GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Sərdar Cəlaloğlu hədəfə alınmasından danışdı - şok açıqlamalar

Sərdar Cəlaloğlu hədəfə alınmasından danışdı - şok açıqlamalar

Tarix: 12-06-2018, 00:25 Bölmə :Müsahibə Baxış: 352
Sərdar Cəlaloğlu hədəfə alınmasından danışdı - şok açıqlamalar


Son günlər ADP sədri Sərdar Cəlaloğlu ilə bağlı bir sıra saytlarda kəskin yazılar yayılır.

Sərdar Cəlaloğlunu yalançı patriotluqda, yalançı alimlikdə suçlayırlar.

Ortada hər hansı bir seçki kampaniyası və bu kimi siyasi gündəmi qızışdıran prosesin olmadığı bir vaxtda bu cür yazıların nədən qaynaqlandığı maraqlıdır. Sərdar Cəlaloğlu açıqlamasında bildirib ki, ona qarşı haqsız kampaniya aparılır və bu kampaniyanı arxasında kimlərin dayandığını bilir: “Seçkilərdən öncə də belə bir kampaniya olmuşdu. Mənim təsisçisi olduğum “Hürriyyət” qəzetində “Azadlıq” Radiostansiyasında yayılmış bir karikatura dərc olunmuşdu. Karikaturada Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu xan geyimində vermişdilər. Bundan dərhal sonra Naxçıvana aid dairələrdən olan deputatlar və digər bir neçə nəfər mənə hücuma keçmişdilər. Elə bilirdilər ki, bu karikaturanı mən təşkil etmişəm. Halbuki, mən ümumiyyətlə “Hürriyyət”in işinə qarışmıram. Kitab yazdığım və vaxtım olmadığı üçün hətta çox vaxt “Hürriyyət”i oxuya da bilmirəm. Hətta bəzən o qəzetdə mənim öz əleyhimə yazı çıxır. O zaman bir müddət mənə qarşı təhqir kampaniyası aparıldı.

Bu dəfə ki, mənə qarşı başlanan hücum keçən dəfəki hücumla mahiyyətcə eynidir. Belə ki, mənim aprel şəhidi olan qardaşım oğlu rəhmətlik mayor Rasim Məmmədovun ailəsinə təxminən bir il əvvəl Ramanıda tikdiyimiz kiçik evin hasarını bu yaxınlarda söküblər. Divarları şəhidin uşaqlarının üstünə uçurublar. Rasimin uşaqlarına o evin tikildiyi iki sot torpağı yığışıb öz pulumuzla almışıq, çünki uşaqların qalmağa evi yox idi, bacım oğlu gildə qalırdılar. Şəhid ailəsinə ev tikilməsinə icazə verilməsinə Prezidentin köməkçisi Əli Həsənovun köməyi olmuşdu. Sabunçu rayonunun icra başçısı da o evin tikilməsinə köməklik göstərmişdi.

Həyətin divarı alçaq olduğu üçün küçədən keçənlər evin içini görürdü. Evdə isə şəhidin xanımı və iki qız uşağı yaşayır. Buna görə də yaxınlarda qərara gəlinib ki, divarın üstündən iki-üç sıra daş əlavə edilsin. İki həftə əvvəl gəlib divarı uçurublar. Halbuki, əvvəldən bilirdilər ki, orada şəhid ailəsi yaşayır. Ümumiyyətlə, insanın mülkiyyət hüququ ölkənin Konstitusiyası ilə qorunur. Heç kimin bu hüquqa məhkəmə qərarı olmadan müdaxilə etmək ixtiyarı yoxdur. “Hürriyyət” qəzeti də bax bu baş verənlərlə bağlı açıq məktub yazıb. Şəhid ailəsinə qarşı bu qanunsuzluğu edənlər barədə dövlətin tədbir görməli olduğunu qeyd edib. Bundan sonra bir sıra qaranlıq işlərə bulaşmış, haram yerdən maliyyələşən bəzi saytlarda mənə qarşı kampaniya başlanıb. Qəzet qalıb kənarda, o yazını verənlər qalıb qıraqda mənə hücuma keçiblər. Mənə qarşı guya öz aləmlərində kompromat tapıblar, yazırlar ki, Sərdar Cəlaloğlu bir kəlmə ərəb dilində bilmir, amma Qurana təfsir yazmağa çalışır, üç oğlu var əsgərliyə getməyiblər. Tualet kağızı rolunu oynayanlardan mənim əleyhimə açıqlamalar alıblar. Ağızlarına gələni mənim ünvanıma yazırlar, açıq kampaniya aparılır”.

S.Cəlaloğlu ona qarşı kampaniyaya dünən eks-prezident Ayaz Mütəllibovu da qoşduqlarını qeyd etdi: “İndi də kampaniyaya Ayaz Mütəllibov kimi şəxsiyyəti və ləyaqəti şübhəli olan bir adamı qoşublar. Ayaz Mütəllibov məni vətənin maraqlarını nəzərə almamaqda suçlayıb. Azərbaycana rus qoşununu Azərbaycana dəvət edən, xalqının qanına əli bulaşmış bir adam utanmadan məni vətənin maraqlarını nəzərə almamaqda ittiham edir. Ayaz Mütəllibov şəhid övladlarının evinin hasarını uçuranlara qarşı çıxmaq əvəzinə mənə hücum edir. Birazdan yəqin digər utanmaz, abır-həya nədir bilməyən adamları bu kampaniyaya qoşacaqlar”.

S.Cəlaloğlu oğlunun hərbi xidmətə getməməsi ilə bağlı deyilənlərin qərəzdən və bəlkə məlumatsızlıqdan doğduğunu da dedi: “Gedib Müdafiə Nazirliyindən və Hərbi Komissarlıqdan soruşsunlar ki, Sərdar Cəlaloğlunun oğlu niyə əsgərliyə getməyib. Onda onlara deyiləcək ki, həmin oğlanın ayağının bir birindən nisbətən qısa olduğu üçün hərbi xidmətə yararlı deyil. Oğlum dəfələrlə təkid edib ki, onu əsgər aparsınlar, lakin qeyd etdiyimi məsələni əsas göstərib aparmayıblar. Hətta mən də xahiş etmişdim ki, hərbi xidmətə aparsınlar. Lakin aparmadılar”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib

    Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi ...

    5-06-2013, 00:07

  • 
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə müraciət edə bilər

    Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə ...

    24-10-2013, 18:29

  • 
  • Sərdar Cəlaloğlundan İqbal Ağazadəyə ismarış: “Mənim xeyrimə geri çəkil!”

    Sərdar Cəlaloğlundan İqbal Ağazadəyə ismarış: ...

    19-09-2013, 14:26

  • 
  • Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb

    Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb ...

    3-02-2013, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu