“Mən nəyə görə öz ölkəmi tərk etməliyəm? Azərbaycan dünyada ən gözəl ölkələrdən birdir. Hazırda vətənimdəyəm, Azərbaycandayam dincəlirəm. İşinizlə məşğul olun”.
gundemxeber.az xəbər verir ki, bu sözləri "Bizim Yol"a açıqlamasında Binəqədinin sabiq icra başısı Xaləddin İsgəndərov Almaniyaya köçməsi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib. O, hazırda istirahət etdiyini qeyd edib: “Jurnalistlər mənim haqda nəsə yazırlar, belə xəbərlər yalandır. Mən Azərbaycanı çox sevirəm burda da yaşayacam. Hələ ki, heç bir işlə məşğul deyiləm. İstirahət edirəm.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?