Qara dənizin akvatoriyasında qəzaya uğrayan gəmi Türkiyə şirkətinə aiddir.
“RİA-Novosti” agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, gəmi Azov dənizindən Türkiyə istiqamətində üzürdü. Korpusun zədələnməsi və anbara suyun sızması səbəbindən gəmi ekipajı kömək üçün müraciət edib.
Onun sözlərinə görə, ekipaj Ukraynanın 8, Azərbaycanın isə 4 vətəndaşından ibarət idi. Ekipaj üzvləri Feodosiyaya çatdırılıb. Onların tibbi yardıma ehtiyacının olmadığı bildirilir.
***
Qara dənizin Krım yarımadasına yaxın hissəsində Moldovaya məxsus quru yük gəmisi qəzaya uğrayıb.
Hadisə nəticəsində gəminin korpusu zədələnib.
Gəmidə olan 12 ekipaj üzvü evakuasiya edilib.
"12 nəfərlik ekipajla “Berq” quru yük gəmisinin korpusu zədələr alıb”, - agentliyin həmsöhbəti deyib.
O əlavə edib ki, ekipajın tərkibinə Ukrayna və Azərbaycan vətəndaşları daxil idi. Hazırda gəmi lövbərdədir və korpusun müayinəsi həyata keçirilir. Hadisənin səbəbləri araşdırılır./publika.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?