GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Prezident seçkilərinə ATƏT PA müşahidəçi göndərməyəcək"

"Prezident seçkilərinə ATƏT PA müşahidəçi göndərməyəcək"

Tarix: 23-07-2013, 15:39 Bölmə :Müsahibə Baxış: 577
"Prezident seçkilərinə ATƏT PA müşahidəçi göndərməyəcək"

ATƏT Parlament Assambleyasının komitə sədrinin müavini və Büro üzvü, Azay Quliyevin AzərTaca müsahibəsini təqdim edirik:


- Azay müəllim, bu yaxınlarda ATƏT PA-nın komitə sədrinin müavini və büro üzvü seçildiniz və bununla Azərbaycan ilk dəfə olaraq bu qurumun rəhbər orqanlarında təmsilçilik hüququ qazandı. Sirr deyil ki, Azərbaycanda və bir sıra digər ölkələrdə ATƏT-lə bağlı çoxlu tənqidi fikirlər var. Siz, ATƏT PA təmsilçisi olaraq bu tənqidləri necə qiymətləndirirsiniz? Bu tənqidləri necə ümumiləşdirmək olar?

- Əlbəttə, bu gün ATƏT-in fəaliyyəti ilə əlaqədar səslənən əksər tənqidi fikirlərlə mən də tanışam və demək olar ki, onların hamısını bölüşürəm. Mənimdə dəfələrlə bu qurumun işi ilə bağlı tənqidi yanaşmam olub və indi də var. Bildiyiniz kimi, ATƏT dünyada ən böyük regional təşkilatdır və öz mandatı çərçivəsində sülh və təhlükəsizliyə, o cümlədən siyasi islahatlara və əməkdaşlığa məsul olan BMT-dən sonra ikinci ən mühüm dövlətlərarası beynəlxalq qurumdur. Bu baxımdan ATƏT-dən olan gözləntilər də çoxdur. Əgər təşkilat bu gözləntilərə tam cavab vermirsə və ona olan ümidləri lazımi səviyyədə doğrultmursa, o zaman onun fəaliyyətindən razı qalmaq mümkün deyil. O ki qaldı tənqidlərin mahiyyətinə, burada çox məsələlərə toxunmaq mümkün olsa da, sadəcə bunlardan bəzilərini qeyd etməyi vacib hesab edirəm. Məsələn, 1-ci ATƏT ərazsisində həll olunmamış münaqişələrdə təşkilatın üzləşdiyi uğursuzluq; 2-ci ATƏT institutları arasında əməkdaşlıq və anlaşmanın deyil, bir çox hallarda qarşıdurmanın müşahidə olunması; 3-cü qəbul olunmuş qərar və qətnamələrin effektiv icra mexanizminin olmaması. Və bundan irəli gələn bir sıra problemləri isə ayrıca vurğulamaq olar.

- Bunlar nədən qaynaqlanır? Ümumiyyətlə, bu məsələlərin həlli ilə bağlı nə təklif etmək olar?
- Şübhəsiz ki, məsələ sadə olmadığından, onun həlli yolları da asan deyil. Düşünürəm ki, ilk növbədə ATƏT-də institusional və siyasi cəhətdən ciddi islahatlar aparılmalıdır. Bu islahatların əsas hədəfi ATƏT-in mandatına uyğun məsələlərin həlli üçün konkret və effektiv mexanizmlərin işlənilib hazırlanmasından ibarət olmalıdır. Bu gün ATƏT bir qurum olaraq öz ərazisində olan münaqişələri həll etməkdə acizdir. Sülh və təhlükəsizliyin təmini məqsədilə yaradılan bir qurum üçün bu qəbuledilməzdir. Və yaxud regionda əməkdaşlığa töhvə verməyə borclu olan ATƏT öz institutları arasında nəinki əməkdaşlığı təmin edə bilmir, əksinə bu qurumlar arasında bir sıra hallarda qarşıdurmanın şahidi oluruq. Misal üçün, ATƏT-in Parlament Assambleyası ilə onun digər qurumu olan Demokratik İnstitutlar və İnsan Haqları Bürosu (DİİHB) arasında illərlə davam edən çəkişmələr, xüsusilə, ayrı-ayrı ölkələrdə keçirilən seçkilərin nəticələrinin qiymətləndirilməsində DİİHB-nin Assambleyanın rəyini nəzərə almaması və bu sahəni bir növ öz monopoliyasında saxlaması, sözsüz ki, vahid bir təşkilat kimi ATƏT-ə ciddi şəkildə problemlər yaradır və ona olan ictimai etimada zərbə vurur. Və yaxud ATƏT-in Nazirlər Şurasının Parlament Assambleyasının qərar və tövsiyələrinə məhəl qoymaması, bəzən adi tənqidə dözümsüzlük nümayiş etdirməsi, Nazirlər Şurasının fəaliyyətindəki şəffaflıq problemi adi hala çevrilibdir. Hələ mən ATƏT Parlament Assambleyasının qəbul etdiyi qətnamələrin əksəriyyətinin kağız üzərində qalmasının ölkələrdə yaratdığı məyusluğu demirəm. Ona görə də ATƏT-də ən azı qeyd olunan problemlərin aradan qaldırılması üçün ciddi islahatların aparılmasına və bu quruma yanaşmanın dəyişməsinə çox böyük ehtiyac var. Bunun üçün isə, ilk növbədə böyük dövlətlərin istəyi və siyasi iradələri olmalıdır.

- Seçkilərdən söz düşmüşkən, ATƏT PA oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə edəcəkmi?
Xeyr, bu dəfəki seçkilərə ATƏT PA müşahidəçi missiyası göndərməyəcək. Səbəb isə payız sessiyasının seçkilərlə eyni tarixə, yəni 13-15 oktyabra təsadüf etməsidir.

- Sizcə, az heyətlə olsa da ATƏT PA nümayəndə heyəti göndərə bilərdimi?
- Görünür Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Assambleyanın rəhbərliyində ciddi narahatçılıq olmadığından, belə bir qərara da ehtiyac olmayıb.

-Seçiləndən sonra büronun iclasında iştirak etmisinizmi?
-Xeyr. Hələki iclas olmayıb. İlk iclas sentyabrın 2-nə təyin edilsə də büro üzvlərini hamısının iştirak edə bilməməsi səbəbindən, iclasın vaxtı oktyabrın 12-nə keçirilibdir. Ciddi bir səbəb olmasa, qeyd olunan tarixdə büronun iclasında iştirak etməyi planlaşdırıram.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT PA prezidenti ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb

    ATƏT PA prezidenti ATƏT-i Azərbaycanda ofisini ...

    20-11-2015, 01:03

  • 
  • Azərbaycan ATƏT PA-da Minsk Qrupu ilə bağlı məsələ qaldıracaq

    Azərbaycan ATƏT PA-da Minsk Qrupu ilə bağlı ...

    3-09-2014, 12:45

  • 
  • ATƏT-in prezident seçkiləri ilə bağlı palnı var

    ATƏT-in prezident seçkiləri ilə bağlı palnı var ...

    2-05-2013, 11:01

  • 
  • ATƏT-dən gözləntilərimiz

    ATƏT-dən gözləntilərimiz ...

    6-09-2014, 14:08

  • 
  • ATƏT çağırış etdi

    ATƏT çağırış etdi ...

    3-08-2014, 01:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu