GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əmir Makuyi: İranda bütün siyasi məhbuslar fiziki və psixoloji işgəncəyə məruz qalır

Əmir Makuyi: İranda bütün siyasi məhbuslar fiziki və psixoloji işgəncəyə məruz qalır

Tarix: 5-10-2018, 11:03 Bölmə :Müsahibə Baxış: 514
Əmir Makuyi: İranda bütün siyasi məhbuslar fiziki və psixoloji işgəncəyə məruz qalır


Əmir Makuyi İranda siyasi məhbuslara qarşı tətbiq edilən işgəncə metodları, həmçinin məhbuslara hansı məqsədlə işgəncə verildiyi barədə analitik araşdırmaların aparılmadığını deyir. Hüquq müdafiəçisi Amerikanın Səsi ilə söhbətdə Norveçin Bergen Universitetində İranda siyasi məhbuslara işgəncə mövzusunda hazırladığı magistr dissertasiyası haqqında danışıb.

“İranda siyasi məhbuslara qarşı işgəncə və pis rəftar metodları və nümunələrində oxşarlıqlar və fərqlər; və niyə işgəncə?” başlıqlı araşdırmasını hazırlamaq üçün Əmir Makuyi müxtəlif etnik və dini qruplar, o cümlədən türk, fars, ərəb, kürd, türkmən və bəluç icmalarına mənsub 18 sabiq siyasi məhbusla müsahibə aparıb.

Hədəfləri məlumat almaq, etiraf etdirmək, eyni sahədə fəaliyyət göstərən digər fəalları qorxutmaq ola bilər. İstəyirlər ki, siyasi məhbuslar fiziki və psixoloji baxımdan təslim olsunlar.
Onun dediklərinə görə, İranda siyasi məhbusların fiziki və psixoloji işgəncələrə məruz qalması ilə bağlı bundan əvvəl hesabatlar hazırlansa da, təhlil xarakterli araşdırmalar yox səviyyəsindədir.

“BMT-nin İşgəncələrə qarşı Konvensiyasına görə, məlumat almaq, etirafa məcbur etmək və ya cəzalandırmaq məqsədi ilə məhbusları psixoloji, zehni və fiziki ağrı və əziyyətlərə məruz qoymaq işgəncə hesab olunur,” hüquq müdafiəçisi deyir.

O, əlavə edir, “əlbəttə, bu konvensiyaya görə, şəxslərin qanuni tədbirlər nəticəsində ağrı və əziyyətə məruz qalması işgəncə hesab edilmir. Amma İranın cəza qanunları da elə işgəncə kimidir. Buna görə mən araşdırmamda işgəncənin tərifini bir az daha geniş tutmuşam.”


İran İslam Respublikasında məhbuslara qarşı işgəncələrdən geniş istifadə olunur.
Hüquq müdafiəçisi İranda istisnasız olaraq bütün siyasi məhbusların həm fiziki, həm də psixoloji işgəncə və ya pis rəftara məruz qaldıqlarını vurğulayır:

“Onlar dəyənək və kabel kimi sərt alətlər və ya təpik və yumruqla döyülür; təkadamlıq kamerada saxlanılır; etiraf etməyə məcbur edilir; təhdid, aşağılama və söyüşlərə məruz qalır; ağır şəkildə sorğu-sual edilir və tibbi yardımdan məhrum olunurlar.”

Onlar dəyənək və kabel kimi sərt alətlər və ya təpik və yumruqla döyülür; təkadamlıq kamerada saxlanılır; etiraf etməyə məcbur edilir; təhdid, aşağılama və söyüşlərə məruz qalır; ağır şəkildə sorğu-sual edilir və tibbi yardımdan məhrum olunurlar.
Makuyi məhbusların cinsiyyətindən ya mənsub olduqları etnik, dini və ya siyasi kimliklərindən asılı olaraq, habelə yaşadıqları bölgə və həbs olunduqları şəraitə görə tətbiq olunan işgəncələrin üslub və səviyyəsinin fərqli ola biləcəyini ifadə edir.

“Məhbusun nə şəkildə və hansı şəraitdə tutulmasının təsiri var. Misal üçün kütləvi aksiyalarda tutulmuş və Ettelaat qurumunun plan və hərəkatları çərçivəsində? Hansı fəaliyyət səbəbilə tutulmuş?”

Son illər psixoloji işgəncələrin miqyası, mürəkkəbliyi və müxtəlifliyinin keçmişə görə artdığına diqqət çəkən Əmir Makuyinin söylədiklərinə görə, qeyri-fars və qeyri-şiə icmalara mənsub məhbuslar daha çox aşağılanma, söyüş və ağır sorğu-sual proseslərinə məruz qala bilirlər.

“İşgəncə bir çox məqsədlə tətbiq edilir. Hədəfləri məlumat almaq, etiraf etdirmək, eyni sahədə fəaliyyət göstərən digər fəalları qorxutmaq ola bilər. İstəyirlər ki, siyasi məhbuslar fiziki və psixoloji baxımdan təslim olsunlar və həbsdən çıxdıqdan sonra fəaliyyət qabiliyyətləri qalmasın və ya ölkəni tərk etməyə məcbur qalsınlar” - deyə, hüquq müdafiəçisi əlavə edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Mədət Quliyev məhbuslara işgəncə verdirir" – Elçin Behbudov

    "Mədət Quliyev məhbuslara işgəncə ...

    12-01-2014, 01:17

  • 
  • İranda 3 siyasi məhbus edam edildi

    İranda 3 siyasi məhbus edam edildi ...

    5-09-2018, 11:32

  • 
  • Məhbuslara işgəncə verən vəzifəli şəxslərin siyahısı açıqlanacaq

    Məhbuslara işgəncə verən vəzifəli şəxslərin ...

    25-06-2013, 12:13

  • 
  • Alyans siyasi məhbuslara azadlıq tələb edir

    Alyans siyasi məhbuslara azadlıq tələb edir ...

    16-12-2015, 18:02

  • 
  • Məşhur hüquq müdafiəçisi Azərbaycanda

    Məşhur hüquq müdafiəçisi Azərbaycanda ...

    6-05-2013, 23:07


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu