Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovla bağlı məhkəmə prosesi keçirilib.
Virtualaz.org musavat.com-a istinadən bildirir ki, hakim Ə.Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Bakı Apelyasiya Məhkəməsi, Əli İnsanov haqqında 2007-ci ildə çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Əli İnsanov məhkəmə iclasından öncə prosesdə iştirak etməyəcəyini bəyanlamışdı. Ancaq buna baxmayaraq, məhkəmə binasına gətirilən Əli İnsanov iclas zalına girməkdən imtina edib.
Müşahidəçilər bildiriblər ki, sabiq nazir Bakı Apelyasiya Məhkəməsinin çıxardığı son qərardan narazı qalıb. Ona görə də, məhkəmə binası qarşısında toplaşan jurnalistlərə tezliklə Əli İnsanovun etiraz bəyanatının paylanacağı gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?