Oktyabrın 11-də axşam Bakının Yasamal rayonunda tükürpədici hadisə baş verib. Dadaş Bünyadzadə küçəsi, 15 ünvanda yaşayan Nazilə Qulubəyova (1974-cü ildə anadan olub) 5 yaşlı oğlunu boğaraq öldürüb. Bu barədə polisə onun həyat yoldaşı Rövşən Qulubəyov məlumat verib.
Prokurorluq orqanlarından Turan-a bildiriblər ki, qadının bu ağır cinayəti törətməsinə səbəb dini sektanın üzvü olmasıdır. Belə ki, qadın saxlanılan zaman polisə deyib ki, uşağın bədənindən “şər ruhu” qovmaq üçün əski ilə boğub.
İstintaqın versiyasına görə, qadın Azərbaycanda yeni yaradılan dini sektalardan birinin üzvüdür. Cinayət işi qaldırılıb, istintaq gedir. Qadının psixoloji durumu yoxlanılacaq.
Bu hadisəni Turan-a şərh edən həkim-psixiatr Azad İsazədə deyib ki, radikal dini sekta üzvlərinin qeyri-adekvat davranışları geniş yayılmış haldır. Lakin indiki halda söhbət çox güman ki, qeyri-normal psixologiyadan gedir. Dəqiq cavab vermək üçün insanı müayinə etmək lazımdır. Ancaq bundan sonra uşağın ölüm səbəbini ananın sektada iştirakı ilə əlaqələndirmək olar. Psixiatrın sözlərinə görə, bu cür cinayətləri psixi durumu pozulmuş şəxslər törədə bilər
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?