“Milli Şuranın vahid namizədi olduğu halda, öz namizədliyini saxlamaq həmin siyasi lideri nüfuzdan salacaq”. Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Asəf Quliyev deyib.
AXCP funksioneri Müsavat Partiyasının namizədlikdən imtina etməməsinə münasibət bildirərək qeyd edib ki, İsa Qəmbər son anda Milli Şuranın vahid namizədinin xeyrinə geri çəkiləcək: “Rüstəm İbrahimbəyovun namizədliyi qəbul olunanda İsa Qəmbər onu müdafiə elədi, lakin şərt qoydu ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, Müsavat Partiyası seçkilərə öz namizədi ilə gedəcək. Məncə, İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədlik məsələsində son anda öz namizədliyini geri götürəcək. İndiki vəziyyətdə heç kim, Milli Şuranın vahid namizədi olduğu halda, öz namizədliyini saxlamaz. Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, ümumiyyətlə seçkilərə getməyin əhəmiyyəti yoxdur, belə olan halda Milli Şura seçkilərdən imtina etməlidir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?