GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Gültəkin Hacıbəyli: “Həyatda itirməyə qorxduğum yeganə dəyər ləyaqətimdir”

Gültəkin Hacıbəyli: “Həyatda itirməyə qorxduğum yeganə dəyər ləyaqətimdir”

Tarix: 15-07-2013, 12:25 Bölmə :Müsahibə Baxış: 1 005
Gültəkin Hacıbəyli: “Həyatda itirməyə qorxduğum yeganə dəyər ləyaqətimdir”

“Məni yeganə övladımla sındıra bilməyənlərin dəmirlə, daşla, betonla sındıracaqlarını düşündüyünə heyranam!”
Milli Şuranın Beynəlxalq komissiyasının sədri, keçmiş millət vəkili Gültəkin Hacıbəyliyə qarşı təzyiqlər gündəmin aktual məsələlərindəndir. Hakimiyyət əvvəlcə keçmiş millət vəkilini övladı ilə sınağa çəkdi, lakin, bu addımın effekt vermədiyini görüb, onun əmlakına əl qoymağa başladı. Bəs Gültəkin xanım özü baş verənlər barədə nə düşünür? “Azadlıq” keçmiş millət vəkilinin hakimiyyətin təzyiqləri ilə bağlı fikirlərini təqdim edir:

- Bilmirsən bu hakimiyyətin vəziyyətinə güləsən, ya ağlayasan. Bu qədər resurslarla savadlı şəkildə kampaniya aparmağı da bacarmırlar. Özləri öz yalanlarında itib-batır. Azərbaycan hakimiyyəti mənə qarşı mübarizədə Mahmud Mehdiyev adlı birisini və ailəsini özünə alət seçib. Və təəssüf ki, bunu özünə, yaraşdırıb. Bu adam əvvəl mənim uşağı ona vermədiyimi dedi. Məlum oldu ki, işin icraatında olduğu Səbail rayon İcra Şöbəsinə qətnamə qəbul olunduğu vaxtdan keçən 7 il ərzində bir dəfə də olsun görüş üçün müraciət etməyib. Bu yalanı ifşa olundu. Mənim təzyiqim nəticəsində Respublika Prokurorluğundakı işindən xaric edildiyini yazdı, Respublika Prokurorluğunun mətbuat xidməti təkzib verdi, bu yalanı da ifşa olundu. Mənim qardaşı Seymur Mehdiyevi Vergilər Nazirliyindəki işindən çıxartdığımı yazdı, Vergilər Nazirliyi bunu dezinformasiya adlandırdı, bu yalanı da ifşa olundu. Bacısı Aynur Mehdiyevanın Azərbaycan Dillər Universitetindən mənim göstərişimlə işdən qovulduğunu yazdı, ADU-nun mətbuat xidməti bu məlumatın da əsassız olduğunu bildirməklə bu yalanını da ifşa etdi. Adam təkcə mənə böhtan atmır, Ədliyyə sistemini, Baş Prokuroru, Vergilər nazirini və ADU rektorunu vəzifə cinayətlərində ittiham edir və hər dəfə də ifşa olunur.

- Gültəkin xanım, əmlakınıza həbs qoyulması məsələsi barədə nə deyə bilərsiniz? Mahmud Mehdiyev bu məsələdə nə dərəcə haqlıdır?

- Mehdiyev Mahmud məni korrupsiyada, büdcə vəsaitlərini mənimsəməkdə ittiham etdiyi bir vaxtda anası Məmmədova Nəhayət Vəli qızı məhkəməyə ərizə verir ki, maddi imkanım olmadığı üçün ondan on il əvvəl 50 min borc almışam. Ana-balanın yalanlarını savadlı şəkildə koordinasiya etmirlər ki, belə gülünc duruma düşməsinlər: mən korrupsioner olmuşam, büdcəni talamışam, ancaq maddi imkanım olmadığı üçün ondan borc almışam və adam borcunu 10 ildən sonra, mən Milli Şura üzvü olandan sonra yadına salıb.

- Bu barədə məhkəmənin qərardadı var. Məhkəmə bu qədər açıq şəkildə qanunsuzluğa niyə getsin ki?

- Uşaqla bağlı biabırçı qərardan sonra bu məsələ ictimai nəzarətdədir. 50 minlik iddia o qədər absurddur ki, bu absurda don geyindirmək belə çətindir. Borc müqavilələri mütləq notarial qaydada bağlanmalıdır. Belə bir müqavilə təbii ki, yoxdur. Iddia müddəti 3 il olan işə məhkəmə 10 ildən sonra, özü də müqavilə, əsas olmadan necə baxa bilər? Görünür bunu anladıqları üçün məhkəmə qərarını ötən tarixlə saxtalaşdırmaq yolunu tutub. Nümayəndəm Quliyev Sahilin iştirak etdiyi iclasda hakim əmlaka həbs qoyulması haqqında ərizəni geri qaytarıb və iddiaçıya deyib ki, sən pul istəyirsən, maşınların bura nə aidiyyatı? Götür ərizəni. Ancaq sonradan, görünür yuxarıdan sifariş nəticəsində, məhkəmə öz qərarını saxtalaşdırıb. Bu isə artıq cinayətdir. Mənim mənzilimin dəyəri iddia məbləğindən dəfələrlə çox olduğu halda, mənim və hətta həyat yoldaşımın maşınına həbs qoymaq isə Azərbaycan mülki-prosessual qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Bu addım qərəzdən, qisasçılıqdan və səviyyəsizlikdən başqa bir şey deyil!

- Hakimiyyətin sizə qarşı bu qisasçılığına cavabınız nədir?

- Məni yeganə övladımla sındıra bilməyənlərin dəmirlə, daşla, betonla sındıracaqlarını düşündüyünə, bu ağıla, bu zəkaya heyranam! Bu, batanın saman çöpündən yapışmasına bənzəyir. Həyatda itirməyə qorxduğum yeganə dəyər ləyaqətimdir. Allah hər kəsi onu itirməkdən qorusun!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədova: “Gültəkin Hacıbəyli tutulmalı idi”

    Gülər Əhmədova: “Gültəkin Hacıbəyli tutulmalı idi” ...

    6-02-2014, 17:00

  • 
  • Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu

    Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu ...

    4-09-2013, 15:24

  • 
  • Keçmiş ərindən Gültəkin Hacıbəyliyə yeni ittiham

    Keçmiş ərindən Gültəkin Hacıbəyliyə yeni ittiham ...

    5-10-2013, 23:59

  • 
  • Gültəkin Hacıbəylinin keçmiş əri danışdı

    Gültəkin Hacıbəylinin keçmiş əri danışdı ...

    5-07-2013, 00:33

  • 
  • Gültəkin Hacıbəylinin övladı ilə bağlı məsələ ABŞ səfirliyində müzakirə edildi

    Gültəkin Hacıbəylinin övladı ilə bağlı məsələ ABŞ ...

    5-07-2013, 17:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu