ABŞ Senatoru Rubio Press bloger Mehman Hüseynovun həbsdən dərhal azad edilməsini istəyir.
“Azərbaycanlı bloger Mehman Hüseynov uydurma ittihamlarla həbsdə qalmaqdadır. Aclıq aksiyası keçirdiyinə görə indi ağır vəziyyətdədir. Azərbaycan hökuməti onu dərhal azad etməlidir”, senator yanvarın 4-də twitter bloqunda yazıb.
Rəsmi Bakı bir qayda olaraq beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Ölkə rəhbərləri bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.
Bununla yanaşı Mehman Hüseynovun həbsini və ona həbsdə olarkən yeni cinayət işi qaldırılmasını yerli və beynəlxalq ictimaiyyət tənqidlərlə qarşılayıb. Blogerin dekabrın 26-dan başladığı aclıq aksiyası da genişlənməkdədir. Artıq tanınmış şəxslər blogerə dəstək məqsədi ilə aclıq aksiyasına qoşulmaqdadır.
Azərbaycanlı bloger Mehman Hüseynov uydurma ittihamlarla həbsdə qalmaqdadır. Senatir Rubio Press Rəsmi Bakının bəyanatlarına baxmayaraq yerli hüquq müdafiəçiləri ölkədə 150 şəxsi siyasi məhbus kimi tanıyır. Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.
Beynəlxalq təşklatlar həmçinin Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir. Amnesty İnternational Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?