GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əli Kərimli: Ölkə çox dərin böhrana gedir

Əli Kərimli: Ölkə çox dərin böhrana gedir

Tarix: 18-04-2018, 15:39 Bölmə :Müsahibə Baxış: 443
Əli Kərimli: Ölkə çox dərin böhrana gedir


AXCP sədri Əli Kərimlinin Amerikanın Səsinə müsahibəsi

AXCP sədri Əli Kərimlinin Amerikanın Səsinə müsahibəsində müxalifətin növbədənkənar prezident seçkilərindən sonrakı mübarizəsindən danışıb.


Amerikanın Səsi: AXCP prezident seçkilərini boykot edib və seçkilərin nəticələrinin ləğvinə çağırıb. Seçkilərin nəticələrinin ləğvi istiqamətində hansı addımlar atacaqsınız?

Kütləvi etiraz aksiyalarımızı davam etdirəcəyik.

Əli Kərimli: Biz artıq qeyri-legitim seçkilərdən sonra aprelin 14-də ilkin etiraz mitinqimizi keçirmişik. Bundan sonra da azad seçki tələbi ilə kütləvi aksiyalarımızı davam etdirəcəyik. Biz mitinqin qətnaməsində yazmışıq ki, seçkinin nəticələrini qəbul etmirik və ölkədə yeni azad, ədalətli seçkilər keçirilənədək, seçki islahatları həyata keçirilənədək mübarizəmizi, o cümlədən kütləvi etiraz aksiyalarımızı davam etdirəcəyik.

Amerikanın Səsi: Mübarizənizi hansı metodlarla davam etdirəcəksiniz?

Çalışacağıq ki, regionlarda da mitinqlərin keçirilməsinə başlayaq.

Əli Kərimli: Mitinqlər, yürüşlərlə davam etdirəcəyik. Biz çalışacağıq ki, nəhayət regionlarda da mitinqlərin keçirilməsinə başlayaq. Regionlarda nümayişçilərə, etirazçılara həddindən artıq sərt bir münasibət var. Ona görə son 13 ildə regionlarda mitinqlər olmayıb. Amma, biz Xalq Cəbhəsi, Milli Şura olaraq regionlarda da etirazlar təşkil etmək niyyətimiz var. O cümlədən, xalqımızın sosial sifarişini nəzərə alaraq mütəmadi olaraq Bakı şəhərində etiraz mitinqləri davam edəcək.

Amerikanın Səsi: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərlə bağlı ilkin bəyanatını hökumət qəbul etmir. Sizin bu bəyanata münasibətiniz necədir?

ATƏT-in bu hesabatından əlavə də bir çox məqamlar var.

Əli Kərimli: ATƏT-in bəyanatı yayılan kimi mən öz facebook səhifəmdə yazı yazdım və bu hesabatı təqdir etdim. Əlbəttə, ATƏT-in bu hesabatından da əlavə şeylər yazmaq olar. Azərbaycandakı reallıqlar o qədər bərbaddır ki, hüquq pozuntuları o qədər çoxdur ki, hətta ATƏT-in bu hesabatından əlavə də bir çox məqamlar var. Amma, biz prinsip etibarı ilə bu hesabatı obyektiv hesabat kimi qəbul edirik. Çünki ən fundamental məsələlərə ATƏT öz münasibətini obyektiv olaraq bildirib.

Amerikanın Səsi: AXCP yeni qurulacaq hökuməti tanımayacağını bəyan edib. Bu vəziyyətdə iqtidar-müxalifət münasibətləri necə olacaq? İqtidardan dialoq təklifi gələrsə qəbul edərsiniz?

Onlar faktiki hakimiyyətdirlər.

Əli Kərimli: Biz indiyədək də İlham Əliyevin hakimiyyətini legitim hesab etməmişik və onun keçirdiyi seçkilərin nəticələrini tanımamışıq. Onlar faktiki hakimiyyətdirlər. Azərbaycan heç vaxt Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalını qəbul etməyib. Amma hansısa məqamlarda Ermənistanla sülh masası arxasında oturub. Yəni faktiki hakimiyyəti zəbt etmiş qüvvə istəyəcəyi təqdirdə, həmin o faktiki hakimiyyətdən demokratiyaya keçidi təmin etmək üçün hansısa dialoq ola bilər.

Amerikanın Səsi: Yerli mediada növbədənkənar parlament seçkiləri olacağı ilə bağlı fikirlər səslənməkdədir. Növbədənkənar parlament seçkiləri elan edilərsə AXCP iştirak edər?

Bu şərtlə heç bir seçkidə iştirak etməyəcəyik.

Əli Kərimli: Bizim seçkidə iştirak edib-etməməyimiz konkret olaraq ciddi səbəblərə bağlıdır. Seçki komissiyalarının tərkibi, ölkədə fundamental azadlıqların olub-olmaması, “Seçki Məcəlləsi”nin seçki kampaniyasına, rəqabətə imkan verib-verməməsi, ölkədə mətbuat azadlığının olub-olmaması, bu faktorlara görə seçkidə iştirak edib-etməməyimizi müəyyənləşdiririk. Əgər, vəziyyət indiki kimi qalacaqsa, bu şərtlə heç bir seçkidə iştirak etməyəcəyik. Amma tələb etdiyimiz seçki islahatları olarsa əlbəttə ki, seçkilərdə iştirak edə bilərik.

Amerikanın Səsi: Ekspertlər ölkədə sistemli böhranın olduğunu bildirir. Sizcə ölkəni böhrandan çıxarmaq üçün hansı addımlar atılmalıdır?

Azərbaycan iqtidarının apardığı siyasət gərginliyi artırıb

Əli Kərimli: Əvvəlcə böhranın olduğunu qəbul etmək lazımdır. Azərbaycan hökuməti anlamalıdır ki, ölkə çox dərin böhrana gedir. Faktiki qarşıdurmaya gedir. Azərbaycan iqtidarının apardığı siyasət gərginliyi artırıb, cəmiyyətdə hökumətə qarşı hətta aqressiv, radikal münasibət formalaşdırıb və indi dayanmaq lazımdır. Dayanıb neynəmək lazımdır? Siyasi islahatlar paketi qəbul etmək lazımdır. Əvvəlcə konstitusiyaya uyğun olaraq hüquq və azadlıqlar tanınmalıdır, seçki islahatı başlanmalıdır, siyasi məhbuslar azad edilməlidir və ölkə yeni demokratik seçkilərə aparılmalıdır.

Amerikanın Səsi: Siz ölkədə yeni qurulacaq hökuməti tanımırslnız. Bununla yanaşı, yeni qurulacaq hökumət necə olmalıdır? Fikirlərinizi bilmək maraqlıdır.

Azərbaycanda oturuşmuş avtoritarizm, hətta despotizm sistemi formalaşıb.

Əli Kərimli: Biz hesab edirik ki, nə qədər ki, hökumətin başçısı İlham Əliyev özüdür, ölkədə böyük bir dəyişiklik ola bilməz. Biz istəmirik ki, indi də vətəndaşların diqqəti aytrı-ayrı nazirlərin kimliyinə cəlb olunsun. Azərbaycanda oturuşmuş avtoritarizm, hətta despotizm sistemi formalaşıb. Bu şəraitdə hökumətin necə olmağı birinci şəxsdən asılıdır. İlham Əliyev özü siyasətini dəyişməsə onun kabinəsində kimlərin nazir olması heç nəyi həll etməz.

Qeyd: Azərbaycan hökuməti bir qayda olaraq demokratiya, insan haqları, seçkilər, media, toplaşmaq azadlıqları ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri ölkədə bütün fundamental azadlıqların təmin edildiyini, hətta bəzi hallarda Avropa ölkələrindən də yüksək səviyyədə təmin edildiyini bildirir. Bununla yanaşı, çoxsaylı beynəlxalq təşkilatlarlar, o cümlədən Avropa İttifaqı, ABŞ Dövlət Departamenti aprelin 11-də keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı ATƏT-in DTİHB-nin tənqidi bəyanatını dəstəkləyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli : Faktiki olaraq xalqın seçki hüququ mənimsənilib

    Cəmil Həsənli : Faktiki olaraq xalqın seçki ...

    12-04-2018, 15:52

  • 
  • AXCP sədri Əli Kərimli ailəsilə birgə... - FOTO

    AXCP sədri Əli Kərimli ailəsilə birgə... - FOTO ...

    12-01-2014, 23:57

  • 
  • Əli Kərimli xalqı mitinqə çağırdı

    Əli Kərimli xalqı mitinqə çağırdı ...

    12-12-2013, 21:44

  • 
  • Əli Kərimlinin oğluna 25 sutka həbs verildi

    Əli Kərimlinin oğluna 25 sutka həbs verildi ...

    23-09-2013, 17:10

  • 
  • Əli Kərimli: “Mitinqin yeni vaxtını hamıya çatdırmaq lazımdır”

    Əli Kərimli: “Mitinqin yeni vaxtını hamıya ...

    13-12-2013, 13:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu