Özəl məktəbdə təhsil alan tələbələr istədikləri vaxt dövlət məktəblərində tədrislərini davam etdirə biləcəklər
Türkiyədə keçirilən seçkilərdən sonra Fətullah Gülən camaatına məxsus məktəblərə qarşı ilk addımlar atılıb. "gundemxeber.az"ın məlumatına görə, Türkiyə təhsil naziri Nəbi Avcı ölkənin 81 bölgəsinin valiliklərinə məktub yazıb. Yazıda özəl məktəblərdən dövlət məktəblərinə keçmək istəyən tələbələr üçün tətbiq olunan kontingent şərtinin aradan qaldırılması məsələsi öz əksini tapıb. Türkiyə təhsil nazirinin yeni qərarına görə, özəl məktəbdə təhsil alan tələbələr istədikləri vaxt dövlət məktəblərində tədrislərini davam etdirə biləcək. Yeni qərar yalnız 2014-cü tədris ili üçün nəzərdə tutulub. Qeyd edək ki, bir müddət bundan öncə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Gülən cammatına məxsus yataqxanalarda təhsil alan tələblərə səslənərək onlar üçün dövlət yataqxanalarında yerlər hazırladıqlarını söyləyib. Ərdoğan həmin tələbləri Gülən camaatının zülmündən xilas edəcəklərini açıqlamışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?