GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Bir gecəlik görüş təklifindən imtina etdiyimə görə həmin insan mənə efir qadağası qoydurdu" — Teleaparıcı Lətafətin sirlərini açan MÜSAHİBƏ

"Bir gecəlik görüş təklifindən imtina etdiyimə görə həmin insan mənə efir qadağası qoydurdu" — Teleaparıcı Lətafətin sirlərini açan MÜSAHİBƏ

Tarix: 28-05-2018, 23:38 Bölmə :Müsahibə Baxış: 652
"Bir gecəlik görüş təklifindən imtina etdiyimə görə həmin insan mənə efir qadağası qoydurdu" — Teleaparıcı Lətafətin sirlərini açan MÜSAHİBƏ


Tanınmış teleaparıcı Lətafət Ələkbərova "Ölkə.Az"ın suallarını cavablandırıb.

- Lətafət xanım, teleaparıcılıq karyeranızın başlanğıcı yetərincə uğurlu alınmışdı. "Azəri-star" kimi səs-küylü yarışmanın aparıcılarından biri idiniz. Ancaq sonradan sanki eniş dövrü hiss edilməyə başladı...

- Sizinlə razılaşıram. O cür bahalı layihədən sonra eyni gücə malik layihə olmadı. Bəlkə də buna görə eniş hiss edildi. Həm də qızım dünyaya gəldi, ailəyə də vaxt ayırdım. Elə ana deyiləm ki, uşağımı atıb, işimlə məşğul olum. Övladımın hazırda on yaşı var.

- Deyək ki, övladınızın beş yaşına qədər onunla məşğul oldunuz, körpə olduğunu nəzərə aldınız. Axı son beş ildə də elə bir layihəniz yoxdur...

- Ondan sonra "Xəzər" televiziyasında, "Space" telekanalında layihələrim oldu.

- Əslində, kənardan belə görünür ki, sizin ilk illərdə qazandığınız uğur təsadüf idi.

- Bəli, elə fikirləşirlər. İllərlə qazandığım təcrübənin sayəsində indi dövlət tədbirlərində, məclislərdə, konsertlərdə səhnə alıram.

-Sizcə, peşəkar aparıcı üçün televiziya layihəsi daha önəmli deyilmi?

- İllər öncə qazandığım adın çörəyini hələ də yeyirəm.

- Və həm də o adı xərcləyirsiniz...

- Yenidən layihələrim olacaq. Türkiyədə beş dəfə möhtəşəm tədbirlərin, həmçinin Alanyada Beynəlxalq "Kristal kare" film festivalının aparıcısı olmuşam. Türkiyə mediasında dəfələrlə haqqımda yazılıb. Türksoy-un təşkil etdiyi "İlin altın adamları" mükafatlandırma mərasiminin də aparıcılığı iki dəfə mənə həvalə edilib. Eyni zamanda həmin mərasimdə mükafatlandırılmışam. Bilirsiniz, burada həm mənim, həm də medianın səhvi var. Jurnalist zəng vuranda deyir ki, işdən yox, şəxsi həyatdan danışın, gördüyünüz işlərdən yazırıq, amma oxunmur. Sanki tamaşaçılar da, oxucular da dəyişib.

- Amma "Azəri star"dakı aparıcılıq şəxsi həyat deyildi...

- O zaman tamaşaçı başqaydı.

- Bəlkə özünüz şəxsi həyatınızla bağlı daha çox danışmısınız və tamaşaçı buna vərdiş edib.

- Mən danışmadığım üçün maraqlıdır.

- Dəfələrlə danışmısınız...

- Elə aparıcılar, şou nümayəndələri var ki, sırf şəxsi həyatla gündəmə gəlirlər. Mən işimlə gündəmə gəlmişəm.

- Mən bilirəm ki, qızınızın atası müğənnidir, sizdən on yaş kiçikdir. Bunları siz dediyiniz üçün mən bilirəm də. Yeri gəlmişkən, qızınızın atasıyla ünsiyyəti varmı?

- Ünsiyyət yoxdur və o barədə danışmaq istəmirəm. Çünki bu barədə çox danışılıb. Hər halda, özü qızıyla görüşmək istəmir.

- Bəs bir neçə il öncə?

- Bəli, ilk illərdə görüşürdülər. Ümumiyyətlə, sənət adamlarının əksəriyyətini şəxsi həyatı gətirmir.

- Bəzi sənətçilər, aparıcılar illər sonra həyat yoldaşlarıyla barışıblar. Sizdə bu mümkündür?

- Heç vaxt ola bilməz. Ayrılandan sonra iki-üç il qarşı tərəfdən belə cəhdlər olub və mən də şans vermişəm. Çünki ortada illərimiz, əməyimiz var. Ancaq alınmayanda alınmır da. Ailələr var ki, kənardan xoşbəxt cütlük kimi görünürlər. Sonradan məlum olur ki, bir-birinin üzünü görmək istəmirlər. Sadəcə, məcburiyyətdən rola giriblər. Sevgisiz ailədə uşağın tərbiyəsi mümkünsüzdür. Fikrimcə, nəyəsə, kiməsə görə ailəli olmaq düşüncəsi ortadan qalxmalıdır. Guya bizim mentalitetimiz belədir. İnsana necə xoşdursa, elə də yaşamalıdır.

- Sabah sizə altmış yaşlı insanla xoş olsa, ailə quracaqsınızmı?

- Niyə altmış yaşlı? (gülür) Yaşı yaşıma, başı başıma uyğun insanla həyat quraram.

- Əgər on yaş kiçik insanla ailə qurmusunuzsa, niyə də iyirmi yaş böyük insanla yox?

- Əlbəttə, ola bilər. Əsas düşüncə tərzi, həyata baxışdır.

- Yenidən on, yaxud on beş yaş kiçik insanla ailə qurarsınızmı?

- Bəli, ailə quraram. Heç kim heç nədən sığortalanmayıb. Sevginin nə zaman gələcəyini heç kəs bilmir.

- Yəqin ki, evlilik təklif edənlər var.

- Daha çox gənclərdən evlilik təklifləri alıram. Övladım var deyə, onu da düşünürəm. Bir evdə yaşayacaqsa, həmin şəxs mənim övladıma ata da olmalıdır. İnsan var ki, əlli yaşında atalıq hissini dərk etmir. Ancaq eləsi də var ki, iyirmi beş yaşında bunları dərk edir. Bütün bu səbəbləri nəzərə alaraq, hazırda təkəm.

- Yəni on ildir ki...

- Bəli, bir ildən çoxdur ki, təkəm.
- Siz həm də aktrisalıqla məşğulsunuz...

- İnsana sevgi lazımdır və sevgisiz həyatın mənası yoxdur. Sevgi insanı həm motivasiya edir, həm də nələrdənsə uzaqlaşdırır. Elə insan istərdim ki, həm də dəstəyim olsun.

- Maddi dəstək?

- Durub desəm ki, milyonlar axtarıram, gülünc çıxar. Ancaq qırx yaşına çatmış və həyatda heç nəyi olmayan insan nəyimə lazımdır? Əgər insan qırx yaşına qədər yatıbsa və heç nə edə bilməyibsə, bundan sonra da edə bilməyəcək. Mən pul deyil, insan axtarıram.

- Həyatda sizə böyük pullar xərcləyən insan olub?

- Olmayıb, hər şeyi özüm etmişəm.

- Bir il öncə həyatınızda olan insanın sizə maddi dəstəyi var idi?

- Elə ciddi münasibət yaşamamışam, sadəcə, o insanı tanımaq istədim. Ümumiyyətlə, elə tələbkar insan deyiləm. İnsan özü düşünməlidir ki, sevdiyi qadına nəsə etməlidir.

- Yenidən hansısa sənətçini sevə bilərsiniz?

- Bəli, mümkündür. Biz sevib ailə qurmuşduq.

- Mən elə bilirdim ki, vətəndaş nikahında yaşamısınız...

- Xeyr, toyumuz olmuşdu. Əslində, ayrılmağımızda öz səhvlərimiz oldu. Bəlkə də istəsəydik, ailəmizi saxlaya bilərdik.

- İndi içinizdə peşmanlıq varmı?

- Bəli, hirsli başla qərar verdim və tələsdim. Kim deyirsə ki, ayrılandan sonra peşman olmamışam, yalandır.

- Deməli, bu gün də həmin insana qarşı sevginiz var...

- Sevmirəm və o insan ailəlidir. Amma ürəyim sevgiyə açıqdır və istənilən an sevə bilərəm. Kişinin xarakteri çox önəmlidir. Kişi baxımlı və təmiz olmalıdır. Hətta çirkin insanı da sevə bilərəm. Əslində, surətpərəstəm, amma dünyanın ən yaraşıqlı kişisi bir anda gözümdən düşə bilər.

- Yaşınıza rəğmən, yetərincə dinamiksiniz...

- Bəli, müəyyən yaşım, övladım var. Ancaq özümü gənc qız kimi hiss edirəm. Əyləncəni, özümə vaxt ayırmağı, şopinqləri sevirəm.

- İstirahət, əyləncə sizinçün nədir?

- Məsələn, uşaqla birlikdə atraksiondan əlli dəfə sürüşə bilərəm. Yağışın altında qaçmağı, oynamağı sevirəm. Bəzən qarşına otuz yaşlı cavan oğlan çıxır və deyir ki, səni tanımaq, evlənmək istəyirsən. Görürsən ki, cavan oğlandır, oturub saatlarla qəlyan çəkir, hərəkətsizdir. Mən idmanla məşğul olmağı, rəqs etməyi sevirəm.

- Zərərli vərdişləriniz var?

- Siqaret çəkmədiyimi desəm, yalan olar. Bir-iki dəfə çəkmişəm. Demişəm, bunun nəyi üçün ölürlər? İçki isə arabir istifadə edə bilərəm. Hazırda fitneslə məşğulam. Zumba rəqsi, yoqa və üzgüçülüklə də ara-sıra məşğul oluram. Aparıcı olmasaydım, yenə də belə olardım.

- Son zamanlar zahirinizdə xeyli dəyişikliklər var...

- Bunu mənə hamı deyir. Burnum plastik əməliyyat olunub.

- İkinci dəfə ailə qurub övlad sahibi olmaq istərdiniz?

- Bəli, qızımın tək böyüməsini istəmirəm. Səs-küylü ailəni xoşlayıram.

- Bildiyim qədər əslən Naxçıvandansınız və oranın insanları yetərincə mühafizəkardırlar. Geyim tərzinizə, davranışlarınıza müdaxilələr olurmu?

- Bəli, ana tərəfim Füzulidən, atam Naxçıvandandır. Açıq-saçıq geyimə meylli insan deyiləm. Qohumlarım məni olduğum kimi qəbul edirlər və heç biri məndən utanmır. Nəyimdən utanacaqlar ki?

- Sirri deyil ki, maddi durumu yüksək olan insanlar gündəmdə olan xanımlara qısa müddətli münasibət üçün böyük pullar təklif edirlər. Sizə belə təkliflər olurmu?

- Bəli, olur. Ancaq mən elə şeyləri dilə gətirməyə utanıram. Qadın elə varlıqdır ki, o, özünə qiymət qoymamalıdır. Məbləği deməyim ayıb olar. Bir mənzilin pulu müqabilində bir günlük münasibət təklif edildi, imtina etdim.

- Nəticə?

- Nəticə o oldu ki, güclü insan idi və televiziyalara yolumu bağladı. İki il bütün telekanallarda "qara siyahı"ya düşdüm. Ancaq kim olduğunu qətiyyən deyə bilmərəm.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Teleaparıcı qızını almaq üçün məhkəməyə müraciət etdi

    Teleaparıcı qızını almaq üçün məhkəməyə müraciət ...

    26-11-2013, 11:48

  • 
  • Azərbaycanlı teleaparıcı: "Saçım məni çox cazibədar və ehtiraslı göstərir"

    Azərbaycanlı teleaparıcı: "Saçım məni çox ...

    7-01-2015, 00:31

  • 
  • Azərbaycanlı aparıcı: "Ərimi onunla bir yerdə tutdum"

    Azərbaycanlı aparıcı: "Ərimi onunla bir ...

    6-01-2015, 21:46

  • 
  • Tanınmış teleaparıcı dələduzluqda ittiham olunur

    Tanınmış teleaparıcı dələduzluqda ittiham olunur ...

    11-12-2013, 11:37

  • 
  • Azərbaycanlı teleaparıcı: Mən səkkizinci sinifdən korlanmışam – FOTO

    Azərbaycanlı teleaparıcı: Mən səkkizinci sinifdən ...

    7-09-2015, 13:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu