GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Samir Qəhrəmanov: "Hörmətli Ramil müəllim, Putinə müraciət edim? Axı, Prezident İlham Əliyevin tolerantlığa, multikultural dəyərlərə münasibəti çox yüksəkdir"! - Mətn

Samir Qəhrəmanov: "Hörmətli Ramil müəllim, Putinə müraciət edim? Axı, Prezident İlham Əliyevin tolerantlığa, multikultural dəyərlərə münasibəti çox yüksəkdir"! - Mətn

Tarix: 13-04-2019, 17:22 Bölmə :Müsahibə Baxış: 1 481
Samir Qəhrəmanov: "Hörmətli Ramil müəllim, Putinə müraciət edim? Axı, Prezident İlham Əliyevin tolerantlığa, multikultural dəyərlərə münasibəti çox yüksəkdir"! - Mətn


Azərbaycan Respublikasının vətəndaşı, həqiqi hərbi xidmət keçmiş, kirayələrdə yaşayan Qəhrəmanov Samir Sergey oğlunun redaksiyamız vasitəsiylə, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova müraciətini olduğu kimi oxuculara təqdim edirik.

Hörmətli cənab Nazir!

Yazıb sizə bildirirəm ki, mən Qəhrəmanov Samir Sergey oğlu, evsiz-eşiksiz, sərgərdan vəziyyətdə kirayələrdə sürünürəm. Hər dəfə sahibkarlar kirayə haqlarını qaldıranda, küçələrə düşməyə məcbur oluram. Bu vəziyyətdən çıxmaq üçün qərara gəldim ki, torpaq sahəsi alım, heç olmasa çadır qurub, "Robinzon-Kruzo" kimi, işıqsız, qazsız da olsa, orada yaşayım. Bu məqsədlə də, "hərəkətə" keçdim və yaxşıca aldadıldım. 2018-ci ilin ortalarında Bakı şəhəri, Sabunçu rayonunun Kürdəxanı sakini, Səyyad adlı şəxs, torpaq satmaq adı altında məni aldatdı o, mənə 10.000 manat (on min manat) dəyərində maddi zərər vurdu. Bununla əlaqədar olaraq, 2018-ci ilin sentyabr ayında, yaxınlarımın da məsləhətləriylə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Əlimdə olan bütün dəlil və sübutları İstintaq şöbəsinə təqdim etdim.

Orada bu işin icraatı Yusif adlı müstəntiqə tapşırıldı. Amma nə fayda? Elə qara günlərim də o vaxtdan başladı. Müstəntiq nəinki, haqq işimdə mənə kömək etmək istəmədi, hətta telefon zənglərimə belə cavab vermədi...

Şikayət müraciətimdən altı aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də heç bir iş görülməyib. İdarə rəisi Seyfulla Əzimovun adına yazdığım ərizələr isə, dəftərxanada “itirilir”, rəisə çatmır ki, çatmır...

İndi də müstəntiq Yusif məni aldadır ki, guya o adama cinayət işi açılması üçün, Baş Prokurorluğa müraciət edib. Halbuki, mənim bildiyimə və qanuna görə, cinayət işinin açılması üçün, müstəntiq ərazi aidiyyatı üzrə prokurorluğa vəsatət, təqdimat verməlidir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi də, Bakının Nərimanov rayonu ərazisində yerləşdiyindən, həmin rayonun prokurorluğuna müraciət edilməldir.

Deməli, müstəntiq burada da, açıq-aşkar məni aldadır və onsuzda gərilmiş, tarıma çəkilmiş hisslərimlə oynayır. İdarə rəisi Seyfulla Əzimova, müstəntiqə də, hər dəfə yazıram ki, mənim müraciətimə ya baxsınlar, ya da rədd etsinlər. Çünki mən yaxşı bilirəm ki, bir vətəndaşın barəsində, bir neçə istintaq orqanında istintaq aparıla bilməz. Görünən odur ki, müstəntiqlə dələduz Səyyadın da, arasında məhz belə bir sövdələşmə olub ki, müstəntiq bu işi idarədə saxlasın, mən də başqa istintaq orqanına müraciət edəndə dələduz Səyyad desin ki, onun barəsində “ bandotdeldə” “iş gedir” və bu müddətdə başqa orqan baxa bilməz.

Bu mənim başıma gətirilən birinci oyun deyil. Xatırladırıram ki, Bakı şəhəri Aşıq Ələsgər küçəsi, ev 6, mənzil 3 ünvanında yaşayış və mülkiyyət hüququmu da, bir neçə il öncə kobudcasına pozublar. “Anam”, Qəhrəmanova Sevil İsmayıl qızı, 14 mart 2011-ci ildə dələduzluq edərək, birgə mülkiyyətimizdə olan, Bakı şəhəri Aşıq Ələsgər küçəsi, ev 6, mənzil 3 ünvanında yerləşən 3 otaqlı mənzilimizi Zakir Vəliyev adlı şəxsə guya “ipoteka” müqaviləsi əsasında, qanuna zidd olaraq, ləğv edilmiş etibarnamə əsasında satmış və məni evsiz-eşiksiz qoymuşdur. Ona da bu dələduzluq, saxtakarlıq əməlində 46 saylı Notariat Kontorunun rəisi Tamilla Kərimova yaxından köməklik etmişdir. Bununla bağlı da, Azərbaycanın müvafiq orqanlarına dəfələrlə müraciət etmişəm. Demək olar ki, onlar da, məhz “bandotdelin” mənə göstərdiyi "isti" münasibəti sərgiləmişlər.

Hörmətli Ramil müəllim!

Mən artıq intihar etmək həddinə çatmışam. Düşünürəm ki, atam rus millətinin nümayəndəsi olduğuna görə, Azərbaycanda mənim başıma bu oyunları açır, bu müsibətləri yaşadırlar.

Mən, nə edim? Üzləşdiyim haqsızlıqlarla əlaqədər, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə, Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət, şikayət edim? Bilirik ki, indi sosial şəbəkələr vasitəsiylə hər yerə, hər kəsə müraciət etmək, çatmaq olur...

Mən sadəcə olaraq, cənab Prezident İlham Əliyevin tolerantlığa, multikultural dəyərlərə göstərdiyi yüksək münasibətlərə görə bunu etmir, onun bu sahədə yürütdüyü uğurlu daxili və xarici siyasətə kölgə salmaq istəmirəm. Bu mənə yaraşmaz.

Hörmətli cənab Nazir!

Sizdən xahiş edirəm ki, mənim şikayətimə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ya baxılsın, ya da rədd edlsin və mənə rəsmi şəkildə məlumat verilsin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daxili İşlər Naziri cənab Ramil Usubova

    Daxili İşlər Naziri cənab Ramil Usubova ...

    3-06-2015, 12:13

  • 
  • İbrahim Nehrəmlidən Ramil Usubova şikayət - 335 min manatlıq mənimsəmə

    İbrahim Nehrəmlidən Ramil Usubova şikayət - 335 ...

    5-08-2015, 01:08

  • 
  • Ramil Usubova sözü olanların NƏZƏRİNƏ

    Ramil Usubova sözü olanların NƏZƏRİNƏ ...

    11-06-2018, 11:55

  • 
  • “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 pulumu ələ keçirib”

    “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 ...

    21-05-2018, 21:58

  • 
  • Rektor Nadir Qəhrəmanov işdən çıxarıldı

    Rektor Nadir Qəhrəmanov işdən çıxarıldı ...

    9-12-2013, 13:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu