“Məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb” "Qafqazinfo" xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev virtualaz.org-a açıqlamasında bildirib.
Məhkəmənin qərarı ilə oğlunun eks-deputatdan alınaraq atasına verilməsi haqda mətbuatda yayılan xəbərləri M.Mehdiyev təkzib edib:
“Məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb. Məhkəmə yalnız belə qərar verib ki, mənim öz doğma oğlumla hər gün saat 16:00-dan saat 21:00-a qədər görüşə bilməyim təmin olunsun. Oğlum yalnız bazar günləri mənim yanımda qalacaq. Burada qeyri-qanuni nə var ki?! Məgər mənim öz doğma balamla görüşmək hüququm yoxdurmu? Atanın öz doğma övladı ilə gündə heç olmasa bircə dəfə görüşmək haqqı nə vaxtdan yasaq edilib? Gültəkin Hacıbəyli bu məsələni niyə siyasiləşdirir? Gültəkin Hacıbəylinin “uşaq atasının kim olduğunu bilmir” sözlərinə gəlincə isə ona ayıb olsun. Uşaq mənim haqqımda gec-tez hər şeyi biləcək. Gültəkin Hacıbəyli öz deputat statusundan və əlindəki hakimiyyətdən istifadə edib uşağımı məndən gizlətmək hüququna malik idimi? İndi mən öz oğlumla tanış olmaq, onu gündə heç olmasa bir dəfə görmək hüququnu əldə etmişəm” - deyə M.Mehdiyev bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?