprel prezident seçkisinin bütün mərhələləri üzrə qiymətləndirmə aparıb. Müşahidəçilər səsvermə günü və səslərin sayılması zamanı "seçki prosesinə ziyan vuran ənənəvi və ciddi qanun pozuntularının olduğunu" qeyd ediblər. Mərkəz rəsmi nəticələr üzərində detallı analiz sayəsində elan olunmuş rəqəmlərlə bağlı ciddi uyğunsuzluqların müəyyən edildiyini bildirib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə müşahidənin nəticələrindən danışıb.

Seçkilərdə rəqabətli şeçki mühiti təmin olunmayıb


“Bu seçkilərdə rəqabətli şeçki mühiti təmin olunmayıb. Seçki dövrü yetərincə siyasi azadlıqların boğulması, məhdudlaşması ilə müşayiət olunduğundan azad və demokratik, ədalətli hesab oluna bilməz. Seçki dövründə, xüsusilə də seçkilərin təyin edilməsi, seçkiqabağı təşviqat kampaniyası dövründə və seçkilərə qədər olan dönəmdə ölkədəki siyasi mühit demokratik hesab oluna bilməz. Və belə bir şəraitdə əvsuslar olsun ki, seçicilərin həm rəqabətli, həm alternativli seçki yarışının şahidi olmaq imkanları da məhdudlaşıb.”

Beynəlxalq müşahidəçilərin nəticələri siyasi reallıqları əks etdirir

Seçki dövrü yetərincə siyasi azadlıqların boğulması, məhdudlaşması ilə müşayiət olunduğundan azad və demokratik, ədalətli hesab oluna bilməz.

“Biz hesab edirik ki, bu nəticələr yetərincə Azərbaycanın siyasi reallıqları ilə uyğundur. Yəni istər ifadə azadlığı, istər sərbəst toplaşmaq azadlığı, birləşmə azadlığı ilə bağlı hesabatda yer alan fikirlər, eyni zamanda, hesabat müəlliflərinin, hesabatı ortaya çıxaran missiyanın seçki günü ilə bağlı gəldiyi qənaəti tam bölüşürük. Çünki biz də gün ərzində müxtəlif məntəqələrdə olmuş müşahidəçilərdən, vətəndaşlardan, seçicilərdən aldığımız məlumatlar əsasında, seçki günü yetərincə pozuntuların olduğu, xüsusilə də seçki prosesində seçki qutusuna seçki bülletenlərinin atılması, adları seçici siyahısında olmayan şəxslərin qanunsuz halda səsvermədə iştirakı kimi halları eşitmişik, duymuşuq, bununla bağlı məlumatlar almışıq. Yəni bütün bunlar onu göstərir ki, beynəlxalq təşkilatlar da elə yerli ölkə vətəndaşlarının gördüyü pozuntuları görüblər. Yəni onlar bizim də yaşadığımız bu mühitin son bir ay müddətində bir parçası olublar. Yəni ölkəni gəziblər, prosesin qiymətləndirməsini aparıblar. Mən hesab edirəm ki, onların gəldiyi qənaət yetərincə ölkə reallıqlarını əks etdirir, tamamilə Azərbaycandakı seçki prosesinə adekvatdır.

Seçki fəallığı ilə bağlı ciddi pozuntuları aşkar etmişik

Seçki günü yetərincə pozuntuların olduğu, xüsusilə də seçki qutusuna seçki bülletenlərinin atılması, adları seçici siyahısında olmayan şəxslərin qanunsuz halda səsvermədə iştirakı kimi halları eşitmişik, duymuşuq.

“Biz uzun illər ərzində Azərbaycanda seçki müşahidəçiliyini təbliğ etmiş, bununla bağlı bəlli bir təcrübə toplamış təşkilatıq. Bizim özümüzün həm ölkə daxilində, ölkə xaricindən kənarda yetərincə etimad göstərən isanlar, təşkilatlar var. Xüsusilə də bizim əməkdaşlıq etdiyimiz təşkilatlar sırasında Azərbaycandakı vətəndaş cəmiyyətləri qruplarını göstərə bilərəm, ölkədəki siyasi partiyalar, eyni zamanda, ölkə xaricində Avropa Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Birliyi strukturları kimi qurumlar və təbii ki əməkdaşlıq etdiyimiz beynəlxalq qeyri-hökumət təşkilatları bizim rəylərimizi mötəbər hesab edirlər. Biz maksimum çalışırıq ki, tərəfsiz olaq və müstəqil qiymətləndirmə aparaq. Dünən də gün ərzində bizim əldə etdiyimiz məlumatları biz maksimum çalışmışıq ki, obyektiv şəkildə analiz edək. Və analizin nəticələri dünən sonuncu məlumatlar daxil olduqdan sonra bizim ilkin bəyanata daxil edildi və bizim bu ilkin bəyanatda yer aldı. Amma bu ilkin bəyanatla yanaşı, biz araşdırmalarımızı davam etdiririk. Məsələn, bu gün bizə ölkə üzrə 13 seçki dairəsindən məlumatlar daxil olub və biz o məlumatları sonradan Mərkəzi Seçki Komissiyasının rəsmi veb saytı ilə da tutuşdurmağa başladıq, çünki Mərkəzi Seçki Komissiyasında bu rəqəmlər yerləşdirilib. Orada seçici fəallığı ilə bağlı çox ciddi pozuntuları aşkarlamış olduq. Və biz bu nəticələri birinci olaraq ölkə ictimaiyyətinə çatdıracağıq. Amma mən çox təəssüf edirəm ki, biz nə qədər ölkə ictimaiyyətinə bu məlumatı versək də, birinci növbədə bu məsələyə reaksiya verməli olan seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası əfsuslar olsun ki, reaksiya vermir, dövlət orqanları reaksiya vermir. Əvəzində biz onların saymamazlığının, prosesə belə laqeyd, etinasız yanaşmağının şahidi oluruq.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SMDTM: 11 aprel seçkiləri azad seçki standartlarına uyğun olmayıb

    SMDTM: 11 aprel seçkiləri azad seçki ...

    12-04-2018, 21:12

  • 
  • Anar Məmmədli: Seçki şəraitini yetərincə qeyri-demokratik adlandırmaq olar

    Anar Məmmədli: Seçki şəraitini yetərincə ...

    17-02-2018, 11:57

  • 
  • C.Ashton və Š.Füle Anar Məmmədlinin həbsi ilə bağlı birgə bəyanat yayıb

    C.Ashton və Š.Füle Anar Məmmədlinin həbsi ilə ...

    20-12-2013, 22:27

  • 
  • Anar Məmmədli: “Məhkəməyə müraciət edə bilərik”

    Anar Məmmədli: “Məhkəməyə müraciət edə bilərik” ...

    26-11-2013, 15:54

  • 
  • Cəmil Həsənlini Seçki Qərargahı seçkilərin ləğvini tələb etdi

    Cəmil Həsənlini Seçki Qərargahı seçkilərin ...

    10-10-2013, 11:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu