GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Atamın uşaqlıq illərini məhv edənlərdən qisas almaq istəyirdim.

Atamın uşaqlıq illərini məhv edənlərdən qisas almaq istəyirdim.

Tarix: 26-12-2018, 21:58 Bölmə :Müsahibə Baxış: 1 284
Atamın uşaqlıq illərini məhv edənlərdən qisas almaq istəyirdim.


Müasir texnologiyanın inkişafı yeni-yeni, xüsusən də 3D formatlı animasiya filmlərinin meydana gəlməsinə də təkan verdi. Bu inkişaf uşaq ədəbiyatına marağı xeyli azaltdı. Ən böyük zərbə isə, bir vaxtlar uşaqların sevimlisi olan, hal-hazırda isə onları animasiya filmlərinin “qəhraman”larını əvəz edən, kölgədə qoyan uşaq yazıçılarına dəydi. Bu günkü müsahibim həmin kölgədə qalan uşaq yazıçısı Aygün Bünyadzadədir.

-Aygün xanım, Azərbaycan SSR-də vaxtı ilə rəhbər vəzifələrdə olmuş Dadaş Bünyadzadə ilə qohumluğunuz varmı?

-Bəli, Dadaş Bünyadzadə atamın əmisi olub. Mən onun qardaşı Məmmədhüseynin nəvəsiyəm. Atamın və digər qohumlarımın dediyinə görə Dadaş Bünyadzadənin özü belə, yaradıcılığa meyilli insan olub. Bundan başqa, Bünyadzadə nəsli böyük olub. O qardaşlar içərisində qələmi olan Cəfər Bünyadzadə də olub. O, 24 yaşında “Tutu” dərgisinin baş redaktoru olmaqla yanaşı, uşaqlar üçün şeirlər kitabı da yazmışdı. Bildiyim qədəri ilə onun çevrəsində Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mikayıl Müşviq, Nəcəf bəy Vəzirov kimi yazıçılar da olub. Yazıq, 1918-ci ildə Bakıda baş verən qırğınların qurbanı oldu. Ermənilər onu öldürmüş, meyidini tanınmaz hala salınaraq, bir neçə meyidlə birgə quyuya atılmışdı. Qırğınlar səngidikdən sonra quyudakı meyidlər aşkarlanmış, həmin meyidlərin birinin cibindən limon və evimizin açarı tapılmışdı. Belə ki, ölümündən bir neçə saat əvvəl evdən çıxan zaman nənəm ( ulu ) ondan limon almasını istəmişdi.

Atamın uşaqlıq illərini məhv edənlərdən qisas almaq istəyirdim.


-Babanız Məmmədhüseyn 1937-ci ildəki repressiya dalğasına məruz qalıbmı?

-Bəli, babamın ailəsi, o cümlədən 4 yaşlı atam Qazaxstanın Cambul vilayətinə sürgün edilib. Hətta sürgün zamanı atamın barmağı qatarın qapısı arasında qalaraq zədələnmiş və ömrü boyu bu xəsarətlə yaşamışdı. Barmağının zədəsi atam da repressiya xatirəsinin möhürü idi. Cambul vilayətinə sürgün olunanlar içərisində bir bizim ailə, bir də Çingiz İldırımın yaxınları sağ-salamat vətənə qayıda bilmişdi. Onu da qeyd edim ki, bizim ailə iki dəfə repressiyaya məruz qalıb. Bir 1937-ci ildə Qazaxstana, bir də 1953-cü ildə Şəkiyə. Yalnız 1956-cı ildə bəraət aldıqdan sonra atamgil Bakıya qayıda bilmişdi. Repressiyalara məruz qalan atam, 10-11 yaşında məktəbə gedə bilmişdi. Məktəbi uğurla başa vurduqdan sonra indiki Neft Akademiyasına daxil olmuşdu. Oranı da uğurla bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmişdi.

-Repressiya dalğasının qalıqları sizə təsir edibmi?

-Bəli! Bizim ailədə siyasət sözünə qarşı fobiya var. Bunun nəticəsidir ki, heç vaxt siyasi mülahizələr etmək, siyasi xəbərlərlə maraqlanmaq, hər hansı siyasi partiyaya rəğbət və s. uzaq olmuşuq. Ona görə də bizim nəsildən bir nəfər də olsun siyasətçi yetişmədi.

-Hansı universiteti bitirmisiniz?

-Ali təhsil almağımın uzun hekayəsi var (gülür). Qısaca belə məlumat verim. Məktəbi bitirdikdən sonra, dərhal hansısa universitetə sənəd verməyi istəməyərək, bir müddət istirahət etmək qərarına gəldim. Nəhayət, yaxınlarımın deyinməklərinə son qoymaq üçün 1987-ci ildə indiki Neft Akademiyasının “Kimya texnologiyası” fakultəsinə qəbul oldum, bir semestr oxuduqdan sonra oranı tərk etdim. 1989-cu ildə Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakultəsinə qəbul olaraq oranı uğurla bitirdim. 1995-ci ildə yenidən ali təhsil almaq qərarına gələrək Bakı Dövlət Universitetinin “Hüquq” fakultəsinə qəbul oldum. Lakin ikinci ali təhsilin pullu olduğundan, mənim də təhsil haqqını ödəyəcək 300 dollarım olmadığından təhsil ala bilmədim. Buna baxmayaraq 1997-ci ildə yenidən BDU-un “Hüquq” fakultəsinə daxil oldum. İllik təhsilin miqdarı dəfələrlə artığından yenə arzum gözümdə qaldı. 1998-ci ildə yenidə BDU-nə qəbul oldum, bu dəfə isə hüquqa yox “Tarix” fakultəsinə düşsəm də özüm oxumaqdan imtina etdim.

-Hüquqşünas olmaq həvəsizniz hardan qaynaqlanırdı?

-Atamgili donoslarla həbsə, sürgünə yollayan “insan”lar hələ də sağ idilər. Mən də yüksək hüquq təhsili alaraq, məhkəmə orqanlarında yüksək vəzifə tutub o “insan”ları hüquqi məsuliyyətə cəlb edib, atamın qisasını almaq istəyirdim. Atamın uşaqlıq illərini məhv edənlərdən qisas almaq istəyirdim.

-Uşaq yazarı olmaq qərarına necə gəldiniz?

-İlk oxuduğum Astrid Lindrenin “Damda yaşayan Karlsson” kitabı məni uşaq ədəbiyatına ömürlük bağladı. Nə qədər digər janrda bədii ədəbiyatlar oxusam da uşaq ədəbiyatı qədər heç biri məni özünə çəkmədi. Hətta məktəbdə oxuyanda belə, şeir əzbərləyə bilməz, daim iki qiyməti alardım. Amma şeirin məzmununu öz sözlərimlə nağıl kimi danışanda “5” qiyməti alardım.

6-7 yaşlarımda oyunçaqlarımı masa üzərinə düzər, onlara nəzər yetirərək, 8-10 cümləli nağıllar yazar, sonra da qələmə aldığım cümlələr əsasında rollar oynayardım. Həmçin o zamanlar 5-6 uşaq şeirləri də yazmışdım.

Atamın uşaqlıq illərini məhv edənlərdən qisas almaq istəyirdim.


-Bəs niyə uşaq aktrisası yox, uşaq yazarı oldunuz?

-Aktrisa istər-istəməz rejissörun dediklərini etməyə məcburdur. Mən o tip insan deyiləm ki, başımın üstündə durub kimsə mənə əmr etsin. Əsərlərimdəki qəhrəmanlara özüm istiqamət verməyi sevirəm. Yeri gələndə ssenarilər yazıb, uşaqlar üçün tamaşalar da təşkil edə bilirəm. Amma məndən aktrisa olmazdı.

-İlk həvəskar əsərlərinizi 6-7 yaşlarınızda qələmə almısınız. Bəs peşəkar kimi nə vaxtdan yazırsınız?

-90-cı illərin sonlarından yazıram. 2000-ci ildə “Şəkər villası” uşaq qəzetində 10 nağılım dərc edildi. Daha sonra ilk yazdığım 3 nağıl “Ulduz” jurnalında nəşr edildi. 2001-ci ildə özümün də xəbərim olmadan məni “YB”-nə çağıraraq, Tofiq Mahmudov adına xüsusi mükafata layiq görüldüyümü bildirdilər.

-Ən məşhur nağılınız hansıdır?

-“Şirniyyat atan silahlar”. Bir insan, xanım, yazıçı kimi məni narahat edən ən böyük qlobal problem müharibə və onun nəticəsində həyatlarını itirən uşaqlardır. Adı çəkilən nağılımda insanları qətlə yetirməyə alışmış silahlar, bir gün bezərək belə qərara gəlirlər ki, daha biz insanları qətlə yetirməyəcəyik. Nəticədə bütün atıcı silahlar güllə əvəzinə yumru konfetlər

atmağa başlayır, minalar partlayanda qəlbələr əvəzinə tortlar havaya qalxır. Sonda bir-biri ilə savaşanlar müharibələrə son qoyub, sülh içində şirniyyatlar yeməyi üstün tuturlar.

-Bu vaxta qədər neçə nağıl yazmısınız?

-200 nağıl, 12 nağıl-pyes, 10-a yaxın nağıl-povest yazmışam. 200-ə yaxın isə rus, alman dillərindən nağıllar tərcümə etmişəm. Nağıllarım içərisində 50-yə yaxını “Cırtdan”ın yeni macəraları ilə bağlıdı.

-Məşhur nağıl-pyesləriniz hansıdı?

-2003-cü ildə 2 nağıl-pyesim Cəfər Cabbarlı adına xüsusi mükafata layiq görülüb. 2006-cı ildə “Kral” nağıl-pyesim “Kukla Teatrı"nda tamaşaya qoyulub. 2017-ci ildə 5 nağıl-pyesim Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə ikinci yeri tutdu.

Atamın uşaqlıq illərini məhv edənlərdən qisas almaq istəyirdim.


-Hansı müfatlara layiq görülmüsünüz?

-2001-ci ildə ilin ən yaxşı əsərinə görə Tofiq Mahmud adına xüsusi mükafata, 2002-ci ildə “İlin gənc yazarı” nominasiyasının qalibi, 2003-cü ildə Cəfər Cabbarlı adına xüsusi diploma layiq görülmüşəm. 2010-cu ildə isə, “uşaqlar qarşısında xidmətləri” üçün BMT-in və Polşa Respublikasının Beynəlxalq “Təbəssüm ordeni” və Təbəssüm ordeni kavaleri (cəngavəri)” fəxri adını qazanmışam.

-Bu mükafata dünyanın bir çox ictimai, siyasi, din, elm-mədəniyyət xadimləri, yazıçılar layiq görülüb. Onlar içərisində Marqaret Tetçer, keçmiş Roma papası II Yohan Pavel, mərhum Səudiyyə Ərəbistanın kralı Abdalla ibn Əbdül Əziz, Nelson Mandela, hal-hazırda yaşayanlardan İsveç kraliçası Silviya, XIV Dalay Lama, indiki Roma papası I Fransisk, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, keçmiş İran kraliçası Fərəh Pəhləvi, kinorejissör Stiven Spilberq və digərləri.

-Siz bu mükafata layiq görülən neçənci Azərbaycan türküsünüz?

-İcazənizlə biraz geniş cavab verib. Azərbaycandan bu mükafata ilk dəfə 2007-ci ildə mərhum Ələkbər Hüseynov layiq görülmüşdü. Uşaq yazarları içərisində dünyada bu mükafata 6 şəxs layiq görülüb. Onlar: Astrid Lindqren, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, Aqniya Barto və mənəm. Belə nəhəng şəxsiyyətlərlə bir cərgədə olmaq mənim üçün çox böyük xöşbəxtlik və fəxrdir.

Bundan başqa bütün müsəlman və türk dünyasında bu mükafata cəmi iki xanım layiq görülüb. Biri Fərəh Pəhləvi, digəri isə, mənəm. Amma sırf yazıçı kimi müsəlman-türk dünyasında ilk və hələ ki, yeganə xanımam.

-Aygün xanım, həm humanist ideyalarla yaşayıb müharibəni pisləyərək uşaqları qorumaq, həm də hüquqşünas olub atanızı qisası almaq arzusu ilə alışıb yanmaq. Bu iki fərqli hisləri necə birləşdirmisiniz?

-Atamın uşaqlığı məhv edilmişdi! O, oyuncaqlar əvəzinə Qazaxstanın Cambul vilayətində daş-daşıyıb, sağ qalmaq uğrunda mücadilə aparıb. Həmyaşıdları kimi baxça üzü görməyib, 5-6 yaşında məktəbə getmək əvəzinə 10-11 yaşında I sinifə getmişdi. Ona görə də həm atamın, həm də onun timsalında uşaqlıqlarını yaşaya bilməyən körpələrin qisasını almaq istəyirdim. Yəni, qisasım belə uşaqları müdafiyə etməyimlə birbaşa bağlıdı.

Atamın uşaqlıq illərini məhv edənlərdən qisas almaq istəyirdim.


-Bu gündə qisas hissiniz qalıbmı?

-Bəli, o danosbazlardan hüquqi cəhətdən qisas ala bilmədiyimə heyfslənirəm.

-O cür danosbaz, satqın ünsürləri nağıllarınızda mənfi obraz kimi təqdim etməklə qisas ala bilməzsinizmi?

-Bu ağlıma gəlməyib. Amma gəlsə belə, bunu yazmaqla qisas alovumu söndürmək mümkün olmazdı.

-Müharibəni pisləyən hansı nağıllar yazmısınız?

-“Mina təhlükəsi” nağıl-pyesini qeyd edərdim. Bu əsərim ilk dəfə “Gənc tamaşaçılar” teatrında, ardınca isə, 17 sərhədyanı rayonlarda nümayiş etdirilib. Bundan başqa “Narahat mələklər” əsərimi qeyd edərdim. Bu əsərimi 1986-cı ildə ABŞ hərbi təyyarələrinin Liviya paytaxtı Tripolini bombardıman etməsi, nəticədə mərhum lider Müəmmar Qəddafinin qızlığa götürdüyü Hannanın həlak olmasını oxuduqdan sonra təsirlənib yazmışam. Yəni bu əsəri başda Hanna olmaqla bombardıman nəticəsində həlak olan bütün uşaqlara həsr etmiş və müharibəni kəskin şəkildə pisləmişəm.

-Aygün xanım, bu vaxta kimi neçə kitabınız nəşr olunub?

-Cəmi bir kitabım nəşr olunub. Amma belə, uşaq jurnallarında çox nağıllarım dərc olunub. Mən yaradıcılığa başlayanda özümə söz vermişdim ki, “heç vaxt özüm kitab nəşr etdirməyəcəm”. Hələ də verdiyim sözümə sadiqəm. Bilirsiniz, mənim işim yazıb-yaratmaqdısa, nəşr etdirmək başqalarının borcudur.

-Əmək fəaliyyətiniz haqqında biraz danışın.

-Bədii yaradıcılığıma qədər baş mühasib çalışmışam, iqtisadiyyat fənnindən dərs demişəm, “Cırtdan”, “Evcik”, “Cobi və dostları” uşaq jurnallarında baş redaktor kimi çalışmışam. 2007-ci ildən işsizəm. 2008-2009-cu illərdə Nizami kinoteatrı yanında yerləşən adını unutduğum kafedə günü 6 manata qabyuyan işləmişəm. Bu cür də dolanmağın qeyri-mümkün oldunu anladıqdan sonra 2009-cu ildə Türkiyəyə köçdüm və 4 il orada yaşadım. Hal-hazırda şəkər xəstəliyimin dərəcəsi artdığından heç qabyuyan kimi də çalışa bilmərəm.

-Biraz şəxsi həyatınıza keçək. Evlisinizmi?

-Türkiyədə yaşayan zaman 2 il ailəli olmuşam, həyat yoldaşım türk idi. Xarakterlərimiz tutmadığından ayrıldıq.

-Xarakter deyəndə nəyi nəzərdə tutursunuz?

-Əslində həyat yoldaşım pis insan deyildi. Sadəcə başqa-başqa dünyanın adamları idik. O, siyasət adamı, mən uşaq dünyasında yaşayaraq yazıb-yaradan biri.

-Bəs övladınız varmı?

-Xeyr, şəkər xəstəsi olduğumdan həkimlər uşaq dünyaya gətirəcəyim halda ölüm riskinin yüksək olduğunu bildirərək uşaq dünyaya gətirməyi məsləhət görmədilər. Amma çox istəyərdim övladlarım olsun. Bacımın uşaqları ilə çox vaxt keçirməyimə baxmayaraq, gələcəkdə yaxşı imkanım olsa uşaq evlərinə düşmüş qardaş-bacı cütlüyünü övladlığa götürmək istəyərdim.

-Hal-hazırda necə dolanırsınız?

-Heç bir yerdə çalışmıram, kənardan da bir qəpik də olsun gəlirim yoxdur. Anamla birgə yaşayıram və onun 280 manatlıq təqaüdü ilə birtəhər keçinməyə çalışırıq. Tezliklə 50 yaşımın olacağına baxmayaraq, utanc verici haldır ki, 74 yaşlı valideynimim himayəsindəyəm. Xəstəliyimlə bağlı elə dərmanlar var ki, aylıq 180-200 manat xərci var, amma mən bu dərmanları ala bilmirəm. Ona görə də qeydiyyatda olduğum poliklinikanın verdiyi 2 manatlıq dərmanlarla kifayətlənmək məcburiyyətindəyəm.

-Müsahibələrinizin birində demişdiniz ki, “Mələk olsam nələr etməzdim”? Məsələn nə edərdiniz?

-Birinci növbədə bütün müharibələrə son qoyardım. Çünki müharibələrdə ən çox qurban gedənlər uşaqlar, qadınlar, yaşlılar və digər zəif insanlardır. İkinci, aclıqdan, təbii fəlakətlərdən əziyyət çəkən ölkələr üçün əlimdən gələn hər şeyi edərdim.

-Aygün xanım, biz də daxil olmaqla əksər ölkələr var ki, orda nə müharibə, nə aclıq, nə də təbii fəlakət var, amma abort cinayətləri nəticəsində minlərlə körpələr “ana” bətnlərində məhv edilir. Əgər 1937-ci ildə repressiya dalğası nəticəsində 29 min insan fiziki olaraq məhv edilmişdisə, 2017-ci ildə 37 min körpə demokratiyanın bizə sunduğu abort hüququnun qurbanı olub. Məgər abort cinayəti müharibənin uşaqlara qarşı törəddiyi qətliyamlar qədər təhlükəli deyilmi?

-Əlbəttə bu da cinayətdir! Üzr istəyirəm ifadəmə görə, uşağa qalmamaq üçün min cür vasitətələr var. Yaratmadığın bir varlığı necə məhv edə bilərsən?!

-Gələcəkdə abort cinayətlərini pisləyən nağıl, nağıl-ssenari, nağıl-povest qələmə almağı düşünürsünüzmü?

-Açığı deyim bu barədə heç vaxt düşünməmişəm. Bu mövzu ilə bağlı ilk ideyanı verən siz oldunuz. Gələcəkdə abort cinayətləri barədə nəsə yaza bilərəm.

-Bəs mələk olaraq şəxsi həyatınızda hansı dəyişikliklər edərdiniz?

Birinci növbədə keçmişə qayıdıb buraxdığım səhvləri aradan qaldırardım. Ikinci, başda atam olmaqla bütün uşaqlığını yaşaya bilməyən balacaların daha yaxşı yaşaması üçün hər şey edərdim.

- Hökumətdən nə istəyərdiniz?

Əsas uşaq ədəbiyatına diqqətin artırılmasını istərdim. Özümə gəlincə isə, sağlamlığıma qovuşmaq ən böyük arzumdu. Sağolsun “Heydər Əliyev Fondu” bir neçə il əvvəl məni müalicə etdirib. Amma bununla yanaşı daimi müalicəyə ehtiyacım var. Bundan başqa öz ixtisasımla, uşaqlarla bağlı iş, yaxud yaradıcılığımla bağlı işlə təmin olunmaq istərdim. Hələ çox yazıb-yarada bilərəm.

Abdulla İsmayıloğlu
GundemXener.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qadın “şər ruh”u qovmaq üçün oğlunu boğub

    Qadın “şər ruh”u qovmaq üçün oğlunu boğub ...

    13-10-2016, 23:15

  • 
  • Tanınmış rəqqasə: “Qardaşım atamın əzablarına dözmədi”

    Tanınmış rəqqasə: “Qardaşım atamın əzablarına ...

    1-02-2015, 13:50

  • 
  • Əməkdar artist: "Mən atamın tərbiyəsini almışam"

    Əməkdar artist: "Mən atamın tərbiyəsini ...

    12-01-2016, 13:03

  • 
  • 49 yaşlı kişini küçədə bıçaqlayıblar.

    49 yaşlı kişini küçədə bıçaqlayıblar. ...

    26-12-2014, 11:22

  • 
  • Bakıda məktəbliyə bıçaq çəkdilər

    Bakıda məktəbliyə bıçaq çəkdilər ...

    6-03-2016, 16:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu