GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Nigar Köçərli: ‘Bu, bizə qarşı böyük bir ədalətsizlikdir’

Nigar Köçərli: ‘Bu, bizə qarşı böyük bir ədalətsizlikdir’

Tarix: 4-10-2018, 11:00 Bölmə :Müsahibə Baxış: 595
Nigar Köçərli: ‘Bu, bizə qarşı böyük bir ədalətsizlikdir’


Maliyyə Bazarlarına Nəzarət Palatası "Əli və Nino"nu cərimələtdirib. Palata protokol tərtib edərək, "Əli və Nino Yayım" MMC-yə qarşı inzibati xəta işinin başlanmasından ötrü məhkəməyə üz tutub.

"Əli və Nino" cərimələndi

Nəsimi Rayon Məhkəməsi "Əli və Nino"nun İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozduğu nəticəsinə gəlib və onu 1361 avro cərimələyib.

Bu maddədə avans yoluyla xarici valyuta ilə ödəniş olunsa da, nəzərdə tutulan malların 180 gün ərzində idxal olunmaması, işlərin görülməməsi və buna baxmayaraq, ödənilmiş valyutanın geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulub.

Qanuna əsasən, hüquqi şəxslər üçün cərimə ödənilmiş valyuta məbləğinin 20 faizindən 30 faizinə qədərdir.

Məhkəmə qərarında yazılıb ki, "Əli və Nino Yayım" MMC 6 min 805 avro avansla ödəniş edib, ancaq 180 gün ərzində malları ölkəyə gətirmədiyinə görə bu məbləğin 20 faizi qədər - 1361 avro cərimələnib.

"Əli və Nino" qərardan narazı qalıb apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Oktyabrın 1-də Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd edib və birinci instansiya məhkəməsinin cərimə qərarını qüvvədə saxlayıb.

"Cəmi 7 gün gecikmə olub..."

"Əli və Nino" şəbəkəsinin sahibi Nigar Köçərli cərimə qərarını əsassız, özlərinə qarşı "böyük ədalətsizlik" sayır.

Bu haqda AzadlıqRadiosu-na danışan Köçərli deyir ki, cəmi 7 günlük gecikməyə görə böyük məbləğdə cərimə ilə üzləşiblər:

"Bizim mağazalarımızda ingilis, fransız, alman dillərində də kitablar satılır. Biz o kitabları Avropadan dənə-dənə yığıb gətiririk. Bu, uzun prosesdir, bəzən aylarla çəkir. Bu dəfə də pulunu ödəmişdik, amma malları vaxtında gətirib çıxarmaq mümkün olmadı. Daha doğrusu, bir hissə gətirildi, ikinci hissə yolda ləngidi, nəzərdə tutulmuş müddətdən 7 gün gec gəldi. Amma malların hamısı gətirilib. Buna baxmayaraq, elə böyük məbləğdə cərimələnməyimiz çox ədalətsiz qərardır".

Daim qanunun tələblərinə uyğun fəaliyyət göstərdiklərini deyən N.Köçərli cərimənin ləğvində israrlıdır. Bildirib ki, apellyasiya məhkəməsinin qərarını alandan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər./AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nigar Köçərli Rüstəm Usubovla görüşüb

    Nigar Köçərli Rüstəm Usubovla görüşüb ...

    19-02-2016, 16:11

  • 
  • 10 ilin ən soyuq qışı gəlir

    10 ilin ən soyuq qışı gəlir ...

    20-10-2015, 11:47

  • 
  • Valyuta alverinə görə cəzalar sərtləşdirildi

    Valyuta alverinə görə cəzalar sərtləşdirildi ...

    30-12-2015, 17:19

  • 
  • Əli İnsanovun Ramiz Rzayevə qarşı iddiası məhkəməyə çıxarılır

    Əli İnsanovun Ramiz Rzayevə qarşı iddiası ...

    13-09-2013, 11:24

  • 
  • Əli İnsanov barəsindəki 11 illik həbs qərarı qüvvədə saxlandı

    Əli İnsanov barəsindəki 11 illik həbs qərarı ...

    25-02-2014, 14:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu