Eldar Namazov: “İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkiləri boykot etmək lazım deyil”
“Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, bununla barışmaq və ya bu seçkiləri boykot etmək lazım deyil”. Bu açıqlamanı Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov verib.
“Bizim əsas məqsədimiz Milli Şuranın vahid namizədinin qeydə alınmasına maneçilik törədilsə, bu istiqamətdə mübarizə aparıb, onun qeydiyyatına nail olmaqdır. Biz namizədin qeydiyyata alınmasından sonra seçkidə iştirak etmək niyyətindəyik”.
E. Namazov qeyd edib ki, Milli Şurada ehtiyat namizədin olmasına ehtiyac yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?