GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İşıq sönən zaman metroda qalan jurnalist başına gələnlərdən yazdı

İşıq sönən zaman metroda qalan jurnalist başına gələnlərdən yazdı

Tarix: 5-07-2018, 13:25 Bölmə :Müsahibə Baxış: 865
İşıq sönən zaman metroda qalan jurnalist başına gələnlərdən yazdı



Ayxan Ayvaz

Ötən gün metroda müharibənin məşqi oldu. Hələ də ağlaşan uşaqların, çığırışan qadınların, özündən gedənlərin səsləri qulağımda cingildəyir


Gəncliklə Nərimanov metrosunun aralığında qatar qəfil dayandı. Maşinist dedi ki, narahat olmayın iki dəqiqəyə tərpənəcək. O iki dəqiqə on dəqiqə oldu, sonra bir saat.

Bizim camaatın yumor hissi orda özünü göstərdi.

– 15 dəqiqəyə qatar tərpənəcək…

– Hesablamısan dəqiq?

– Xahiş edirəm, narahat olmayın…

– Alə, bu məni eşidir? – zarafat edən oğlan yanındakından soruşdu və qatardakılar uğundu.

Bu arada məni və hamını tər basmışdı. Paltarımız bədənimizə yapışmışdı. Artıq paltarımızı dərimizin bir hissəsi kimi qəbul etmişdik.

– Hamam oldu ki, bura

– Bircə su gəlsəydi…

– Qardaş, sabun göndər ordan…

Maşinistin səsi gəldi:

– Panika yaratmayın! Hər şey yaxşı olacaq.

Balaca uşaqlar ağlaşmağa başladı. Bir qadın özündən getdi. Çantalar eşələndi, silah lüləsi kimi su dolu butulkalar qadına tuşlandı.

Dəsmallar bayraq tək sallandı. Qadının huşu getmişdi, amma nəsə pıçıldayırdı. Bir az yaxına gəlib soruşdum:

– Nə istəyirsiniz?

– Telefon, telefonum…

Təbəssüm dolaşdı qatardakıların üzündə. Mən o tərəf-bu tərəfə boylandım. Bir uzun saçlı qız araya girdi:

– Məndədir, Seva, narahat olma.

Qız gözünün birini yarı açdı, gülümsədi və bir anlıq dərin bir ah çəkdi.

Hamı gülüşdü bu vəziyyətə.

– Qardaş, istəyirsən mən sürüm? – Zarafatlar başlamışdı. – Ya da bura taksi sifariş eləyək, qatarı aparsın Nərimanova.

– Futbol da başlayıb e. – Kimsə narazılıqla başını yellədi.

– Mama, içəridə qalmışıq. Metroda. İstidən ölürəm. Evdə su gəlir? – Bir qızın səsi.

– Namiq, metrodayam. Qatar dayanıb. Tema var e, qaqa. Şəkillər filan çəkmişəm. Video da çəkəcəm.

– Alə, şot neçə-neçədi?

– Xahiş edirəm, sakit durun, maşinistin səsini eşidək.

– Makyajım axdı e… Zibil…

– Sizdə salfetka olmaz?

– Su… Su!

Yenə birinin ürəyi getdi… Kömək əlləri uzandı…

– Heç olmasa qapını açın!

– Xahiş edirik, panika salmayın. Qapılar açılacaq. Amma heç kim düşməsin. Aşağıda gərginlik var.

Bir qaqaşın buna reaksiyası:

– Qaqa, əsas burda gərginlik var e…

Qapılar açılanda nədənsə Titanik gəmisini xatırladım. Elə bildim batırıq. Böyük bir bataqlığa düşmüşük. Qapının qabağında dayanan qaqaşlar yumorla camaatı panikadan uzaqlaşdırmağa çalışırdılar:

– Bu qapı cəhənnəm qapısıdır, keçmək olmaz.

– Qıl körpüsüdür.

– Bir az turnik eləyim…

Və mən qalanını izləyə bilmədim. Gözlərim torlandı. Adamları zolaqlı gördüm. Əvvəl-əvvəl qabaqdakıların rəngi yerindəydi, getdikcə solğunlaşmağa başladı və birdən kimsə bütün rəngləri söndürdü.

– Ay! Sakit durun! Oğlan özündən getdi!

– Su gətirin!

– Qatarlardan düşə bilərsiniz!

Mən bunları eşidirdim, amma narkozdakı adam kimi… Qəfil gözlərimi açanda mənə baxan doğmalığı gördüm. Gülümsəyirdi hamı. İnanın kövrəldim. Ağlamaq tutdu məni.

Qızları və qadınları köməkli aşağı düşürtdük.

– Diqqətli olun, dəmirlərə və toka toxunmayın.

Bir xətt üzrə hərəkət edirdik. Qatar ölmüş anakondanı xatırlatdı mənə. Ona tutuna-tutuna gedirdik. Hamı yola işıq salırdı. Qaranlığı yara-yara irəliləyir, bir-birimizlə tanış olur, söhbətləşirdik.

Hamı dostlaşmışdı, doğmalaşmışdı. Mən xalqımızı çoxdandır ki, belə bir arada görməmişdim.

Hələ bunun arxası da varıydı. Hay-küy səsləri, çığırışan və ağlaşanların, haray çəkənlərin simaları film kadrları kimi tez-tez ötüb keçirdi.

Nərimanovdan çıxanda döyüşdən sağ çıxmış əsgərləri xatırladırdıq. Çöldə dayananlar bizi qucaqlayırdı. İnanırsınız? Həqiqətən qucaqlayırdılar. Su təklif edən, halını-əhvalını soruşan, içəridəkilərlə maraqlanan nə qədər adam gördüm..

Bircə taksi sürücülərinin Allahı vermişdi. Özlərini dağın başına qoymuşdular. Qiymətləri qəfil qaldırmışdılar. Etiraz da etmək olmurdu. Avtobuslar tıxa-basa gəlirdi.

Orda adamların birliyi məni heyrətə gətirdi. Pulu çatmayanlara dəstək duranlar var idi. Bir yerdə atışıb getmək istəyənlər. Avtobusun qabağına sədd çəkənlər.

Mən özümə gəlmişdim və gördüyüm bu mənzərələr kefimi duruldurdu. Evi düşünürdüm, çiməcəyimi…

– Su gəlir?

– İşıq yanır?

Həmin günün sualları idi bunlar. Hamı narahat idi, amma bir ümid də vardı. Böyük bir ümid. Gözləri gülürdü adamların, zarafatlarından qalmırdılar. Əl tuturdular bir-birilərinə… Yolun qırağına toplaşmış o insanları həmin gün bu pozitivlik, bu yumor xilas etdi.

Mən özümü birtəhər avtobusa salanda içəridən doğmalıq qoxusu gəlirdi. Bütün adamların adı Sevgi idi o gün…/kulis.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Metroda gənc oğlan özünü qatar yoluna atıb

    Metroda gənc oğlan özünü qatar yoluna atıb ...

    24-05-2018, 11:27

  • 
  • Bakı metrosunda gənc özünü qatarın altına atdı – YENİLƏNİB

    Bakı metrosunda gənc özünü qatarın altına atdı – ...

    11-12-2017, 16:56

  • 
  • Metroda intihar edən qadının kimliyi məlum olub (YENİLƏNİB)

    Metroda intihar edən qadının kimliyi məlum olub ...

    23-04-2018, 10:56

  • 
  • Nardaran sakini metroda özünü qatarın altına atdı

    Nardaran sakini metroda özünü qatarın altına atdı ...

    30-11-2016, 13:49

  • 
  • Suriyaya gedən güləşçi tapıldı və danışdı: “Narahat olmayın, yaxşıyam”

    Suriyaya gedən güləşçi tapıldı və danışdı: ...

    5-09-2014, 11:14


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu