Azərbaycan Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu seçkilərə bir neçə gün qalmış digər namizədlərə müraciət edəcək.
S.Cəlaloğlu AzNews.az-a açıqlamasında bildirib ki, namizədliyini geri çəkmək və seçkilərdə başqa bir şəxsi dəstəkləyərək, seçki yarışından kənarda qalmaq fikri yoxdur. ADP sədrinin sözlərinə görə, əksinə, digər namizədlərə müraciət edəcək ki, öz namizədliklərini geri çəkərək, seçkilərdə onun namizədliyini dəstəkləsinlər: “Mən nəinki namizədliyimi geri çəkərək kimisə dəstəkləmək barədə düşünürəm, əksinə hesab edirəm ki, digər namizədlər arasında məndən daha artıq dəstəyi olan çox az adam var. Buna görə də digər namizədlər mənim xeyrimə geri çəkilməlidir”.
S.Cəlaloğlu seçkiyə bir neçə gün qalmış prezidentliyə namizədlərə bu barədə müraciət ünvanlayacağını bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?