GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Marneulidə MER seçkisi və namizədlər haqda…

Marneulidə MER seçkisi və namizədlər haqda…

Tarix: 30-04-2019, 01:11 Bölmə :Müsahibə Baxış: 1 503
Marneulidə MER seçkisi və namizədlər haqda…


Zəlimxan Məmmədli, “Borçalı” Cəmiyyətinin sədri

Sovetlər birliyi saxta dostluq sağlıqları ilə dolu, millətlərin inkişafını buxovlayan mexanizm kimi təbii qanunauyğunluqla dağıldı.
Sovet milli kadr siyasətində kadrların əsasən öz millətindən uzaq düşməsi, mərkəzin isə qulu prinsipi aparıcı idi. Sovet ənənəsi təəssüf ki, bu gün də sovet izi olan bəzi yerlərdə, o cümlədən Gürcüstanda da qismən yaşamaqdadır. Qismən ona görə dedim ki, Gürcüstan insanı uzun zaman yasaqlanan demokratiyanın zəfərini daddı, qanunun aliliyi, konstitusion hüquq, vətəndaş və icma haqqı kimi terminləri dilə gətirilməyə, gürcü milləti ilə yanaşı soydaşlarımız da siyasətin, siyasi mübarizənin, azad və ədalətli seçkinin nə olduğunu əyani gördü, o mühiti yaşadı və yaşamaqdadır.

Qızılgül inqilabı bütün vasitələrlə yasaqlanan demokratiyanı qonşumuz Gürcüstana gətirə bildi.Soydaşlarımız nəhayət ki, müxalif söz deyə, aksiya keçirə, hakimiyyəti tənqid edə, hakimiyyətin iradəsinin əleyhinə səs verə, siyasi partiyada funksioner ola, siyasi ideoloji prosesdə yeni təfəkkürə sahiblənə bilir. Bu prosesin ən unikal üstün cəhəti həm də odur ki,siyasi institusional quruluşa keçid cəmiyyətin əhəmiyyətli bir kəsimini siyasi, içtimai fəallığa sövq edib və bir zamanlar uzaq sahillərdən gözlənilən problemlərinin həllinə çarə aramaq indi özgüvənlə, siyasi fikir mübarizəsi meydanı ilə əvəzlənməkdədir. Əvvəlki seçkilər dediyim prosesin müqavimətlə üzləşməsinə baxmayaraq dinamika qazanması ilə yadda qaldı.

Xəyallar gerçəkləşməkdədir. Soydaşlarımız siyasi prosesin içərisindədirlər və həm də iddialı görünürlər. Marneuli meri uğrunda növbədənkənar seçkiyə soydaşlarımız bir neçə namizədlə qatılıblar. Müxalif “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, hakim “Gürcü arzusu”ndan Zaur Darğallı, müxalif “Vahid Milli Hərəkat”dan Aqil Mustafayev, müstəqil namizəd olaraq isə Əli Bədirov mer marafonuna qatılmışlar. Namizədlərin hər biri son zamanlar yetişmiş və demokratikləşmə prosesində parlamış gənclərimizdəndir. Hər biri bizim üçün şəxsiyyət kimi qiymətlidir. Fikrimcə, namizədlərin çoxluğu məyusluq yaratmamalıdır. Siyasi mübarizədə siyasi-ideoloji yaxınlığı olan qüvvələr səylərini birləşdirə bilər, bu normaldır. Müstəqil namizəd də ixtiyari seçimdən birini etmək sərbəstliyinə malikdir.

Əsas mübarizənin hakimiyyət və müxalifət namizədləri arasında gedəcəyini düşünürəm.
Əhməd İmamquliyev siyasi, seçki təcrübəsi olan, problemləri uzun müddət təqib edən, fərqli düşünmək, azad fikir irəli sürmək, onu əsaslandırmaq imkanına, siyasi analitik qabiliyyətə malik, bələdiyyədə idarəetmə təcrübəsinə sahib yetkin siyasi gücdür. Bu etiraf olunmalıdır. Ümumiyyətlə, Gürcüstan üzrə ən fəal milli siyasi fiqur olaraq, həm də Gürcüstan siyasi elitasında tanınan birisidir. Novatordur, dinamikdir, çevrəsində müəyyən gücü, kadr potensialı var. Dialoqdan, cəmiyyətlə açıq təməsdan çəkinmir.
Müxalif cinahda əsas fiqurlardan biri də Aqil Mustafayevdir. Siyasi fiqur olaraq perspektivli gənclərdəndir. Siyasi fəallığına görə hələ çox çalışmalıdır. Cəmiyyətlə açıq dialoq və disskusiyalarda təcrübəsi var. Gələcəyin ən parlaq simalarından biri olacağına şübhə yoxdur.

Müstəqil namizəd Əli Bədirov hüquq sahəsində yetişməkdə olan, ümid vəd edən gəncliyimizin nümayəndəsidir. İctimai rəydə müsbət imicə malikdir. Gələcəkdə çox aktual olan insan hüquq və azadlıqlarının təmini sahəsində, hüquqi maarifləndirmə və idarəetmədə hüquq sektorunun təşkili işində mükəmməl kadrlarımızdan biri olacağına inanıram. Siyasi fiqur olaraq meydanda deyil.

Hakimiyyətin namizədi Zaur Darğallı çağdaş gənclik hərəkatının öncüllərindən olmuşdur. QHT sektorunda ilk illər ən parlaq fiqur olaraq bizim də diqqətimizi cəlb etmişdir. 2014-cü ildə reputasiyası çox da cazibəli olmayan məmurun himayəsi onu çox zəngin gənclik hərəkatı ğncüllüyündən bürokratiya meydanına transfer edildi. Etiraf edim ki, buna çox heyfsilənmişdim. Bürokratiyanın perspektiv vəd edən bir gəncimizi əlimizdən aldığını düşünmüşdüm. Onun gənclik lideri kimi yetişmək imkanları daha geniş idi. Bu gün də tutduğu vəzifələrdə hər hansı fikir və əməllə diqqəti özünə cəlb edə, milli kadrın özəlliyi və gözəlliyini nümayiş etdirə bilməmiş, öz sözü olmayan məmura çevrilmişdir.

Piarlıq etmirəm. Soydaş kimi mənəvi məsuliyyət daşıdığımı bilirəm. Subyektiv fikrimi obyektiv meyarlarla əsaslandırmağa çalışdım. Mer vəzifəsi icra funksiyasını yerinə yetirməklə yanaşı xalqın etimadı ilə formalaşmış siyasi postdur. Soydaşlarımız xalqın içində olan, düz bildiyi yolu əyilmədən gedən, demokratik dəyərlərə sadiq, azad fikir daşıyıcısı, tənqid və özünütənqiddən qorxmayan namizədə əl qoyularsa,soydaşlarımız problemlərin həllinə, soydaşlarımızın icma olaraq varlığına, rifahının yüksəlməsinə əl qoyulmuş olacaqdır. Marneuli siyasi -ictimai fəal, azad düşünən gəncliyimiz və seçki prosesinə inam yükü daşıyan toplumla zəngindir. Bu deməyə əsas verir ki, xalq öz sözünü deyəcək və onun iradəsi qalib olacaqdır. Hər kəsə uğurlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə tikanlı sözlər...

    Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə ...

    23-01-2015, 23:54

  • 
  • Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi...

    Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi... ...

    19-12-2014, 00:25

  • 
  • “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” Cəmiyyəti”

    “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” ...

    12-10-2015, 18:43

  • 
  • ZƏLİMXAN MƏMMƏDLİ XARİCİ İŞLƏR NAZİRİNƏ BIR DAHA MÜRACİƏT ETDİ

    ZƏLİMXAN MƏMMƏDLİ XARİCİ İŞLƏR NAZİRİNƏ BIR DAHA ...

    12-10-2016, 22:10

  • 
  • Azərbaycan müxalifəti Gürcüstan prezidentinə müraciət etdi

    Azərbaycan müxalifəti Gürcüstan prezidentinə ...

    27-02-2015, 21:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu