Rusiyadan olan ekipajla təmir üçün İstanbula gələn və borc səbəbindən saxlanılan “Streamline” yük gəmisinin kapitanı Bəhman Bağırov bu gün Bosfor boğazını bağlamaq fikrindən imtina edib.
"Məni məsuliyyətə cəlb edə bilərlər, ekipaj üzvləri zərər çəkə bilərlər, buna görə mən öz niyyətimdən imtina etdim", - deyə kapitan atdığı addımın səbəbini izah edib.
Gundemxeber.az Virtualaz.org-a istinadla xatırladır ki, “Streamline” yük gəmisinin kapitanı Bəhman Bağırov dünən RİA Novosti-yə bildirmişdi ki, əgər gəmi sahibi-türk şirkəti Akca Shipping Rusiya dənizçilərinə əvəzedici tapmasa və onlara maaş borcunu ödəməsə çərşənbə günü Bosfor boğazını bağlayacaq.
"Streamline" gəmisi əvvəlki sahibinin borclarına görə 2018-ci ilin iyununda həbs edilib. Yük gəmisinin Rusiya ekipajı həbsin götürülməsini, təmir üçün boruya getməyə və ödəniş borclarını ödəməyə icazə verilməsini tələb edir.
İstanbulda gəminin həbsdən buraxılması ilə bağlı birinci məhkəmə dinləmələri bu il fevralın sonunda keçirilib, amma onlar cəmi 20 dəqiqə çəkib və növbəti iclas 2 aprelə təyin olunub. B.Bağırov daha əvvəl bildirmişdi ki, Akca Shipping-in dənizçilərə borcu hal-hazırda 123 min dolları ötür. O həmçinin bildirib ki, ekipajın səkkiz üzvü gəmi sahibi, türk şirkəti Aksa Shipping-ə maaş üzrə borcları ödəmək və ekipajı əvəz etmək xahişi ilə müraciət edib.
Onu da qeyd edək ki, gəmidə 11 ekipaj üzvü var, 9-u Moskva regionundandır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?