Noyabrın 25-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə, mərkəzin icraçı direktoru Bəşir Süleymanlıya və Könüllülərin Beynəlxalq Əməkdaşlıq Birliyinin sədri Elnur Məmmədova xaricə çıxmamaq xəbərdarlığı edilib.
Noyabrın 26-da “Media forum” saytına danışan Anar Məmmədli deyib ki, qadağa ilə bağlı tədbirlər görməyi fikirləşirlər: “Vəkillərlə görüşüb müzakirə aparacağıq. Çox güman ki, məhkəməyə də müraciət edə bilərik. Hələlik istintaqa və müvafiq dövlət orqanlarına məsələnin aydınlaşdırılması üçün sorğu ilə müraciət etmək fikrimiz var. Dekabr ayında iştirak edəcəyim tədbir var, səfərə qədər hər şeyi ölçüb biçəcəyik və məsələni həll etməyə çalışacağıq”.
Anar Məmmədli onu da deyib ki, açılmış cinayət işi ilə bağlı istintaq davam edir: “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə açılmış cinayət işi ilə bağlı bir aya yaxındır istintaq gedir. Mən də daxil olmaqla 10-a yaxın əməkdaşımız şahid kimi ifadə verib”.
Oktyabrın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində axtarış aparıb. Mərkəzə külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı ilə cinayət işi qaldırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?