GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hökumət daxilində düşmən dəyirmanına su tökənlər kimlərdir?

Hökumət daxilində düşmən dəyirmanına su tökənlər kimlərdir?

Tarix: 21-04-2018, 13:15 Bölmə :Müsahibə Baxış: 287
Hökumət daxilində düşmən dəyirmanına su tökənlər kimlərdir?


Azərbaycanın son illər çoxsahəli inkişafı, müasir orta məktəblərin, uşaq baxçalarının və sənaye müəsisələrinin tikilib istifadəyə verilməsi Hökumətin xalqımıza qayğısının əyani göstəricisidir. Ölkənin inkişafı üçün bütün mümkün şəraitin yaradılmasını, müdafiə sənayesinin gücləndirilməsi hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib.

Lakin ölkənin bu yüksəlişi, Azərbaycan Dövlətçiliyini həzm edə bilməyən bəzi siyasi qüvvələri (həm ölkə daxilində və həm də ölkə xaricində) qane etmir. Onlar bu və ya digər formada Azərbaycan Dövlətçiliyini gözdən salmağa, ölkənin siyasi və ictimai xadimlərini, tanınmış ziyalıları ləkələmək üçün özlərinin fəaliyyət sistemlərini yaradaraq hər an hücum etməyə fürsət gözləyirlər. Bunu biz Azərbaycan Prezidenti seçkiləri öncəsi və sonrası əyani şahidi olduq.

Odur ki ərazisinin 20%-i işğal altında olan bir ölkənin düçar olduğu bəlalar barədə həqiqətləri təbliğ etmək üçün güclü elmi metodiki baza və yüksək səviyyəli əyani təşviqat materialları hazırlanmalıdır. Dövlət strukturuna aid olan bütün təşkilatların saytlarına ciddi nəzarət edilməlidir. Ona görə ki, həm ölkə daxilində və həm də ölkə xaricində etibarlı mənbə kimi daha çox bu saytlara istinad edilir.

Lakin son illər dövlət strukturlarının saytlarında heç bir əsası olmayan, həqiqəti əks etdirməyən məlumatların yer alması bizdə ciddi narahatlıq yaradır. Azərbaycanın rəsmi saytlarından dezinformasiyanın yayılması, bizim iddia etdiyimiz Azərbaycan həqiqətlərini Beynəlxalq rəydə şübhə altına alır. Beləki, istənilən bir rayonun saytına giririk, deyək ki Laçın rayonu http://www.lachin-ih.gov.az/page/43.html və “işğal olunmuş ərazilər” düyməsini basırıq. Burada Ermənistanın hərbi təcavüzü ilə bağlı uzun bir siyahı görürük. Bu siyahının “Dğıntılar və ziyanlar (1988-1993-cü illər)” bölməsində həqiqətə uyğun olmayan epizodlarla rastlaşırıq. Məsələn:

DAGINTILAR VƏ ZİYANLAR (1988-1993-cü illər)

Məbədlər 44 Məscidlər 9 Tarixi abidələr, saraylar və muzeylər 473 Muzey eksponatları 40 000 Körpülər 160


Burada ilk diqqətimizi çəkən məbədlər və məscidlər ifadəsidir. Nədən məbədlər və məscidlər tarix və mədəniyyət abidələri qrafasında yer almadığı sual doğurur. Məbəd dedikdə hansı tip memarlıq abidələrinin nəzərdə tutulduğu məlum deyildir, bundan əlavə məbədlərin sayının nədən (?) 44 olduğu və ya hansı mənbədən istifadə edildiyi qeyd olunmur.

Məscidlərin sayı 9 rəqəmi ilə ifadə olunur. Halbuku bütün elmi ədəbiyyatlarda təkcə Şuşa şəhərində 17 məhəllə məscidinin olduğu göstərilir. O cümlədən Ağdamda 3, Qubadlıda 2, Füzulidə 9, Cəbraylda 31(onlardan 16-sı uyğunlaşdırılmış məscid olub), Laçında 2, Zəngilanda 8 və Kəlbəcərdə 2 məscid olub. Ümumilikdə bunların cəmi edir 74. Bir o qədər də pirlərimiz, inanc yerlərimiz və digər ziyəratgahlarımız var ki onlar bu siyahıda yer almayıblar. O, zaman saytların aid olduğu icra strukturlarından soruşmaq lazımdır: Niyə?

Dini İşlər üzrə Dövlət Komitəsinin sənədlərində İşğal Olkunmuş ərazilərdə qalan məscidlərin sayı 67 göstərilir. Əgər belədirsə bəs onda Rayon İcra Hakimiyyətləri öz saytlarında işğal altındakı məscidlərimizin sayını niyə 7-8 dəfə azaldırlar? Bəlkə bu ərazilərə xristian əraziləri damğası vurmaq, erməni iddialarına haqq qazandırmaq üçün, islam dini abidələri və ziyərətgahlarımız bilərəkdən təhrif edilərək az göstərilir?

Tarixi abidələr, saraylar və muzeylər adlı qrafa yaradılıb. Yaradıln bu qrafada abidələrin sayı muzeylərdə daxil olmaqla 473 göstərilib. Bu da kökündən yanlışdır. Əgər abidələr kateqoriyalar üzrə göstərilsəydi o zaman; tarixi abidələr, memarlıq abidələri, incəsənət abidələri və arxeoloji abidələr bölmələri yaranardı və Muzeylər ayrıca göstərilərdi, məbəd, məscid, saray ifadələrinin işlədilməsinə lüzum qalmazdı.

Bu qrafada da abidələrin sayı təhrif edilərək olduğundan az göstərilmişdir. Beləki, 879-u rəsmi Dövlət qeydiyyatında olan və 1651-i dövlət qeydiyyatında olmayan cəmi 2550 adda tarix və mədəniyyət abidəsi ermənilərin işğalı altındadır (Hələ erməni mütəxəsislərin iddialarına görə Qarabağ və ətraf ərazilərdəki abidələrin sayı 4500-5000-dir. Bu istiqamətdə araşdırmalarımız davam edir). Dövlət qeydiyyatında olan abidələrdən: 623-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli, 13 ədədi Beynəlxalq əhəmiyyətli abidələrdir. Məlumdur ki müstəqillik dövru işğal altındakı ərazilərimizdə abidələrin qeydiyyatı aparılmayıb. Bəs onda bu abidələrin saylarının rəsmi saytlarda azaldılaraq 473 göstərilməsi kimin mənafeyinə xidmət edir? Axı Mədəniyyət və Turizm Nazirliyinin 2001-ci ildə çap etdiyi katoloqda işğal altındakı ərazilərdə qalan abidələrin sayı göstərilən rəqəmdən azı iki dəfə çox yəni 900-ə yaxındır.

İşğal altında qalan ərazilərimizdəki muzeylərin sayı 23, şəkil qalareyalarının sayı 4-dür. Bu muzey və qalareyalarda 100 mindən çox eksponat qorunurdu. Halbuki İH-nın saytlarında muzey eksponatlarının sayı 40 min göstərilir. Təkcə onu demək kifayətdir ki Kəlbəcər və Xankəndi Tarix və Diyarşunaslıq Muzeylərinin hər birində 30 min eksponat olub. Digər rayonların xatirə muzeylərində 300-500, tarix və diyarşunaslıq muzeylərinin hər birində 5000, şəkil qalareyalarında isə 50-150 eksponat olduğu halda, onların saylarının azaldılaraq 40 000 göstərilməsi nə məqsəd daşıyır?

Saytlarda Körpülərin də ayrı bir kateqoriya kimi verilməsi də maraq doğurur. Bunun hansı zərurətdən irəli gəldiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, təkcə Laçın rayonunu ərazisində müasir və tarixi körpülərin sayı 92-dir. Ümumilikdə İşğal altındakı ərazilərimizdə tarixi əhəmiyyətli körpülərin sayı 300-ə və müasir körpülərin sayları isə 500-ə yaxındır. İşğal

altında qalan ərazilərdə qalan körpülərin sayının 160 rəqəmi ilə ifadə olunması, dezinformasiyadan başqa bir şey deyildir.

Rayon İcra Hakimiyyətlərinin saytlarında Azərbaycan həqiqətlərinin təhrif edilməsi beynəlxalq səviyyədə apardığımız təbliğat işlərinin üzərinə kölgə salır. İdeoloji sahədə xarici düşmənlərimizin Azərbaycan üzərinə hücuma keçməyə stimul yaradır. Bütün bunlar saytların işlənməsi zamanı buraxılan “texniki səhv” anlamına gəlməməlidir. Əgər bu Respublikaların bütün rayonlarını əhatə edirsə, deməli bu Hökumət daxilində düşmən dəyirmanına su tökən, mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərən hansısa bir qrupun işidir.

Bu məlumat, Dövlətimizin Rəhbərinin diqqətinə çatdırılmalı, bu fəaliyyət Azərbaycan Dövlətçiliyini gözdən salmaq, Azərbaycan həqiqətlərini təhrif etmək üçün məqsədli şəkildə dezinformasiya yayılması kimi qiymətləndirilməli və bu fəaliyyəti həyata keçirən şəxslər aşkar edilərək məsuliyyətə cəlb edilməli və qanunun tələbləri çərçivəsində cəzalandırılmalıdırlar.

Faiq İsmayılov.
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kibersilahlar İran dövlətçiliyinin aparıcı alətinə çevrilib

    Kibersilahlar İran dövlətçiliyinin aparıcı ...

    6-01-2018, 22:30

  • 
  • Putin: Korrupsiya Dağıstanın və bütün ölkənin bəlasıdır

    Putin: Korrupsiya Dağıstanın və bütün ölkənin ...

    14-03-2018, 11:26

  • 
  • Milli Şuradan mətbuata TƏBRİK

    Milli Şuradan mətbuata TƏBRİK ...

    22-07-2013, 11:39

  • 
  • ABŞ səfiri Azərbaycandakı seçkilərlə bağlı bəyanat yaydı

    ABŞ səfiri Azərbaycandakı seçkilərlə bağlı ...

    5-08-2013, 15:24

  • 
  • Düşmən ölkənin təxribatı

    Düşmən ölkənin təxribatı ...

    10-01-2013, 11:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu