Bir müddət öncə ayrılan tanınmış teleaparıcılar Azər və həyat yoldaşı Vüsalə İsmayılovların barışıq xəbəri yalan çıxıb. Axşam.az saytına açıqlama verən Azər artıq məhkəməyə müraciət etdiyini deyib: "Münasibətlərimiz düzəlmədi, barışmamışıq. Qızımı 6 aydır görmürəm. Onu mənə vermir. Övladımın üzünə həsrətəm. Məhkəməyə vermişəm, qanunla qızımı ondan alacağam”.
Azər həmçinin deyib ki, tezliklə yeni layihə ilə tamaşaçıların görüşünə gələcək: “Qanunla” adlı veriliş hazırlayıram. Burada ehtiyacı olanlara hüquqi cəhətdən kömək edəcəyik. Cinayət istisna olmaqla, bütün ehtiyacı olanları vəkillə təmin edəcəyik. Maraqlı və səs-küylü layihə olacağına inanıram”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?