GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Anar Məmmədli: Seçki şəraitini yetərincə qeyri-demokratik adlandırmaq olar

Anar Məmmədli: Seçki şəraitini yetərincə qeyri-demokratik adlandırmaq olar

Tarix: 17-02-2018, 11:57 Bölmə :Siyasət Baxış: 392
Anar Məmmədli: Seçki şəraitini yetərincə qeyri-demokratik adlandırmaq olar


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Azərbaycanda növbədənkənar prezident seçkilərinin monitorinqi üçün şərait və seçkiöncəsi durumdan danışıb.

Anar Məmmədli seçkilərin keçirilməsi üçün ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmə azadlığının vacib şərtlər sırasında olduğunu vurğulayıb. Lakin o, seçki ərəfəsi və seçki dövründə bu azadlıqlarla bağlı durumun narahat doğurduğunu qeyd edib.

“Mənim 10 ildən artıq seçkiləri müşahidə təcrübəm var. Əvvəlki seçkilərlə müqayisədə qeyd edə bilərəm ki, indi ölkədə ifadə azadlığı ilə bağlı, sərbəst toplaşmaq və birləşmə azadlığı ilə bağlı problemlər, hakimiyyətin yaratdığı məhdudiyyətlər ötən illər keçirilən seçkilərlə müqayisədə daha ağır formada təzahür edir. Digər bir məsələ seçki prosesinin təşkili ilə bağlı hüquqi bir mühitin olmasıdır. Yəni təkcə siyasi azadlıqlarla bağlı vəziyyət dedikdə hakimiyyətin yaratdığı basqılar deyil, həm də ölkədə qüvvədə olan qanunlar bu şəraitin demokratik qaydada keçirilməsinə imkan verməlidir.”

Anar Məmmədli seçki məcəlləsi ilə bağlı vəziyyət, ölkədə ifadə azadığı, sərbəst toplaşmaq və birləşmə azadlığını tənzimləyən normativ aktlarının zəruri formada olmasını vacib elementlər kimi qeyd edib.

“Amma təəssüf ki, 2003-cü ildə Azərbaycanda seçki məcəlləsi qəbul ediləndən bu yana qədər dəfələrlə onda mürtəce xarakterli, reqressiv dəyişikliklər baş verib və bu dəyişikliklər demək olar ki, seçki məcəlləsini ilk dönəmdə, yəni 2003-cü ilin iyunundan ötən müddət ərzində seçki şəraitini daha da seçki şəraitini məhdudlaşdıran, seçki prosesində bütün iştirakçıların maraqlarını təmin edən qanundan yetərincə məhdudlaşdırıcı, yetərincə mürtəce müddəaların yer aldığı bir normativ akta çevrildi.”

Anar Məmmədli ifadə azadlığının məhdudlaşdırılması, müstəqil və müxalifyönlü veb səhifələrin bloklanmasını xüsusi qeyd edib.

“2017-ci ilin martında informasiya yayımla bağlı qanuna dəyişikliklər edildi və sayatların bloklanması məsələsi Rabitə və İnformasiya Nazirliyinin səlahiyyətinə verildi. Bu, 2017-cilin martında qəbul edildi, üstündən iki ay keçməmiş beş müstəqil və müxalif hesab edilən veb portala blok qoyuldu və AzadlıqRadiosudur, Azadlıq qəzetidir və başqa digər müstəqil və müxalif yönlü sayılan veb portallara ölkədə giriş qadağan edildi. Yəni bütün bunlar belə deyək, seçki şəraitinin yetərincə qeyri-demokratik, ölkədə azad iradənin ifadəsi ilə bağlı imkanların maksimum şəkildə məhdudlaşdırılmasının göstəricisidir və belə bir vəziyyətdə növbədənkənar prezident seçkisi keçirilir.”

Anar Məmmədli yerli və beynəlxalq müşahidə qruplarının monitorinqi üçün şəraitdən danışıb.

“Yerli müşahidə missiyalarının təşkili ilə bağlı birinci növbədə baxmaq lazımdır bu prosesdə iştirak edən partiyalardan müşahidəçilərə, seçki bloklarına və vətəndaş cəmiyyətlərini təmsil edən müşahidə qruplarına. Siyasi partiyaları təmsil edən müşahidə qrupları ilə bağlı onu qeyd edə bilərəm ki, bu son günlərdə, son bir həftə ərzində seçki prosesi ilə bağlı partiyalarının verdiyi boykot qərarları yəqin ki onların müşahidə missiyalarına, müşahidə fəaliyyətinə təsir edəcək.”

Anar Məmmədli qeyd edib ki, son üç ildə qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilik aktlarının dəyişdirilməsi, onlara qarşı repressiv fəaliyyət vətəndaş cəmiyyəti təşkilatlarının yerli müşahidəçilik fəaliyyətinə mənfi təsir göstərir.

“Yəni bu gün ölkədə seminar keçirməyə, təlim keçirməyə, bir mətbuat konfransı keçirməyə Bakı və digər bölgələrdə yerlər yoxdursa, bütün bu iaşə obyektlər, ictimai yerlər, qapalı məkanlar əgər yerli icra hakimiyyətlərinin birbaşa nəzatindədirsə yerli seçki müşahidə qruplarını necə hazırlamaq olar, necə onlara təlim, seminar keçirmək olar? Bu imkanlar demək olar ki əldən çıxıb.”

Anar Məmmədlinin sözlərinə görə, seçkinin erkən keçirilməsi qərarı beynəlxalq təşkilatların monitorinq missiyalarını həyata keçirməsi qarşısında çətinlik yarada bilər.

“Məndə olan məlumata görə, ATƏT-ə rəsmi dəvətnamə göndərilib. Ancaq ATƏT-in daxili prosedur qaydaları belədir ki, mütləq qiymətləndirmə missiyası göndərilməlidir və gələcək seçki missiyasının tərkibi və onun həcmi ilə bağlı qərar verilməlidir. Bunun üçün də müddət çox azdır. Bunun üçün Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun çox qısa bir zamanda böyük bir missiya hazırlayıb Bakıya, Azərbaycana göndərəcəyinə inanmıram.”

Anar Məmmədli beynəlxalq qurumların Azərbaycanda seçki mühitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrinin icra edilməsi istiqamətində nailiyyətin olmadığını bildirib və beynəlxalq təşkilatların məsələyə reaksiya verməli olduğunu deyib.

“Mən hesab edirəm ki, ATƏT-in və digər qurumların tövsiyələrinin icrası ilə bağlı Azərbaycanda ciddi nailiyyətlər, yəni ümumiyyətlə nailiyyət deyə bir şey yoxdur. Və bu, çox ürəkağrıdan bir mənzərədir. Və belə bir durumda təbii ki Azərbaycandakı seçki şəraitini tamamilə beynəlxalq nəzarətdən, beynəlxalq tövsiyələri, beynəlxalq prinsipləri gözardına alan bir proses kimi qiymətləndirmək olar. Mənə elə gəlir ki, hər şey göz qabağındadır. Sadəcə bu məsələlərlə bağlı beynəlxalq təşkilatların, eyni zamanda Azərbaycanın üzvü olduğu, üzərinə öhdəliklər götürdüyü təşkilatların ciddi şəkildə siqnal verməsinə, ciddi şəkildə bu məsələlərə təpkilər verməsinə ehtiyac var.”/amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Anar Məmmədli: “Məhkəməyə müraciət edə bilərik”

    Anar Məmmədli: “Məhkəməyə müraciət edə bilərik” ...

    26-11-2013, 15:54

  • 
  • Anar Məmmədli saxlandığı kameranın soyuq olmasından şikayətlənib

    Anar Məmmədli saxlandığı kameranın soyuq ...

    10-02-2014, 15:06

  • 
  • Anar Məmmədli həbsdə qaldı

    Anar Məmmədli həbsdə qaldı ...

    23-12-2013, 20:18

  • 
  • Anar Məmmədli “vicdan məhbusu” elan edildi

    Anar Məmmədli “vicdan məhbusu” elan edildi ...

    24-12-2013, 17:20

  • 
  • ABŞ Dövlət Departamenti: Anar Məmmədlini dərhal azad edin!

    ABŞ Dövlət Departamenti: Anar Məmmədlini dərhal ...

    24-12-2013, 22:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu