“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev təzminən saat 20.00-da Bakı Şəhər Baş Polis İdarəsinin binasından çıxıb. İki saar davam edən söhbətin detalları hələ ki bəlli deyil.
* * *
2016 Oktyab 20 (Cümə axşamı) 17:53:18
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev cümə axşamı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Polis əməkdaşları onun evinə gediblər, ancaq hüquq müdafiəçisi evdə olmayıb. Bundan sonra ona telefon edərək təcili paytaxt polisinə çağırıblar, lakin səbəbini açıqlamayıblar. Bu barədə Turan-a O.Gülalıyev özü məlumat verib.
Xatırladaq ki, O.Gülalıyev iki gün öncə açıqlanmış 166 nəfərlik yeni siyasi məhbus siyahısının müəlliflərindən biridir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?