GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Elçin Şıxlı: "Bəzi adamlar mətbuatımızı "sandıq tulası"na çeviriblər" — MÜSAHİBƏ

Elçin Şıxlı: "Bəzi adamlar mətbuatımızı "sandıq tulası"na çeviriblər" — MÜSAHİBƏ

Tarix: 7-11-2018, 16:14 Bölmə :Müsahibə Baxış: 803
Elçin Şıxlı: "Bəzi adamlar mətbuatımızı "sandıq tulası"na çeviriblər" — MÜSAHİBƏ


“Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Demokrat.Az xəbər portalına müsahibə verib.

Həmin müsahibəni GundemXeber.Az oxucularına təqdim edirik:

- Elçin bəy, ötən həftə “Realliq.info” saytının baş redaktoru İkram Rəhimov Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun barəsində araşdırmalar aparılır. Bu hadisə ilə bağlı fikirləriniz nədən ibarətdir?

- Bilirsiniz, ümumiyyətlə mən bu insanları tanımıram, onların jurnalist olub-olmamasından xəbərim yoxdur. Amma bu adamlar ayrı-ayrı şəxslərdən reketçilik yolu ilə rüşvət tələb edib və ya alırlarsa, bunun qarşısı mütləq alınmalıdır. Ona görə də mən DTX-nın keçirdiyi bu əməliyyatı alqışlayıram və çox normal qarşılayıram. Çünki əsl jurnalist jurnalistika ilə məşğul olmalıdır. Daha banditliklə yox!

Əgər bu adamların təqsiri faktlarla sübut olunacaqsa və məhkəmə onların doğrudan da quldurluqla məşğul olması barədə qərar çıxaracaqsa, o zaman buna hər kəs normal yanaşmalıdır. İndi bir çox həmkarlarım deyə bilər ki, bəs bu cür adamlar jurnalistika adına ləkədir və sairə. Əlbəttə ki, bu cür hallar ümumiyyətlə olmamalıdır.

Çox təəssüf ki, indi jurnalistika ilə bu sahəyə aid olmayan xeyli sayda adam məşğul olur. Onlar jurnalistikaya varlanmaq, quldurluqla gəlir əldə etmək kimi baxırlar. Təbii ki, bu cür hallara qarşı tədbirlər görülməlidir.

Təəssüflər olsun ki, bu gün özüm də daxil olmaqla jurnalistikamızı elə hala salmışıq ki, indi quldurlar gəlib jurnalistlik edirlər.

- Azərbaycan Mətbuat Şurası da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan reket sayt rəhbəri İkram Rəhimovla bağlı bəyanat yayıb. Həmin bəyanatda bu cür reket fəaliyyətlər qətiyyətlə pislənilir. Bu bəyanatla tanışsınızmı?

- Əvvəla, mən onların bəyanatına baxmıram. Çünki Mətbuat Şurası mənim üçün sıfırdan başqa bir şey deyil. Hazırda mənim üçün Mətbuat Şurasının heç bir əhəmiyyəti yoxdur.
Heyf bizim o zəhmətimizə ki, vaxtilə Mətbuat Şurasını biz yaratdıq. Heyf bizim o beş ilimizə ki, bu qurumun ilk 5 ilində biz jurnalistikanın adını yüksəklərə qaldırırdıq.

Heyf bizim o ideyalara ki, bu ideyalarla indiki Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bizim vaxtilə irəli sürdüyümüz bütün ideyaları bu gün baş-ayaq ediblər. Bunun nəticəsidir ki, Azərbaycan jurnalistikasının məhv edilməsində ən böyük rolu məhz Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu oynayıb. Bu qurumlar jurnalistikamızı məhv edib, indi də yalandan artistlik edirlər.

Görünür ki, Mətbuat Şurası indi nə isə hiss edir və anlayırlar ki, bu gün-sabah özlərinin də başına oxşar işlər gələ bilər. Ona görə də "torba tikmək" istəyirlər.
Yenə deyirəm ki, Mətbuat Şurası mənim üçün heç bir əhəmiyyəti olmayan qurumdur. Vaxtilə bu qurumda təmsil olunan adamlardan biri mən idim, Arif Əliyev, Mehman Əliyev, Qulu Məhərrəmli idi. Təbii ki, bu adamların heç biri Mətbuat Şurasını himayə edən şəxslərə sərf etmirdi. Ona görə də bu gün biz orada yoxuq. Yaxşı ki, bu gün mən Mətbuat Şurasında təmsil olunmuram.

Digər tərəfdən isə Mətbuat Şurasına üzv olmaq könüllü məsələdir. Çox təəssüf ki, indi Mətbuat Şurasını Nazirlik səviyyəsinə qaldırırlar. Yəni, bu gün Mətbuat Şurası öz Nizamnaməsinə uyğun olmayan işlərlə məşğul olur. Halbuki, Nizamnaməyə dəyişikliklər edilməsəydi, sədrlər 4 ildən bir dəyişsəydi, o zaman mətbuatımızın vəziyyətə indiki duruma düşməzdi.

Çox təəssüf ki, həmin vaxtı Mətbuat Şurasının Nizamnaməsinə edilən dəyişikliklərə mən qarşı çıxa bilmədim. Ona görə də vaxtilə Əflatun Amaşovu Mətbuat Şurasına necə sədr seçmişiksə, o, indiyədək bu vəzifədə qalır. Təsəvvür edin ki, Əflatun Amaşov 15 ilə yaxındır ki, Mətbuat Şurasının sədridir. Mətbuatın vəziyyətini düzəltmək üçün də Əflatun Amaşov dəyişməlidir. Yaxud da mən olacaqdımsa, 4 ildən sonra mən dəyişməli idim. Yəni, Mətbuat Şurasının sədri 4 ildən bir dəyişməli idi. Bu dəyişiklik olanda da normal fəaliyyət göstərmək mümkün olacaqdı. Çox təəssüf ki, bu cür səhvlər baş verdi.

Bu gün Mətbuat Şurası buraxılsa belə, mövcud problemlər həllini tapmayacaq. Bu problemlərdə təkcə Mətbuat Şurasını günahlandırmaq lazım deyil. Çünki ali dövlət mənsəblərində oturan və mətbuatın nə demək olduğunu anlamayan insanlar var. Bu gün həmin adamlar mətbuatı idarə edirlər. Mətbuatımızı da bu kökə məhz onlar salıblar. Onlar mətbuatın gücündən qorxaraq, mətbuatı "sandıq tulası"na çeviriblər. Artıq qarşıya baxmaq lazımdır ki, görək gələcəkdə nə edə biləcəyik.

- Mətbuatla bağlı keçirilən rəsmi tədbirlərə dəvət edilirsiniz?

- Xeyr, dəvət gəlmir. Heç belə təşəbbüs də yoxdur. Dəvət gəlsə belə, getmərəm. Bir dəfə KİVDF-nin tədbirinə dəvət edilmişdim. Amma getmədim. Çünki mənim üçün maraqlı deyil. O mühitə düşəndə, özümü pis hiss edirəm. Bu gün KİVDF-nin fəaliyyəti səhv qurulub.

Əgər indiyədək KİVDF-yə ayrılan dövlət vəsaitlərindən düzgün istifadə olunsaydı, bu gün mətbuatımızın problemlərindən danışmazdıq. Sadəcə olaraq, KİVDF lazımsız məsələlərə vəsait sərf edir, ölməli olan qəzetlərə vəsait ayırır. Buna görə də Azərbaycanda qəzet deyilən məfhuma nifrət yaranıb. Bu gün küçədə qəzet oxuyan adam görəsniz, mənə xəbər edin, geib o adamın əllərini sıxacam.

Anlayıram ki, bu gün texnologiyalar inkişaf edir, hər kəs mətbuatı internet vasitəsilə izləyir və sairə. Amma bu tamam ayrı məsələdir. Bu gün Qərb ölkələrində qəzet oxumaq kübarlıq əlamətidir. Bizdə bu kübarlıq itib. Jurnalistikada, cəmiyyətdə kübarlıq olmayan yerdə heç bir normal məsələdən söhbət açmaq olmaz.

- Bəzən belə fikirlər səsləndirilir ki, reket fəaliyyətlə məşğul olan redaksiyaların əksəriyyəti ilk fəaliyyətə başlayan zaman Azərbaycan Nəşriyyatında otururlar və bu da onlar üçün nəfəslik rolunu oynayır. Olmazmı ki, həmin redaksiyalar Nəşriyyatın binasına buraxılmasın?

- Xeyr, mən bu fikirlə razı deyiləm. Çünki heç kim əvvəlcədən dəqiq bilə bilməz ki, filan qəzet və ya sayt reketçiliklə, yoxsa sırf jurnalistika ilə məşğul olacaq.

Tutalım ki, həmin reket fəaliyyətlə məşöul olan adamları Nəşriyyatdan çıxarsalar, o zaman gedib evdə oturub çalışacaqlar. Yəni, onlar üçün yerin, məkanın heç bir əhəmiyyəti yoxdur. Burada əsas problem jurnalistikamıza bu cür ünsürlərin gəlməsinə şərait yaratmaqdır.

- Bəs bu cür problemlərdən çıxış yolunu nədə görürsünüz?

- Çıxış yolu çox sadədir. Çıxış yollarını həyata keçirmək üçün gərək kökündən dəyişiklik edəsən. Kökündən dəyişikliyi isə indiki bu adamlarla etmək mümkün deyil. Bunun üçün müəyyən zamana ehtiyac var. Sağlıq olsun, bu cür gedişlə özləri özlərini yeyəcəklər. Yəni, sonra mətbuatımızın vəziyyəti normal olacaq.

- Hazırda rəhbərlik etdiyiniz qəzetlərin internet saytları fəaliyyət göstərir. Maliyyə problemini həll etmisiniz?

- "Ayna" 2 ildir ki, işləyir. Digəri isə hələ bir il deyil. İmkanlar hələ geniş deyil, yavaş-yavaş işləyirik. Normal gedir. İnanıram ki, tədricən hər şey qaydasına düşəcək. Hələ ki, reklamımız, maliyyəmiz yoxdur. Dostlar, jurnalistlər könüllülük prinsipi ilə çalışırlar, kənardan yazırlar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçin Şıxlı: "Çalışıram bağdan şəhərə gəlməyim ki, benzinpulu az çıxsın” - VİDEOMÜSAHIBƏ

    Elçin Şıxlı: "Çalışıram bağdan şəhərə ...

    23-07-2015, 19:29

  • 
  • “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir” – ELÇİN ŞIXLI

    “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir” ...

    11-09-2017, 17:27

  • 
  • Elçin Şıxlı: Peşəkar jurnalistikanın ağzını yummuşuq

    Elçin Şıxlı: Peşəkar jurnalistikanın ağzını ...

    16-11-2017, 18:41

  • 
  • Jurnalist İkram Rafiqoğlu həbsdən azad edildi

    Jurnalist İkram Rafiqoğlu həbsdən azad edildi ...

    1-03-2017, 18:00

  • 
  • Realliq.info mediaportalının redaktoru İkram Rəhimov saxlanılıb

    Realliq.info mediaportalının redaktoru İkram ...

    27-10-2018, 00:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu