Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün saat 16:00-da yetkinlik yaşına çatmamış iki oğlu – Əli və Təbrizlə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə Turan-a məlumatlı mənbələrdən bildiriblər. Onların polis idarəsinə çağırılmasının səbəbi məlum deyil. Bir müddət əvvəl hüquq müdafiəçisinin yetkinlik yaşına çatmamış oğlu Əli Gülalıyev xuliqanlıq ittihamı ilə 6 ay müddətinə islah işlərinə cəlb edilib. O.Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının, “Kür” vətəndaş cəmiyyəti qərargahının rəhbəri və Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) üzvüdür. Ötən həftə “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı penitensiar müəssisələrdə məhbusların hüquqlarının pozulması və siyasi məhbuslar problemi haqqında geniş hesabat təqdim edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?