GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Tofiq Zülfüqarov: “Rusiyanın hər iki tərəflə dost olması mümkün olan deyil”

Tofiq Zülfüqarov: “Rusiyanın hər iki tərəflə dost olması mümkün olan deyil”

Tarix: 27-12-2018, 12:43 Bölmə :Müsahibə Baxış: 695
Tofiq Zülfüqarov: “Rusiyanın hər iki tərəflə dost olması mümkün olan deyil”


Keçmiş xarici işlər naziri Amerikanın Səsinə müsahibəsində 2018-ci ildə xarici siyasətin yekunlarından danışıb
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində 2018-ci ildə xarici siyasətin əsas prioritetlərindən danışıb.


Amerikanın Səsi: 2018-ci ildə Azərbaycanın xarici siyasəti hansı mühüm hadisələrlə yadda qalacaq?

Çox vacib olan ABŞ-la Azərbaycan arasında əlaqələrin daha da intensiv olması və Azərbaycan-Rusiya dialoqunun daha da intensiv şəkil almasıdır.

​Tofiq Zülfüqarov: Böyük hadisələri qeyd etsək, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunması böyük hadisədir. 20 ildən artıq danışıqlardan sonra nəticədə Konvensiya imzalandı. Təbii ki, bu, prosesin sonu deyil, yenə də müzakirələr davam etdiriləcək. Amma hansısa əsaslar artıq müəyyən olunub. Xarici siyasətə aid ikinci hadisə TANAP layihəsinin həyata keçirilməsidir. Bəziləri deyə bilər ki, bu, xarici siyasətə aid deyil. Amma mən bu fikirdəyəm ki, bizim heç də böyük olmayan ölkə üçün bu cür iqtisadi transregional layihələr birmənalı olaraq xarici siyasətimizə və xarici nüfuzumuza bağlı olan məsələlərdir. Bu silsilədən Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsini də qeyd edərdim. Digər hadisələrdən çox vacib olan ABŞ-la Azərbaycan arasında əlaqələrin daha da intensiv olmasıdır. Çox vacib məsələlərdən olan, Azərbaycan-Rusiya əlaqələrinin güclənməsi və dialoqun daha da intensiv şəkil almasıdır. Ümumiyyətlə, bizim xarici siyasətə çox təsir göstərən hadisə o oldu ki, Ermənistanda hakimiyyət dəyişdi və bu, ümumiyyətlə, Cənubi Qafqazda geopolitik vəziyyətdə dəyişikliklərə ümidlər yaradıb.

Amerikanın Səsi: Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan siyasətin prioritet olaraq qaldığını bildirir. Bu sahədə 2018-ci ilin yekunları ilə bağlı deyə bilərsiniz?

Danışıqların nəticəsinin olacağına Azərbaycanda demək olar ki, heç kim inanmır

​Tofiq Zülfüqarov: Ümumiyyətlə, danışıqların nəticəsinin olacağına Azərbaycanda demək olar ki, heç kim inanmır. Mən də hesab erdirəm ki, danışıqlar yolu ilə nəyəsə nail olmaq mümkün deyil. Amma Ermənistanda baş verən hadisələr geopolitik vəziyyətə çox güclü təsir göstərir. Yəni, regionda olan güclərin balansına təsir göstərən çox vacib bir hadisədir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya və ABŞ arasında əlaqələrin kəskin olması və daha da kəskinləşməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə öz təsirini göstərəcək. Təbii, bu fikirləri açmaq üçün bir az çox vaxt lazımdır. Amma tezis olaraq bunları qeyd edərdim.

Amerikanın Səsi: Azərbaycanın xarici siyasət konsepsiyasında əsas məqsəd kimi Qərbə inteqrasiya götürülüb. 2018-ci ildə bu sahədə xarici siyasət idarəsi hansı işlər aparıb? Münasibətiniz necədir?

İqtisadi layihələr Qərblə əlaqələrin güclənməsi üçün böyük təməl qoyur

​Tofiq Zülfüqarov: Azərbaycan Qərbə inteqrasiyasında tərəfdaşlıq üslubuna üstünlük verir. Bu da çox vacibdir. Nəyə görə? Çünki Azərbaycan tərəfdaş olaraq həm Qərbdən nə isə götürmək istəyir, həm də Qərbə nə isə vermək iqtidarındadır. Bu baxımdan iqtisadi layihələr Qərblə əlaqələrin güclənməsi üçün böyük təməl qoyur. Bu layihələrin nəticəsində biz Avropaya daha yaxın oluruq və onlar bizi daha da yaxşı görür və qiymət verir. O ki qaldı digər məsələlərə təbii ki, Avropa İttifaqı ilə danışıqlar səviyyəsində olan əməkdaşlıq haqqında sazişin işlənməsi də çox vacibdir. Orada baş verən hadisələr

Rusiyanın Ermənistana təhlükəsizlik qarantiyası verməsi təbii ki, Azərbaycan üçün ən böyük problemdir
optimist qiymətləndirilə bilər.


Amerikanın Səsi: 2018-ci ildə Azərbaycanın MDB məkanı və digər qonşularla münasibətlərini necə qiymətləndirərdiniz?

Tofiq Zülfüqarov: MDB məkanına çoğrafi baxımdan baxmaq lazımdır. Çünki siyasi baxımdan MDB bir o qədər aktiv deyil. Amma ikitərəfli əlaqələrə gəlincə, Azərbaycanın Belarusla, Ukrayna ilə, Qazaxıstanla, Türkmənistanla və digər MDB ölkələri ilə əlaqələrinə baxdıqda ölkəmizin xarici siyasəti bu istiqamətdə çox aktiv olub. Rusiya ilə əlaqələrin ən əsas meyarı (ictimaiyyət buna böyük əhəmiyyət verir) Qarabağ məsələsidir. Hesab edirəm ki, Rusiyanın bu sahədə mövqeyi vacib olan bir məsələdir. İqtisadi, humanitar və digər sahələrdə məsələlər asanlıqla həll oluna bilər. Bu sahədə ikitərəfli əlaqələr üçün lazımi şəraitlər yaradıla bilər. Qarabağ məsələsinə gəlincə, Ermənistana təhlükəsizlik qarantiyası verməsi təbii ki, Azərbaycan üçün ən böyük problemdir. İndi baş verən hadisələrə baxanda optimizm üçün bir qədər əsaslar mövcuddur. Amma bu hadisələr necə inkişaf edəcək? O da sual altındadır. Amma onu da qeyd etmək lazımdır ki, gözləmə mərhələsi çox uzanıb. Yəni, Rusiyanın hər iki tərəflə dost olmağa çalışması mümkün olan deyil. Hər halda Azərbaycan tərəfindən gözləmə mövqeyi heç də uzun müddət davam edə bilməz.

Amerikanın Səsi: Sizcə, 2019-cu ildə ölkənin xarici siyasətinin əsas prioritetləri necə olmalıdır?

Hələlik ABŞ-ın regiona aid xarici siyasəti Azərbaycanda axıracan bəlli deyil

​Tofiq Zülfüqarov: Birinci prioritet Ermənistan-Azərbaycan münaqişəsinin həll oluunması məsələsidir. İkinci istiqamət Azərbaycanın dünyada, ən azı regionda iqtisadi və siyasi rolunun güclənməsidir. Üçüncü istiqamət Türkiyənin Azərbaycanla əməkdaşlığının güclənməsi və dördüncü, Rusiya ilə olan problemlərin həll olunmasıdır. İlk növbədə Qarabağ mövzusunu nəzərdə tuturam. Beşinci, Avropa İtifaqı ilə əlaqələrin güclənməsidir. Altıncı istiqamət ABŞ ilə əlaqələrin güclənməsidir. O da sual altındadır. Əlaqələrin gücləndirilməsi üçün ikitərəfli istək olmalıdır. Hələlik ABŞ-ın regiona aid xarici siyasəti Azərbaycanda axıracan bəlli deyil. Əgər ABŞ administrasiyası əlaqələri gücləndirmək niyyətində olsa və konkret addımlar atsa bu istiqamət də çox vacib ola bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Zülfüqarov: Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil

    Tofiq Zülfüqarov: Azərbaycanın Kollektiv ...

    16-08-2018, 16:27

  • 
  • Tofiq Zülfüqarov: Minsk qrupunun həmsədr dövlətlərinin bəyanatında yeni fikir yoxdur

    Tofiq Zülfüqarov: Minsk qrupunun həmsədr ...

    8-12-2017, 20:57

  • 
  • Azərbaycan və Rusiya Xəzərin hüquqi statusu ilə bağlı müzakirə aparıb

    Azərbaycan və Rusiya Xəzərin hüquqi statusu ilə ...

    13-04-2018, 13:55

  • 
  • “Putinin səfərində bəyan olunmamış mövzular böyük əhəmiyyət kəsb edir”

    “Putinin səfərində bəyan olunmamış mövzular böyük ...

    28-09-2018, 19:35

  • 
  • Keçmiş XİN başçısı Tofiq Zülfüqarov törətdiyi qəza barədə danışdı

    Keçmiş XİN başçısı Tofiq Zülfüqarov törətdiyi ...

    16-09-2017, 13:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu