“Çalışacağıq ki, bundan sonra Milli Şuranın sessiyasını vaxtaşırı keçirək”.
Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri, professor Cəmil Həsənli iki gün əvvəl keçirdikləri sessiyadan danışarkən deyib.
O, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Milli Şuranın sessiyasına qatılmaması məsələsinə də toxunub: “Milli Şura demokratik bir təşkilatdır. Mən onun sessiyaya qatılmamasına tamamilə normal baxıram. Yaxı olar ki, buna Mirmahmud ağanın özü cavab versin. O, sessiyaya qatılmasa da, hesab edirəm son toplantımız uğurlu oldu. Bir sıra tanınmış şəxsləri Milli Şuraya üzv etdik. Onlardan ikisi - “Azadlıq” qəzetinin baş redaktoru və Azərbaycan ordusunun keçmiş zabiti, polkovnik İsa Sadıqov mühacirətdədir. Onların üzərlərinə Milli Şura görəvi də qoyuldu. Bundan sonra onlar indi gördükləri çox əhəmiyyətli işləri həm də Milli Şuranın üzvü kimi həyata keçirəcəklər. Bu adamların Milli Şuraya üzv olmasına çox sevindik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?