“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı proseslər olduğu kimi qalır. Rusiya Qarabağ kartından istifadə edib Azərbaycanı öz tərkibinə sürükləmək niyyətindədir. Rəsmi Moskva Azərbaycanı bununla Avrasiya İttifaqı layihəsinə cəlb etməyi düşünür”. Savash.org xəbər verir ki, bunu modern.az saytına politoloq Vəfa Quluzadə Qarabağ probleminin tənzimlənməsində beynəlxalq səylərin hansı səviyyədə olduğunu şərh edərkən deyib. O bildirib ki, ABŞ başda olmaqla Qərb Azərbaycanla Ermənistanı barışdırmaq istəyir. Ekspert düşünür ki, Qərb dünyası bununla Ermənistanı Rusiyanın təsirindən çıxarmağı planlaşdırır: “Çünki Ermənistan Rusiya tərəfindən idarə oluna-oluna Qərbin təşəbbüsləri müsbət nəticə verə bilməz. Bu səbəblərdən dolayı Qarabağ məsələsində durğunluq davam edəcək və heç bir nəticə olmayacaq”.
Analitik hesab edir ki, Qarabağ problemində dönüş olması üçün Rusiyanın zəifləməsi və ya Moskva hakimiyyətinin dəyişməsi vacib şərtdir. Siyasi şərhçi Qarabağ konfliktinin nizamlanmasında Rusiyanın Qərbi sıxışdıraraq, təşəbbüsü öz əlinə alması ilə bağlı deyilənləri belə dəyərləndirib: “Bu cür şərhlər başdan-ayağa yalandır. Bu cür məlumatları görünür Rusiyanın “beşinci kolon”una məxsus insanlar yayırlar. Rusiyanın Qarabağ məsələsində mövqeyində xüsusilə Azərbaycanın xeyrinə heç bir dəyişiklik yoxdur. Rusiya təşəbbüsü belə ələ almaq istəyir ki, işğal altında olan bir-iki rayonu azad etsin. Amma burada məqsəd başqadır. Rusiya bununla həmin ərazilərdə qoşunlarını yerləşdirmək istəyir. Bu isə erməni işğalından da pisdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?