Tərəflər arasında hərbi nəqliyyat və zərbə helikopterlərinin satın alınmasına dair anlaşma var
Ermənistan Hərbi Hava Qüvvələrini Rusiyadan yeni təyyarə və helikopterlərin alınması yolu ilə gücləndirməyi planlaşdırır. Rusiya KİV-nin yaydığı məlumata görə, tərəflər arasında hərbi nəqliyyat və zərbə helikopterlərinin satın alınmasına dair anlaşma var. Ermənistan eyni zamanda Rusiyadan YAK-130 tipli son model təlim-döyüş təyyarələri də almaq niyyətində olduğunu açıqlayıb. Hazırda bununla bağlı danışıqlar gedir. Ermənistan 2012-ci ildə Rusiyadan həmçinin 4 kompleks pilotsuz uçuş aparatları alıb. Qeyd edək ki, Rusiya son illərdə Ermənistana təmənnasız olaraq 1 milyard dollardan artıq dəyəri olan silah və hərbi əmlak bağışlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?