GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin dünya bazarındakı qiyməti bu il də təkrarlansın

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin dünya bazarındakı qiyməti bu il də təkrarlansın

Tarix: 7-01-2019, 13:17 Bölmə :Müsahibə Baxış: 576
Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin dünya bazarındakı qiyməti bu il də təkrarlansın


Azərbaycan Mərkəzi Bankının bu il 2-3 faizlik inflyasiya gözləntisi haqda bəyanatı bir sıra sualları gündəmə gətirdi. İlk növbədə manata hansı təhlükənin yaranacağı, qiymət artımında vəziyyət necə olacaq sualları aktuallaşdı. AzadliqRadiosu-nun bu suallarına iqtisadçılar, hakim Yeni Azərbaycan Partiyasının üzvü Əli Əlirzayev və Azər Mehtiyev cavab verib.

Əli Əlirzayev: “Manatın məzənnəsində ciddi dəyişiklik olmayacaq”

İqtisadçı Əli Əlirzayev hesab edir ki, Mərkəzi Bank həmişə inflyasiyanı hədəfə götürməyə, proqnozlaşdırmağa çalışır. Bu baxımdan da inflyasiyanın 2-3 faiz götürülməsinin müəyyən mənada əlverişli olduğunu düşünür. İqtisadçı deyir ki, inflyasiyanın qarşısını inzibati vasitələrlə almaq olmaz, bu yalnız iqtisadi yolla mümkündür və bura islahatlar, düzgün pul-kredit siyasəti daxildir.


Əli Əlirzayev bu il manatın məzənnəsində ciddi dəyişiklik olmayacağını güman edir. Onun ehtimalına görə, manat dəyərdən düşsə də, bu, az olacaq:

“Ancaq dəqiq rəqəm deyə bilmərəm. Məsələ ondadır ki, çoxları indi pulunu dollarda yox, manatla saxlayır. İndiki maliyyə siyasəti manata ehtiyacı artırır, xarici ölkələrə çıxması imkanları çoxalır. Ona görə manatın məzənnəsinin müəyyən qədər saxlanılması mümkün olacaq”.

Azər Mehtiyev: “Hökumətin arzuladığı odur ki...”

İqtisadçı Azər Mehtiyev isə ötən il Azərbaycan iqtisadiyyatında ciddi proseslərin baş vermədiyini xatırladır və deyir ki, 2018-ci ildə 2015, 2016 və xüsusilə 2017-ci ildən fərqli olaraq maliyyə sabitliyi nisbətən təmin edildi. Eyni zamanda neftin dünya bazarında qiymətinin yüksək olmasının manatın məzənnəsinin sabit saxlanılmasında hökumətə yaxşı şərait yaratdığını bildirir. O ki qaldı bu il inflyasiya ilə bağlı gözləntilərə, iqtisadçı belə söyləyir:


Mərkəzi Bank
“Mərkəzi Bankın bəyanatında qeyd olunub ki, ən böyük inflyasiya yaradacaq amil bir tərəfdən manata olan təzyiqlərdir, ikinci isə böyük dövlət xərcləmələri. Əsasən Dövlət Neft Fondundan olan böyük transferlər bu prosesdə həlledici rol oynaya bilər”.

Azər Mehtiyevin qənaətincə, hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin dünya bazarındakı qiyməti bu il də təkrarlansın. “Ən azı qiymətin 50 dollardan aşağı düşməməsi hökumətə sərf etməklə bərabər inflyasiyanın qarşısını almaq üçün əhəmiyyətli bir hədd ola bilər”, iqtisadçı deyir. O əlavə edir ki, neftin qiymətinin 50 dollardan aşağı düşməsi manatın məzənnəsində əhəmiyyətli rol oynaya bilər.

“Ancaq biz bilmirik ki, hökumət nə vaxt və hansı addımı atacaq”

Azər Mehtiyevin sözlərinə görə, manatın məzənnəsində hər hansı dəyişiklik idxal olunan malların qiymətinin artması ilə nəticələnəcək. Ancaq bununla belə iqtisadçı tam əmin danışa bilmir və bunu da hökumətin hansı addım atacağından asılı olacağı ilə izah edir:

“Bütün bunlar neftin qiymətindən asılı olaraq baş verəcək. Ölkə daxilində isə inflyasiya yaradacaq amillər hökumətin tənzimlədiyi kommunal qiymətlərlə mümkündür. Ancaq biz bilmirik ki, hökumət nə vaxt və hansı addımı atacaq. O baxımdan bu sahədə qiymət artımının olub-olmayacağını proqnozlaşdırmaq xeyli çətindir. İndiki halda belə bir zərurətin olması görünmür, əgər bu sahədə qiymətlər belə qalacaqsa, təbii ki, inflyasiyanı aşağı səviyyədə saxlamaq mümkün olacaq”.

“Bazarda məhsul bol olandan sonra...”


Əli Əlirzayev
Əli Əlirzayevin qənaətincə, 2019-cu ildə hədəflənmə siyasəti öndə olmalıdır:

“İlk növbədə istehsal olunan məhsulumuzun ixracat potensialı genişlənsin, miqdar artırılsın. Bazarda məhsul bol olandan sonra qiymət dəyişməsi halları ixracat potensialını artırır. Bu kimi tədbirlər həyata keçiriləcəksə, həm monopoliya azalacaq, həm də bəzi məhsullarda təklifin tələbdən çox olması nəticəsində tənzimlənmə yaranacaq”.

Bu il qiymət artımı olub-olmayacağına gəlincə, iqtisadçı bu haqda konkret danışmır.

“Elə əhali qrupları var ki, onun istehlak səbətində 80 faiz ərzaq və qeyri-ərzaq məhsullarıdır. Yaxud istehlak səbətində çox baha olmayan məhsullardır, ona görə orta rəqəm götürüb tədqiq edilməlidir. Hər bir məhsula görə yanaşdıqda, gərək deyəsən ki, ölkədə iqtisadi inkişaf yoxdur. Bu baxımdan qiymətin dəyişməsi dinamikası Azərbaycana gətirilən, daxildə istehsal olunan məhsulların ümumi dəyəri və bunun nəticəsində ötən il və bu il nə qədər olub sualları araşdırılmalıdır. Yaxud pul gəlirlərinin artması ilə xərclərin artması arasında olan inflyasiyaya baxmaq lazımdır. Ona görə mən kompleks yanaşmanı daha üstün tuturam”, Əli Əlirzayev belə deyir.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Buna səbəb o zaman neftin kəskin ucuzlaşması olub. Hökumət növbəti illərdə manatın məzənnəsinin sabit qalmasına çalışıb./AzadliqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda dollar qalxır?! - İqtisadçılar danışır

    Azərbaycanda dollar qalxır?! - İqtisadçılar ...

    17-12-2014, 11:26

  • 
  • “Neft bahalaşır, bundan xalqa nə çatar”sualına iqtisadçıların cavabı

    “Neft bahalaşır, bundan xalqa nə çatar”sualına ...

    28-05-2018, 14:30

  • 
  • ABŞ-ın dolların bahalaşması barədə qərarı manata necə təsir edəcək?

    ABŞ-ın dolların bahalaşması barədə qərarı manata ...

    17-12-2015, 14:34

  • 
  • Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir?

    Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir? ...

    2-01-2019, 11:49

  • 
  • Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir?

    Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir? ...

    3-01-2019, 15:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu