GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Kreml İrəvandan bu bəhanə ilə uzaqlaşır - Zülfüqarov

Kreml İrəvandan bu bəhanə ilə uzaqlaşır - Zülfüqarov

Tarix: 4-08-2018, 16:45 Bölmə :Müsahibə Baxış: 898
Kreml İrəvandan bu bəhanə ilə uzaqlaşır - Zülfüqarov


Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Ermənistanda baş verən son siyasi proseslərlə bağlı Axar.az-a müsahibəsini təqdim edirik:

- Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbs edilməsi və bir sıra şəxslərin vəzifədən azad edilməsi fonunda bu ölkədə gedən siyasi proseslər barədə nə düşünürsünüz?

- Ermənistan və Rusiya arasındakı bu uzaqlaşma heç də Paşinyandan başlamayıb. Bu uzaqlaşma prosesi Serj Sərkisyandan dövründə, daha doğrusu, 2016-ci ildən sonra başlayıb. Əslində, işğalçı ölkədə təbii bir proses baş verir. Bəs, bu təbii proses nədən ibarətdir? Yəni bir tərəfdən Rusiya bu siyasi böhran və ümumiyyətlə sanksiyalar daxilində postsovet məkanında daha realist siyasət aparmaq məcburiyyəti qarşısında qalıb. Bu fonda Rusiyanın forpostu Ermənistanla bağlı köhnə təbliğat layihələri təbii ki, öz əhəmiyyətini itirir. Rusiya da birmənalı olaraq bu yükdən azad olmaq niyyətindədir. O biri tərəfdən isə Ermənistanda birmənalı siyasi proseslər onu göstərir ki, ermənilər Rusiyanın onlara verdiyindən artıq nəsə verə bilməyəcəyini başa düşürlər və məhz bu uzunmüddətli siyasət nəticəsində də böhran içərisindədirlər. Yəni iş o həddə çatıb ki, özləri də etiraf edirlər ki, müstəqillik illəri ərzində 1 milyondan çox əhali Ermənistanı tərk edib. Ermənistan müxtəlif layihələrdən kənar qalan bir ölkəyə çevrilib. Bu baxımdan da Ermənistan öz gələcəyini Rusiya ilə görmür. Əsil reallıq bundan ibarətdir. Bu gün paralel gedən proseslərin nəticəsi artıq özünü büruzə verməyə başlayıb. Fikir verin, Rusiya Ermənistandan uzaqlaşmaq üçün forpostuna qarşı tənqidlər səsləndirir və müxtəlif bəhanələr irəli sürür. Rusiya rəhbərliyi öz ictimaiyyətinə sözdə dostluğa sadiq qaldığını, reallıqda isə Ermənistanın Kremlin maraqlarına zidd siyasət həyata keçirdiyini vurğulayır. Moskva məhz bu bəhanə ilə Ermənistandan uzaqlaşır. İş orasındadır ki, Ermənistan da bu istəkdədir. Ancaq Moskvadan fərqli olaraq, İrəvanın istəyi daha mürəkkəbdir. Ermənistan məhz Rusiya ilə təhlükəsizlik şərtini qorumaqla Qərblə əlaqələr qurmaq və investisiyalar cəlb etmək istəyir. Bu baxımdan da bu gün Ermənistanda sözügedən siyasi proseslər baş verir. Ən maraqlısı isə bu proseslərin son bir həftədə daha güclənməsidir.

- Ümumiyyətlə, Rusiyanın belə bir ərəfədə Ermənistanla bağlı narahatlığı nə dərəcədə inandırıcıdır?

- Lavrovun Ermənistanla bağlı son açıqlaması heç də qeyd etdiyim sxemdən kənar deyil. Yəni Rusiya göstərmək istəyir ki, məhz erməni siyasətçilərinin addımları onları belə davranmağa, yəni Ermənistanın yeni siyasətini qəbul etməməyə və bunun nəticəsi olaraq da forpostundan uzaqlaşmağa vadar edir. Bu bəyanat Rusiyanın gələcək taktikasının cizgilərini göstərir. Söhbət bu və ya digər məsələlərdə Ermənistanı ittiham edərək öz siyasətini yürütmək və lazım olmayan, xeyir gətirməyən xarici tərəfdaşlardan azad olmaqdan gedir.

- KTMT-nin baş katib Yuri Xaçaturova qarşı İrəvanın başlatdığı prosesi necə qiymətləndirirsiniz?

- Yuri Xaçaturov məsələsinə gəlincə, o, nominal bir fiqur idi. Onun KTMT-nin rəhbərliyində olub-olmaması həlledici rola malik deyil. Ermənistanın Xaçaturovla bağlı başlatdığı proses Rusiya tərəfindən bir bəhanə kimi qəbul olunur və Paşinyanın ciddi bir səhvi olaraq göstərilir. Əslində isə Xaçaturovun vəzifədən uzaqlaşdırılmasının Rusiya üçün hansısa əhəmiyyət kəsb etdiyinə inanmıram.

- Ermənistandakı bu siyasi proseslərin sonunu necə görürsünüz və baş verənlər fonunda Moskva-İrəvan gərginliyi arta bilərmi?

- Ermənistanda baş verən ümumi proseslər hazırkı istiqamətdə də gedəcək. Qarşıda bunu təsdiqləyən hansısa hadisələr baş verəcək. Yəni Ermənistan öz daxilində antirus addımlar atacaq. Belə ki, rusiyapərəst siyasətçilərin həbsi, onların siyasətdən kənarlaşdırılması və həmin şəxslərin siyasi aktivliyinin məhdudlaşdırılması prosesi davamlı olacaq. Çünki Paşinyan öz hakimiyyətini gücləndirmək üçün bu və ya digər qüvvələrə xidmət edən dairələrdən azad olmaq siyasətini yeridəcək. Rusiya da öz növbəsində forpostunun ona zidd siyasətinin ifşasını davam etdirəcək. Beləliklə, Ermənistandakı bu təbii proseslər davamlı olacaq. Rusiya Ukrayna böhranının elementlərinin sərhədlərinə çox yaxın olduğu bir məqamda Cənubi Qafqazda izolyasiya olan, heç kəsə lazım olmayan, daim antitürk rolu oynayan bir ölkə ilə yaxın olmaq istəmir. Bu baxımdan da Moskva çiyindəki siyasi yükdən azad olmağa çalışacaq və bu istiqamətdə başlatdığı prosesi davam etdirəcək.

- Ümumiyyətlə, belə bir vəziyyət Azərbaycana sərf edirmi?

- Hesab edirəm ki, Azərbaycanın çox rasional bir mövqeyi var. Təbii ki, məqsədimiz dəyişməz olaraq qalır, işğal olunmuş torpaqlarımız azad olunmalı və evlərindən didərgin düşmüş insanlar öz torpaqlarına qayıtmalıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Köçəryan Ermənistanda baş naziri devirib yerinə keçir

    Köçəryan Ermənistanda baş naziri devirib yerinə ...

    6-04-2014, 13:57

  • 
  • Sarkisyan Köçəryanın müdafiəsinə qalxır: Qərb Ermənistana qarşı...

    Sarkisyan Köçəryanın müdafiəsinə qalxır: Qərb ...

    30-07-2018, 12:40

  • 
  • “Qarabağ klanının üzvlərini bir-bir aradan götürəcəklər” – SABİQ NAZİR

    “Qarabağ klanının üzvlərini bir-bir aradan ...

    9-07-2018, 22:50

  • 
  • İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması

    İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması ...

    4-04-2018, 15:00

  • 
  • Kim Kardaşyan: "Ermənistanda baş verənləri dəstəkləyirəm"

    Kim Kardaşyan: "Ermənistanda baş verənləri ...

    24-04-2018, 20:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu