Razim Əmiraslanlı: “Rüstəm bəyin namizədliyi qeydə alınmasa parçalanma baş verə bilər” Müsavat Partiyasının İcra Aparatının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlının müsahibəsini təqdim edirik - Razim bəy, Milli Şurada son durumu necə dəyərləndirirsiniz?
- Milli Şuraya münasibətin çox pozitivdir, yəni son 20 ildə müxalifətin ilk dəfədir ki, geniş birliyi yaranıb. Eyni zamanda vahid namizəd müəyyənləşib. Məncə, bu çox təqdirəlayiq haldır.
- Sizcə, Milli Şurada parçalanma varmı?
- Düzdür, Milli Şurada müəyyən quvvələr arasında qarşılıqlı ittihamlar var. Amma inanmıram ki, bu, Milli Şuranın parçalanmasına gətirib çıxaracaq. Müsavat Partiyası olaraq biz Milli Şuranın birliyinə, Rüstəm bəyin vahid namizəd kimi qeydə alınmasında çox maraqlıyıq.
- Bəs alternativ variant da istisina olunurmu?
- Biz seçkilərdə iştirak etməyin tərafdarıyıq. Rüstəm bəylə bağlı müəyyən risqlərin olduğunu nəzərə alaraq düşünürəm ki,alternativ variant olmalıdır. Biz tam gücümüzlə seçkilərə hazırlaşırıq və Seçki Qərargahı tam fəaliyyət göstərir. Kifayət qədər insan resurslarımız var. Partiyada da Rüstəm bəyin namizədliyinin qeydə alınması, imzaların toplanması üçün maksimum səy göstərilməsi qarşıya məqsəd qoyulub. Amma müəyyən problemlər yaransa, biz seçkiyə öz namizədimizlə gedəcəyik. Partiyadada bu əhval-ruhiyyə mövcuddur.
- Sizcə, bu proses son nəticədə parcalanmayla nəticələnə bilərmi?
- Bu, proseslərdən asılı olacaq. Hər halda, Rüstəm bəy gəlsin, bir çox məsələlərə aydınlıq gələcək. Amma ola bilsin ki, Rüstəm bəyin namizədliyi qeydə alınmasa müəyyən problemlər, eləcə də parçalanma da baş versin. Çünki Şurada olan bəzi qüvvələr Baykotun tərafdarıdır. Müsavat Partiyası da bunu yanlış hesab edir və seçkilərdə iştirak etməyin tərafdarıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?