GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İlhan Tanır: Ərdoğan son illərin siyasi kursunu davam etdirsə Türkiyə və Qərb arasında gərginlik davam edəcək

İlhan Tanır: Ərdoğan son illərin siyasi kursunu davam etdirsə Türkiyə və Qərb arasında gərginlik davam edəcək

Tarix: 30-06-2018, 09:40 Bölmə :Müsahibə Baxış: 436
İlhan Tanır: Ərdoğan son illərin siyasi kursunu davam etdirsə Türkiyə və Qərb arasında gərginlik davam edəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə son illərin ən mübahisəli prezident və parlament seçkilərində səslərin 52 faizini qazanaraq öz hakimiyyətini qorumağa nail ola bildi. Seçkiləri müşahidə edən ATƏT missiyası prezident Ərdoğanın qələbə çaldığı, lakin seçki şəraitinin bərabər olmadığı haqda nəticə çıxarıb. Təhlilçilər prezident Ərdoğanın Türkiyəni dünyəvi siyasi dəyərlərdən uzaqlaşdıracağı ilə bağlı narahatlıqlarını bildirir. Türkiyə üzrə təhlilçi, jurnalist İlhan Tanır Amerikanın Səsinin "Amerika icmalı" proqramında müsahibədə Türkiyədə iyunun 24-ü keçirilmiş seçkilərin nəticələrinin daxili siyasi durum və Qərblə münasibətlərə təsirini şərh edib.

İlhan Tanır bildirib ki, seçkilərin ilk turda Ərdoğanın qələbəsi ilə nəticələnib ikinci tura keçməməsi, millətçilərin çox sayda səs qazanması Türkiyə seçkilərinin ən maraqlı məqamları hesab edilə bilər.

O bildirib ki, Türkiyənin iqtisadi problemlərinin həlli və demokratiya və insan hüquqları sahəsində durumun yaxşılaşması prezident Ərdoğan qarşısında duran əsas məsələ olaraq qalır.

“Bundan sonra Ərdoğanın insan haqları, demokratiya və azadlıqlarla bağlı, dövlət çevirlişi cəhdindən sonrakı o dövrdən fərqli addımlar atacağı, yoxsa o siyasətin davam etdiriləcəyi, ölkə bir qədər açılacaqmı, Gülən təhdidinin Ərdoğan üçün təhdid olması azalacaqmı, yoxsa eyni şəkildə müxaliflərə qarşı davammı etdiriləcəkmi-bütün bunlar ikinci bir mövzu olaraq qarşıdan gələn aylar Türkiyənin hansı istiqamətdə getdiyi və gedəcəyi haqda işarələr verəcək.”

İlhan Tanır xarici siyasət sahəsində Türkiyə və ABŞ arasında Amerikanın Suriyada kürdlərə dəstəyi, Türkiyənin 2016-cı il dövlət çevrilişi cəhdinin arxasında durmaqda ittiham etdiyi Fətullah Gülənin təhvil verilməsi kimi məsələlərin yaxın zamanda həllini gözləmədiyini bildirib.

“Fikrimcə, qarşıdan gələn həftələr Ərdoğanın hansı xarici siyasi kurs götürəcəyini göstərəcək. İndi Ərdoğanın seçkidən sonra müsahibələri, çıxışlarında siyasi kursun hazırlanması mərhələsindən keçdiyi görünür.”

İlhan Tanırın sözlərinə görə, Türkiyə prezidenti son beş ildə xarici siyasi kursu olduğu kimi davam etdirdiyi halda Ankaranın Qərb və ABŞ arasında münasibətlərində gərginliyin davam edəcəyi, Türkiyənin özündə isə millətçiliyin güclənəcəyini gözləmək mümkündür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT: Türkiyə seçkilərində namizədlər üçün bərabər şərait olmayıb

    ATƏT: Türkiyə seçkilərində namizədlər üçün ...

    26-06-2018, 00:43

  • 
  • Ərdoğan özünə səs verdi

    Ərdoğan özünə səs verdi ...

    10-08-2014, 18:17

  • 
  • Seçkidən sonra Ərdoğan elə bir tveet atdı ki…

    Seçkidən sonra Ərdoğan elə bir tveet atdı ki… ...

    25-06-2018, 22:34

  • 
  • Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə Şanxay beşliyinə üzv olur?

    Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə ...

    11-08-2016, 17:14

  • 
  • Ərdoğanın həyatına sui-qəsdə cəhd edilib

    Ərdoğanın həyatına sui-qəsdə cəhd edilib ...

    16-07-2016, 11:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu