GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Norveçin bu addımı Azərbaycan üçün ciddi siqnal olmalıdır” – SÜLHƏDDİN ƏKBƏR

“Norveçin bu addımı Azərbaycan üçün ciddi siqnal olmalıdır” – SÜLHƏDDİN ƏKBƏR

Tarix: 15-11-2018, 15:38 Bölmə :Müsahibə Baxış: 682
“Norveçin bu addımı Azərbaycan üçün ciddi siqnal olmalıdır” – SÜLHƏDDİN ƏKBƏR


“Bu, Azərbaycanın beynəlxalq aləmdə, ilk növbədə Avropa Birliyində nüfuzuna ciddi zərbə vuracaq”

“Azərbaycanın yolu kriminal, korrupsioner, avtoritar rejim yoludur. Yəni Putinin post-Sovet məkanına daxil olan MDP respublikalarının seçdiyi yoldur”


Norveç Krallığının Bakıdakı səfirliyini gələn ildən bağlamaq, əvəzində isə Gürcüstanda səfirlik açmaqla bağlı qərar qəbul etməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Belə ki, bunun həm ölkənin nüfuzuna, həm də iqtisadiyyatına zərbə vuracağı qeyd olunur.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Norveç səfirliynin bağlanmasını sıradan olan adi bir hal hesab etsə və “bu, bizdə hər hansı təəssüf doğurmur” desə də, partiya sədrləri, politoloqlar və ictimaiyyət arasında tanınmış şəxslər Norveç səfirliynin bağlanmasının ölkəmiz adına yaxşı bir hal olmadığını və bunun mənfi nəticələrə gətirib çıxaracağını qeyd edirlər. O baxımdan, təəssüf edirik ki, Norveç kimi insan hüquq və azadlıqlarına dəyər verən bir ölkə Azərbaycanda səfirliyini bağlamaq barədə qərar qəbul etdi.

“Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vuracaq”

Norveç səfirliyinin bağlanması ilə bağlı Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbər “Hürriyyət”ə dedi ki, Norveç demokratiyanın, insan hüquq və azadlıqlarının yüksək səviyyədə inkişaf etdiyi bir ölkədir və münasibət qurduğu ölkələrdə bu dəyərlərin inkişaf səviyyəsinə xüsusi fikir verir: “O baxımdan, Norveçin atdığı bu addım Azərbaycan üçün ciddi siqnal olmalıdır. Çünki bu, Azərbaycanın beynəlxalq aləmdə, ilk növbədə Avropa Birliyində nüfuzuna ciddi zərbə vuracaq. Görünən odur ki, artıq Avropa Birliyi Azərbaycanın, xüsusilə də rəsmi Bakının insan haqları sahəsində nəinki irəliləyiş niyyətində olmadığını, ümumiyyətlə, bu məsələləri müzakirə etməyə belə hazır olamdığını görür və artıq Azərbaycandan Avropa Birliyi, ən azı bəzi ölkələri yavaş-yavaş əllərini üzürlər və Azərbaycana yalnız iqtisadi planda, enerji təhlükəsizliyi, nəqliyyat imkanları planında baxmağa başlayırlar. Mən ilkin olaraq Norveçin atdığı bu addımı bu çərçivədə dəyərləndirirəm. O baxımdan, Norveç siyasi-diplomatik sahədə xərclərini optimallaşdırmağı düşünür və açıq şəkildə bəyan edir ki, onların Cənubi Qafqazdakı başlıca tərəfdaşı Gürcüstandır”.

“Hollandiya və digər bənzər ölkələr belə addım ata bilər”

“Norveçin ardınca hansı Avropa ölkəsi də Azərbaycanla bağlı anoloji qərarı verə bilərmi” sualına S. Əkbər belə cavab verdi: “Bir qədər gözləməyə ehtiyac var. Birlirsiniz ki, hazırda Avropa Birliyi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq imzalanması haqqında danışıqlar gedir. Danışıqların getdiyi mərhələdə, xüsusən də aparıcı dövlətlərin Fransa və Almaniya kimi böyük dövlətlərin, eyni zamanda Azərbaycanla enerji və nəqliyyat sahəsində sıx əməkdaşlıq edən ölkələrin belə addım atacağını düşünmürəm. Amma ola bilsin ki, Azərbaycanda xüsusi marağı olmayan və yüksək inkişaf etmiş demokratiyaya malik olan digər kiçik Avropa ölkələri belə addım ata bilər. Məsələn, Hollandiya və digər bənzər ölkələr belə addım ata bilər”.

“Rəsmi Bakı öz yolunu seçib”

“Azərbaycan 3 ölkəni əhatə edən səfirini geri çağırmala, Qərbə inteqrasiyadan imtina edirmi” sualını isə S. Əkbər belə cavablandırdı: “Mən düşünmürəm. Səfir geri çağırılıb, yeni səfir təyin olunur. Sadəcə olaraq yeni şəraitə uyğun Azərbaycan səfirini dəyişəcək və xüsusi təlimatlarla göndərəcək. Azərbaycan artıq öz yolunu seçib. Daha doğrusu, Azərbaycan demək doğru deyil, rəsmi Bakı, Əliyev hakimiyyəti öz yolunu seçib və bununla Avropada barışmaq istəyən, barışmaq istəməyən ölkələr də var. Norveç, Hollandiyaya bir sıra yaxın ölkələr var ki, bu ölkələr Azərbaycandakı mövcud vəziyyətlə barışmırlar və onların hərəsi də münasibətini bir cürə ifadə edir. Amma bir daha təkrar edirəm ki, kimlərin Azərbaycanda iqtisadi maraqları var, enerji, nəqliyyat, eyni zamanda təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlıq edir və Azərbaycanla ikitərəfli tərəfdaşlıq sazişinin imzalanmasında maraqlıdır, onlar ən azı yaxın perspektivdə Azərbaycanla münasibətlərə təmkinli yanaşırlar”.

“Demokratik islahatların aparılması haqqında niyyət belə yoxdur”

“Deyirsiniz ki, Azərbaycan artıq öz yolunu seçib. Yəni rəsmi Bakıda Qərbdən üz döndərir” sualına isə S.Əkbər belə cavab verdi: “Azərbaycanın yolu kriminal, korrupsioner, avtoritar rejim yoludur. Yəni Putinin post-Sovet məkanına daxil olan MDP respublikalarının seçdiyi yoldur. Bu yol ilə gələcək onu göstərir ki, demokratik islahatların aparılması haqqında niyyət belə yoxdur və bu proseslər Azərbaycanda həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sferanın mərhələli deqradasiyasına gətirib çıxaracaq. Nəticədə Azərbaycanda daxili çökmə başlayacaq və bu çökmə xarici təsirlərin təzyiqi altında, xüsusən də dünyada və regionda gedən proseslərin, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu, İran məsələsinin gündəmə gəldiyi, Rusiyaya qarşı sanskiyaların tətbiq olduğu, qonşu Gürcüstanda və Ermənistanda demokratik proseslərin dərinləşdiyi bir vaxtda sürətlənə bilər”./Hurriyyet.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Skandinaviyadakı səfirliyini bağlayır

    Azərbaycan Skandinaviyadakı səfirliyini bağlayır ...

    10-11-2018, 13:51

  • 
  • Norveç səfirliyindən Azərbaycana qarşı hörmətsizlik — VİZA QALMAQALI

    Norveç səfirliyindən Azərbaycana qarşı ...

    30-05-2018, 15:44

  • 
  • Hikmət Hacıyev: Paşinyan Yerevan küçələri ilə BMT BA-nın kürsüsünü qarışıq salıb

    Hikmət Hacıyev: Paşinyan Yerevan küçələri ilə BMT ...

    26-09-2018, 15:22

  • 
  • Penitensiar Xidmətin nüfuzuna sarsıdıcı zərbə...

    Penitensiar Xidmətin nüfuzuna sarsıdıcı zərbə... ...

    6-06-2016, 17:45

  • 
  • Kişi və qadın əsgərlər eyni otaqda yatır, eyni hamamda... - Norveç ordusundan FOTOLAR

    Kişi və qadın əsgərlər eyni otaqda yatır, eyni ...

    9-03-2017, 20:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu