"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşən bir milyondan artıq şəxsin layiqli əməklə təmin olunması Azərbaycan hökumətinin qarşısında böyük vəzifə kimi durur".
gundemxeber.az "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği” adlı konfransda deyib.
O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar etnik təmizləməyə məruz qalıb: "İnsanlar öz doğma torpaqlarını tərk edib. Bu torpaqlardan köçkün düşən bir milyondan artıq vətəndaşın layiqli işlə təmin olunmasının nə qədər böyük iş olduğunu bilirsiniz".
Ə.Əhmədov bildirib ki, Azərbaycan əhalinin 46 faizini 29 yaşa qədər olan şəxslər təşkil edir: "Bu gənclərin layiqli əməklə təmin olunması məsələsində hökumətin qarşısında mühüm vəzifələr durur".
O qeyd edib ki, yaxın illərdə Azərbaycan vətəndaşlarının daha keyfiyyətli, layiqli əmək ilə təmin olunması istiqamətində, daha səmərəli addımlar atılacaq.
Sorğu
Yeni dizaynımız necədir?