GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Oqtay Gülalıyev: İnsanları həbsdə saxlamaqla hakimiyyəti əldə saxlamaq mümkün deyil

Oqtay Gülalıyev: İnsanları həbsdə saxlamaqla hakimiyyəti əldə saxlamaq mümkün deyil

Tarix: 2-08-2018, 13:21 Bölmə :Müsahibə Baxış: 811
Oqtay Gülalıyev: İnsanları həbsdə saxlamaqla hakimiyyəti əldə saxlamaq mümkün deyil


Hüquq müdafiəçisinin Amerikanın Səsinə müsahibəsi

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində siyasi məhbus problemindən danışıb.

Amerikanın Səsi: Siz yaxın zamanda siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması ilə bağlı hökumətdə müzakirələr aparıldığını yazıbsınız. Belə bəyanatlar hətta rəsmi şəxslər tərəfindən əvvəllər də səslənib, lakin sonda real olmayıb. Bu dəfəki məlumatı da, növbəti, əsası olmayan fikir kimi xarakterizə etmək mümkündürmü?

Bu problemdən qurtulmaq Azərbaycan hakimiyyəti üçün çox vacibdir.

​Oqtay Gülalıyev: Məlumat üçün bildirim ki, siyasi məhbus problemi ən aktual problemlərdən biridir. Hal-hazırda ölkəmizdə 160-a yaxın siyasi məhbus var. Siyasi məhbusların sayına görə Azərbaycan Avropanın lider ölkələrindən biridir. Eyni zamanda bu problem istər yerli səviyyədə, istər beynəlxalq səviyyədə daim hökumətin qarşısına çıxarılan və ona təzyiq kimi günədəmə gətirilən mövzudur. Belə deyək, artıq, son zamanlar beynəlxalq qurumlar və birliklər tərəfindən Azərbaycsn hakimiyyəti ilə münasibətdə siyasi məhbus problemi qırmızı xəttə çevrilməkdədir. Təbii ki belə olan halda bu problemdən qurtulmaq Azərbaycan hakimiyyəti üçün çox vacibdir. Baxmayaraq ki, bu problem ətrafında zaman-zaman spekuliyasiyalar olur, müəyyən bazarlaşmalar olur və s. Amma artıq belə deyək ki, divarın sonuna yaxınlaşılıb və Azərbaycan hakimiyyəti bu problemdən qurtulmaq məcburiyyətindədir. Zaman-zaman bununla bağlı vədlər verilib, amma, bu vədlər yerinə yetirilməyib. Məndə olan məlumata görə, eyni zamanda siyasi məhbuslarla bağlı ölkə daxilində, beynəlxalq səviyyədə aparılan danışıqlar, eləcə də dövlət başçısı qarşısında qaldırılan məsələlər Azərbaycan hakimiyyətini bu problemdən qurtulmaq istiqamətində ciddi addımlar atmağa məcbur edir.

Amerikanın Səsi: Bir sıra ekspertlər bildirir ki, siyasi məhbus problemi sanki geopolitik münasibətlərin alver predmetinə çevrilib. Beynəlxalq təşkilatlar və bir sıra dövlətlər illərdir bu problemlər ətrafında müzakirələr apardığını bəyan edir. Amma problem həllini tapmır. Buna səbəb nədir?

Repressiyalar sonda insanların şərlənərək həbs olunması ilə nəticələnir.

​Oqtay Gülalıyev: Mənə elə gəlir ki, bunun başlıca səbəbi Azərbaycan hakimiyyətinin mahiyyəti ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycanda avtoritarizm mövcuddur. İnsanlar baxışlarına görə təqib olunur. Şərlənib həbs olunur. Ölkə həbsxanalarında kifayət qədər günahsız həbs olunanlar var, siyasi məhbuslar var. Ölkədə azad mətbuat sıradan çıxarılıb. Müstəqil televiziya, radiolar yoxdur. Müstəqil çap mediası, müxalif qəzetlər demək olar ki, yoxdur. Digər problemlər var ki, ölkədə ifadə, sərbəst toplaşmaq azadlığı problemləri var. Bütün bunların hamısı, belə deyək ki, hakimiyyəti öz mövcudluğunu qorumaq üçün repressiyalara əl atmağa məcbur edir. Repressiyalar sonda insanların şərlənərək həbs olunması ilə nəticələnir. O baxımdan, bu problemin mövcudluğu hesab edirəm ki, Azərbaycan hakimiyyətinin mahiyyəti ilə bağlıdır. Hakimiyyəti qorumaq instinkti ilə bağlıdır, qorxu ilə bağlıdır. Mən düşünürəm ki, Azərbaycan hakimiyyəti də fərqindədir ki, son illər aparılan bu həbslər, repressiyalar heç bir effekt vermir. İnsanları həbsdə saxlamaqla hakimiyyəti əldə saxlamaq mümkün deyil. O baxımdan mən bu qənaətdəyəm ki, Azərbaycan hakimiyyəti siyasətinin dəyişmək məcburiyyətindədir. Dünya dəyişir, region dəyişir, insanlar dəyişir. Qabağa baxıb güzəştə getməlidirlər.

Amerikanın Səsi:Yalnız əfv və amnistiya ilə siyasi məhbus probleminin həlli mümkündürmü? Problemin köklü həlli üçün hansı addımlar atılmalıdır?
ç
Ölkədə fundemental hüquq və azadlıqlar bərpa olunmalıdır, tanınmalıdır. Bunun tanınmasına məhkəmə səviyyəsində təminat verilməlidir.
​Oqtay Gülalıyev: Xeyr, mən düşünmürəm ki, ölkədə əfv, amnistiya ilə siyasi məhbus problemini həll etmək lazımdır. Çünki, artıq bu problem ölkədə karusel əməliyyatına çevrilib. Yəni siyasi məhbusların bir hissəsi azadlığa buraxılır, yeniləri həmin yeri doldurur. Necə deyərlər, “müqəddəs yerlər” boş qalmır. Söhbət ondan gedir ki, bu günləri Azərbaycanda siyasi məhbus problemi, bayaq da qeyd etdiyim kimi, Azərbaycan hakimiyyətinin mahiyyəti ilə bağlıdır, onun yürütdüyü siyasətlə bağlıdır. Mən düşünürəm ki, bu siyasətin köklü həlli üçün Azərbaycan hakimiyyəti özü köklü islahatlara, dəyişikliklərə getməlidir. Ölkədə fundemental hüquq və azadlıqlar bərpa olunmalıdır, tanınmalıdır. Bunun tanınmasına məhkəmə səviyyəsində təminat verilməlidir. Vətəndaş cəmiyyəti dirçəldilməlidir. Azad mətbuat inkişaf etdirilməlidir. Siyasi islahatlar həyata keçirilməlidir. Seçkilər demokratik keçirilməlidir. Eyni zamanda, Azərbaycanın Qərb dünyasına inteqrasiyası kağız üzərində deyil əməldə həyata keçirilməlidir. Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər yerinə yetirilməlidir. Ölkəmizdə köklü problemlər var ki, illərdir qalaqlanıb qalıb. Bu problemlər həll olunmalıdır ki, biz ölkədə siyasi məhbusları görməyək, Azərbaycanı siyasi məhbuslarsız bir ölkə kimi təssəvvür edib yaşaya bilək.

Qeyd: Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu, hər hansı insanın siyasi mövqeyinə, fikrinə, tənqidinə görə həbs edilmədiyini biəyan eduir. Rəsmilər siyasi məhbuslarla bağlı yerli və beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır.

Bununla yanşə, Avropa Şurası Parlament Assambleyası Azaərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi təyin edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı

    Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri ...

    24-05-2018, 22:49

  • 
  • Siyasi məhbuslar azadlığa buraxılacaqmı?

    Siyasi məhbuslar azadlığa buraxılacaqmı? ...

    31-07-2018, 16:58

  • 
  • Oqtay Gülalıyev sərbəst buraxılıb (YENİLƏNİB)

    Oqtay Gülalıyev sərbəst buraxılıb (YENİLƏNİB) ...

    20-10-2016, 23:44

  • 
  • Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi məhbus var

    Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi ...

    20-11-2017, 16:53

  • 
  • Oqtay Gülalıyev övladları ilə birlikdə Bakı polisinə çağırılıb

    Oqtay Gülalıyev övladları ilə birlikdə Bakı ...

    13-11-2014, 22:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu