Türkiyədə Yüksək Seçki Kurumunun hələlik qəti olmayan nəticələrinə görə İstanbulda bələdiyyə başqanı CHP-nin namizədi Ekrem İmamoğlu seçilsə də AKP-nin namizədi Binəli Yıldırımın qələbə plakatları şəhəri bürüyüb.
Gundemxeber.Az xəbər verir ki, ötən gecə şəhərin demək olar bütün yerüstü piyada keçidlərinə Binəli Yıldırımın seçkilərdə “qalib gəlməsi” münasibətilə hazırlanan “Təşəkkürlər İstanbul, Gönül Belediyeçiliyi kazandı!” sözləri yazılmış iri plakatlar asılıb.
Seçkilərin qalibi Ekrem İmamoğlu bu plakatlarla bağlı prokurorluğa şikayət edəcəyini bildirib və Binəli Yıldırımı manipulyasiyanın güdazına getməməyə çağırıb. “Manipulyasiya indi də Böyük Şəhər Bələdiyyəsinin əli ilə davam edir. Gecə yarısı plakat asma əməliyyatı sadəcə insanları çaşdırmağa yönəlib”-İmamoğlu bildirib.
***
Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərindən sonra ölkənin ən iri şəhəri İstanbulda nəticələrlə bağlı mübahisələr hələ də davam edir. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Yüksək Seçki Kurumu nəhayət bülletenlərin sayılıbbaşa çatdırıldığını elan edib. Və YSK bildirib ki, İstanbul böyük şəhər bələdiyyəsi başqanlığı uğrunda yarışda CHP-nin namizədi Əkrəm İmamoğlu 24 minə yaxın səslə irəlidədir. Buna baxmayaraq hakimiyyətin namizədi, keçmiş baş nazir Binəli Yıldırım məğlub olduğunu etiraf etmək istəmir və etibarsız bülletenlərin yenidən sayılmasından sonra nəticələrin dəyişə biləcəyini bildirir.
Habelə ötən gün AKP-nin İstanbul təşkilatının rəhbəri səslərin sayılmasında və protokollaşdırılmasında “pozuntuların olduğunu” açıqlamışdı. Bunu təsdiq edə biləcək faktların olduğunu demişdi. Lakin daha sonra AKP-nin pozuntulara sübut olaraq təqdim etdiyi protokolun əslində texniki xəta ilə doldurulmuş, daha sonra düzəldilmiş protokol olduğu aşkarlanıb. CHP seçki komissiyalarındakı üzvlərinə çağırış edib ki, qutuların və bülleten çuvallarının yanından bir an da olsun ayrılmasınlar və seçkilərin nəticələri rəsmən elan edilənə qədər səsləri qorusunlar. Ötən gecə Əkrəm İmamoğlu növbəti dəfə jurnalistlər qarşısına çıxıb və YSK-ya güvəndiklərini bildirib. “Amma bu anda bizə çatan məlumatlar var. Dairə seçki komissiyalarında fərqli planlar quranlar haqda xəbərlər gəlir. Nədir bunlar? Məsələn, bir salonda qorunan çuvallar. Deyirlər ki, əfəndim, hər kəs buranı tərk etsin, möhürləyəcəyik. Amma küsura baxmayın, biz qapıda da gözləyərik. Qapıda növbətçi olaraq gözləyəcəyik. “Efendim, bizə güvənmirsinizmi?”-deyirlər. Buna sonra baxarıq. Dairə seçki komissiyalarına səslənirik. Bəzilərində problem yoxdur, möhürləyirlər və bizim nümayəndələrə orada gözləyə biləcəklərini deyirlər. Bu gecə mən özüm də gedib növbə tutacağam. Orada olan dostlarımız qətiyyən seçki məntəqələrini, bülleten çuvallarının olduğu salonları tərk etməyəcəklər. Şərtlər nə olursa olsun, millət vəkillərinin də iştirakı ilə əsla oranı tərk etməyəcəyik”.
Şikayətlərin araşdırılmasının bu gün başa çatacağı və YSK-nın nəhayət rəsmi nəticələri elan edəcəyi gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?