GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır”

Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır”

Tarix: 14-01-2019, 12:08 Bölmə :Müsahibə Baxış: 377
Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır”


Yanvarın 12-də bloger Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasından gözlənilmədən evə telefonla zəng edib. Bu barədə Turan agentliyinə onun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, bloger bəzi mesajlar verib: o təzyiq altında olduğuna və telefonla sərbəst danışa bilmədiyinə işarə edib. Son günlər ziyarətçilərlə, o cümlədən Avropa İttifaqının (Aİ) nümayəndələri ilə görüşlərin konfidensial olduğunu deyib. Bloger üstüörtülü şəkildə bildirib ki, aclığı davam etdirir və səhhətilə bağlı problem qalır. O, gələn həftə vəkillərinin gəlməsini xahiş edib.

Mehman Hüseynov digər qardaşının həyat yoldaşı ilə danışıb. Telefon selektora keçirilib və Emin Hüseynov başqa aparat vasitəsilə söhbətə qoşulub.

Mehman bizimlə söhbət zamanı qeyd etdi ki, məhdudiyyətlər səbəbindən çox şey danışa bilmir. Ancaq qeyd etdi ki, onun adından yayılan məlumatlardan xəbəri yoxdur. Dedi ki, əsas məqsədi yeni əsassız ittihamın üzərindən götürülməsidir.
Emin Hüseynov


Emin Hüseynovun sözlərinə görə, söhbət 7 dəqiqəyə yaxın davam edib.

"İlk iki dəqiqə Mehman atasının vəziyyətini soruşub. Atasının durumu ilə maraqlanıb. Qardaşının həyat yoldaşı atasının narahatlıq keçirdiyini bildirib.

Xanım ona nə gətirmək lazım olduğunu soruşduqda Mehman sanki diqtə altında son günlər Qırmızı Xaç Komitəsinin, ombudsman, hökumətyönlü QHT-lər, Avropa İttifaqı missiyası nümayəndələri və bir sıra ölkələrin səfirləri ilə görüşləri barədə danışıb", Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, Mehman Hüseynov görüşdüyü hər kəsə bloger fəaliyyətinə və araşdırmalarına görə həbs olunduğunu söyləyib.

"Mehman deyib ki, yeni cinayət işi qardaşı Eminin, yəni mənim fəaliyyətimə görə qisas sayılır. Ancaq o, ziyarətçilərə deyib ki, mənə və digər ailə üzvlərinə görə məsuliyyət daşımır. Mehman bizimlə söhbət zamanı qeyd etdi ki, məhdudiyyətlər səbəbindən çox şey danışa bilmir. Ancaq bəzi mesajları ötürə bildi. Qeyd etdi ki, onun adından yayılan məlumatlardan xəbəri yoxdur. Dedi ki, hazırda onu saxlama şəraiti narahat etmir, əsas məqsədi yeni əsassız ittihamın üzərindən götürülməsidir.

Mən soruşdum ki, aclığı davam etdirirmi? Bu zaman əlaqə kəsildi. Bundan sonra nə soruşmaq istədimsə əlaqə kəsildi. Faktiki olaraq Mehmanın monoloqu alındı. O, narahat, gərgin səslə danışırdı, hiss olunurdu ki, ona nəzarət edirlər. Mehman işarə etdi ki, aclığı davam etdirir, "mübarizəni əvvəlki tempdə davam etdirir", yəni, ancaq süd və kefir qəbul edir. O həmçinin qeyd etdi ki, həkimlərin nəzarəti altındadır.

Ondan sidik, nəcis, qan analizi götürüblər. Həkimlər mənfi fəsadlardan ehtiyat edərək sistem qoymağa çəkiniblər, qərar analizlərin nəticələri məlum olduqdan sonra qəbul ediləcək", Emin Hüseynov bildirib.

Onun fikrincə, hakimiyyət Mehman Hüseynovun aclıq etməməsi barədə ictimai rəy formalaşdırmağa çalışır.

"Onu ziyarət edən hakimiyyətyönümlü QHT nümayəndələri vasitəsilə məlumatlar yayılır ki, guya Mehman süd, duru yeməklər qəbul edir. Ancaq əslində Mehman süd məhsulları qəbul edir. Əgər insan gün ərzində sutkalıq normadan az kolori qəbul edərsə bu, aclıq sayılır, çünki orqanizmə ziyan dəyir. Oleq Sentsov da qida qatışıqlarından istifadə edərək uzun müddət aclıq etdi. Mehman martın 2-dək -cəza müddəti bitənədək aclıq etmək niyyətindədir", Emin Hüseynov bildirib.

Aİ missiyası nümayəndələrinin və Aİ ölkələri səfirlərinin Mehman Hüseynova baş çəkməsinə gəlincə, Emin Hüseynov təəssüflə qeyd edib ki, hakimiyyət bundan öz məqsədləri üçün istifadə etdi.

"Hakimiyyət müxtəlif nümayəndələri, o cümlədən Aİ nümayəndə heyətini Mehmanın yanına buraxmaqla belə fikir formalaşdırmaq istəyir ki, Mehmanda hər şey qaydasındadır, cəmiyyətdəki gərginliyi dağıtmaq, növbəti cümə axşamı Avropa Parlamentində Mehmanın ətrafında yaranmış vəziyyətə baxılması, ümumiyyətlə, Qərb tərəfindən rejimə qarşı sanksiyaların aktuallaşması ərəfəsində beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Mən başa düşürəm ki, Aİ nümayəndələi Mehmana xoş niyyətlə baş çəkiblər. Ancaq Mehmanla onların fotosunun hökumətyönlü KİV-ə düşməsinə və bundan hökumətin təbliği məqsədilə istifadə olunmasına imkan veriblər. Məndə belə fikir yaranır ki, Mehmanın onlarla və digər nümayəndələrlə görüşü konfidensial olmayıb. Aİ nümayəndələrinin yekunlar barədə bizim ailəyə bilgi verməməsi və mətbuat üçün bəyanatla çıxış etməməsi təəssüf doğurur.

Aİ ölkələrindən ancaq Fransa Mehmana qarşı yeni işlə bağlı prinsipial mövqe nümayiş etdirib. Aİ-nin ali nümayəndəsi Federika Mogerini beynəlxalq hüquq-müdafiə təşkilatlarının Mehmanla bağlı aktiv kampaniyası fonunda susmağa üstünlük verir.
Emin Hüseynov


Ümumiyyətlə, Aİ ölkələrindən ancaq Fransa Mehmana qarşı yeni işlə bağlı prinsipial mövqe nümayiş etdirib və onun azadlığa buraxılmasına çağırıb. Aİ xarici əlaqələr üzrə ali nümayəndəsi Federika Mogerini beynəlxalq hüquq-müdafiə təşkilatlarının Mehmanla bağlı aktiv kampaniyası, Avropa Şurası insan hüquqları üzrə komissarın, ATƏT-in media azadlığı üzrə nümayəndəsinin bəyanatları fonunda susmağa üstünlük verir.

O həmçinin qeyd edib ki, bloger onun hüquqları uğrunda mübarizə aparan hər kəsə təşəkkür etməsini xahiş edib.

"Mehman xahiş etdi ki, gələn həftə vəkillər ona baş çəksinlər. Başqa bir şey xahiş etmədi. Anamız vəfat etdikdən sonra mən həmişə Mehmanla telefonla sərbəst danışmışam. Ancaq bu dəfə bizə imkan vermədilər. O, mənim suallarımı eşitmədi. Bu fakt da özü-özlüyündə qardaşıma güclü təzyiqlərin olmasından xəbər verir",Emin Hüseynov vurğulayıb.

Mehman Hüseynov həbsdən çıxmasına 2 ay qalmış koloniya əməkdaşını döyməsilə bağlı irəli sürülmüş yeni ittihama etiraz olaraq dekabrın 26-dan aclıq elan edib.

Penitensiar Xidmət bir qayda olaraq məhbusların işgəncə və qeyri-insani davranış alıtnda saxlanılması barədə fikirləri qəbul etmir.

“Bütün məhbuslar qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanılır”, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov qeyd edir.//amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır”

    Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır” ...

    14-01-2019, 11:30

  • 
  • Emin Hüseynov: Mehman Hüseynov aclıq aksiyasına başlayıb

    Emin Hüseynov: Mehman Hüseynov aclıq aksiyasına ...

    28-12-2018, 14:02

  • 
  • Mehman Hüseynov anasının hüzr məclisindədir - FOTOLAR

    Mehman Hüseynov anasının hüzr məclisindədir - ...

    7-08-2018, 10:33

  • 
  • Bloger Mehman Hüseynovun təkrar məhkəməsi başlayır

    Bloger Mehman Hüseynovun təkrar məhkəməsi başlayır ...

    30-10-2017, 18:53

  • 
  • Vaşinqtonda Mehman Hüseynovla bağlı mətbuat konfransı keçirləcək

    Vaşinqtonda Mehman Hüseynovla bağlı mətbuat ...

    10-01-2019, 10:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu