Mediaportal rəhbəri İkram Rəhimov bu gün mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. Bu barədə onun yaxınları xəbər verib.
Bundan əvvəl o, Turan Agentliyinə BMW markalı 90 EM 525 nömrəli avtomobilinin Masazır yolunda ağ rəngli Hundai Sonata markalı avtomobildəki naməlum şəxslər tərəfindən təqib olunduğunu bildirib. Bu, 14:41-də baş verib. "Onlardan qopmağa çalışıram, amma alınmır", deyə o telefonla bildirib.
Sonradan Rəhimov onu təqib edənlərdən qurtula bildiyini və Turan agentliyinin ofisinə tərəf gəldiyini bildirib.
Ofisə gələn Rəhimov Turan-ın direktoru Mehman Əliyevə bildirib ki, onun avtomobili Askürü restoranı yaxınlığında yolda naməlum şəxslər tərəfindən mühasirəyə alınıb, amma o, onu təqib edən şəxslərdən qurtula bilib. Onun sözlərinə görə, onlar dörd nəfər idilər.
Rəhimov bildirib ki, DİN-in "102" xidmətinə zəng edib, hadisə haqqında məlumat verib.
Onun sözlərinə görə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına tənqid yer alan açıq məktub dərc etdiyinə görə təqib edilir.
"Hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindəyəm", deyə Rəhimov bildirib və agentliyin ofisindən çıxıb. Amma çıxışda S.Rəhimov küçəsində o, onu təqib edən şəxslər tərəfindən saxlanılıb və avtomobillə aparılıb.
Əvvəllər Rəhimov dəfələrlə Ə.Həsənovu KİV sahəsində siyatinə görə tənqid edib. Onun saytları dəfələrlə məhkəmə qərarı olmadan bloklanıb, o özü isə açıq təzyiqə məruz qalıb.
* * *
Redaktorun avtomobili naməlum şəxslər tərəfindən təqib olunur.
Mediaportal rəhbəri İkram Rəhimov Turan-a bildirib ki, onun BMV markalı 90 EM 525 nömrəli avtomobili Masazır yolunda ağ rəngli Hundai Sonata markalı avtomobildəki naməlum şəxslər tərəfindən təqib olunur.
"Onlardan qopmağa çalışıram, amma alınmır", deyə o, Turan-a bildirib.
Bir müddət əvvəl Rəhimov prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisiçi Əli Həsənovun ünvanına tənqid yer alan açıq məktub dərc edib.
Sorğu
Yeni dizaynımız necədir?